Xəbərlər
8.10.2026, 01:19
Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü
Rusiyanın Saratov vilayətinin Yerşov rayonunun sakini Rəşad Bəymirzəyev Rusiya-Ukrayna müharibəsində həlak olub.
"Unikal" xəbər verir ki, bu barədə rayon administrasiyası məlumat yayıb.
Yerli administrasiya hərbçinin yaşı, bioqrafiyası və ölüm tarixi barədə əlavə məlumat açıqlamayıb.
Məlumata görə, Rəşad Bəymirzəyev vida mərasimi 8 oktyabrda Yerşov şəhərində onun yaşadığı evin qarşısında keçiriləcək.
Bildirilir ki, mərhumun dəfn mərasimi Azərbaycanda keçiriləcək.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay

