Xəbərlər
13.07.2024, 23:34
Ərdoğan İraqın şimalında PKK-ya qarşı əməliyyatı başa çatdırmaq niyyətində olduğunu açıqlayıb
Türkiyə tezliklə İraqın şimalında PKK yaraqlılarına qarşı 2019-cu ildən davam edən “Pəncə-Kilid” əməliyyatını, həmçinin Suriyanın şimalındakı ərazilərdə təhlükəsizlik kəmərinin yaradılmasını başa çatdırmağı planlaşdırır.
Turaztv.az “Report”-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Milli Müdafiə Universitetinin zabitlərinin buraxılış mərasimində deyib.
“Terror təşkilatına ciddi zərbələr vururuq. Yaxın vaxtlarda İraqın şimalındakı “Pəncə-Kilid” əməliyyatı bölgəsindəki qalan boşluğu da bağlayacağıq. Həmçinin təhlükəsizlik kəmərindəki çatışmayan halqaları da bağlayacağıq. Suriya və İraqdakı terror təşkilatı tamamilə tələyə düşüb”, – Ərdoğan qeyd edib.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay