Türkiyə Prezidenti Administrasiyası: İraqda və Suriyada 45 terrorçu zərərsizləşdirilib
Türkiyə Cümhuriyyəti ölkənin təhlükəsizliyinə yönələn təhdidlərin mənbəyində qarşısının alınması və məhv edilməsi strategiyası çərçivəsində PKK/YPG/KCK terror təşkilatları və havadarlarına qarşı mübarizəni qətiyyət və qərarlılıqla davam etdirir. Terrorçular tərəfindən edilən xain hücumdan sonra başladılan əməliyyatlarda İraqın şimalında 36, Suriyanın şimalında isə 9 olmaqla ümumilikdə 45 terrorçu zərərsizləşdirilib. Bu mübarizə son terrorçu zərərsizləşdirilənə, İraq və Suriyadakı terror bataqlıqları tamamilə qurudulana qədər davam edəcək.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu ifadələr Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin ölkənin təhlükəsizlik şurasının toplantısına dair açıqlamasında yer alıb.

Bildirilib ki, toplantıda Türkiyə Silahlı Qüvvələri tərəfindən İraqın şimalında aparılan “Pəncə-Kilid” əməliyyatı bölgəsində yanvarın 12-də törədilən xain terror aktı, terrorla mübarizə kontekstində atılan və atılacaq addımlar müzakirə edilib.

Məlumatda deyilir: “Sərhədlərimiz daxilində məhv olmaq həddinə çatan separatçı terror təşkilatı uğurlu sərhəd əməliyyatlarımız nəticəsində çox ağır itkilər verib. Terror təşkilatı Suriya və İraqda küncə sıxışdırıldığı üçün təşkilatı yenidən gücləndirmək və canlandırmaq cəhdləri də geniş vüsət alıb. Son vaxtlar sərhədlərimizdən kənarda xidmət edən əsgərlərimizə qarşı artan terror aktları təşkilatı dirçəltmək üçün hazırlanan ssenarilərin məkrli hissəsidir. Türkiyə cənub sərhədlərində heç bir bəhanə və səbəblə “terroristan”ın qurulmasına qəti şəkildə icazə verməyəcək.

Özünümüdafiə hüququmuz və ikitərəfli müqavilələr çərçivəsində harada terror təhlükəsi, düşərgə, sığınacaq, birləşmə və ya toplanma varsa, arxasında kimin olmasından asılı olmayaraq onu həmişəlik məhv etmək əsas prioritetimizdir. Türkiyənin düşmənlərinin işini üzərinə alan separatçıların tökdükləri hər damla qanın hesabı misli ilə sorulur və sorulacaq. Türkiyə Əsri hədəfimizə mane olmaq üçün qurulan tələlərdə rol oynayanları da, iplərini tutanları da məyus etmək əzmindəyik”.

Xatırladaq ki, yanvarın 12-də “Pəncə-Kilid” əməliyyatı bölgəsində Türkiyə Silahlı Qüvvələrinin mövqelərinə terror hücumu zamanı 9 hərbçi şəhid olub.

Bu səbəblə Prezident Rəcəb Tayyib Ərdoğanın qərarı ilə bu gün Türkiyənin Təhlükəsizlik Şurasının toplantısı keçirilib.

Son xəbərlər

Bahalı saatı gündəm oldu - Foto

Yozef Haydn: yaradıcılığı və simfonik irsi

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Səhnədən biznesə: Ulduzlar nədən pul qazanır?

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

"Forsaj" serial olacaq

Bizə bilik öyrədənlər qarşısında baş əyməliyik

TƏRANƏ GƏDƏBƏYLİ — DAĞLARDAN GƏLƏN SƏS

"Bir telini ağarmağa qoymaram..." - Sevinc Yunuslu

ABŞ Kubaya yanacaq daşıyan gəmini saxlayıb

Dünyanın ən böyük xizək mərkəzlərindən biri artıq Azərbaycanda!

İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur

Moldova Azərbaycan şirkətlərinin Aİ bazarına çıxışına dəstək verə bilər

Prezidentdən Misir Mərdanovla bağlı - Sərəncam

Endirim imkanlarınızı artıracaq xəbərimiz var!

Binəqədi şosesində yol hərəkətinin təşkili dəyişdirilib

15 yaşlı qız evlənmək məqsədilə qaçırıldı

91 yaşlı qadın qazı əyləclə səhv saldı - Xəsarət alanlar var

“Melissa Park”ın əməkdaşı külli miqdarda narkotiklə tutuldu

Rusiya onları beynəlxalq axtarışa verdi

Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artırılacaq - Prezidentdən göstəriş

Şagirdlər evdən gətirilən vaxtı keçmiş şirniyyatı yedilər - 21 nəfər zəhərləndi - Yenilənib - Foto

“Birliyin gücü-2026” təlimləri başa çatdı

Göz quruluğunun səbəbi bəlli oldu

Ötən ay dövlət sərhədini pozan 16 əcnəbi saxlanılıb

Şakiranın konserti ilk dəfə dünya üzrə canlı yayımlanacaq

43 yaşlı kişi təcili yardım mərkəzinin həyətində öldü

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031