İcbari tibbi sığorta bu əməliyyatı da qarşılayır

Orta qulağın kəskin iltihabı (kəskin orta otit) əsasən uşaqlarda tez-tez rast gəlinən xəstəliklərdən biridir.

Orta qulağa infeksiyanın keçməsi nəticəsində iltihabi prosesin uzun müddət davam etməsi təbil boşluğunda irinli mayenin toplanmasına səbəb olur. Xəstəliyin müalicəsi məqsədi ilə ilkin olaraq həkim tərəfindən medikamentoz müalicə təyin olunur. İltihab və infeksiyanın bir neçə ay ərzində təkrar olunması fonunda şiddədli və ya davamlı qulaq ağrısı, eşitmə zəifliyi, mayenin təsiri altında təbil pərdəsinin şişməsi zamanı mirinqotomiya və ya timpanostomiya əməliyyatlarına ehtiyac yaranır.

Mirinqotomiya eşitmə borusunun keçiriciliyini bərpa etmək məqsədi ilə aparılan cərrahi müdaxilədir. Mirinqotomiya zamanı təbil pərdəsində kəsik açılır və orada yığılan irinli maye xaric edilir. Prosedurdan sonra pasiyent özünü daha yaxşı hiss etməyə başlayır. Bir müddət tıxanıqlıq hissi müşahidə edilsə də qulaqda eşitmə normallaşır. 7-10 gündən sonra təbil pərdəsində açılan kəsik, çapıq izi və ya digər mənfi fəsadlar olmadan tam sağalır.

Kəskin orta otit təkrar olunduqda və iltihablanma 3 aydan artıq davam etdikdə yığılan mayenin xaric edilməsi məqsədi ilə qulağa müvəqqəti qulaq borusu (timpanostomik boru) yerləşdirilir. Timpanostomiya adlanan bu cərrahi prosedur böyüklərdə adətən yerli keyitmə, uşaqlarda isə ümumi anesteziya altında otolarinqoloq tərəfindən icra olunur.

Qulaq boruları orta qulaqda bir neçə dəfə infeksiya keçirmiş (kəskin orta otit) uşaqlarda daha çox yerləşdirilir. Mayənin drenajı ilə yanaşı, qulaq borusu ventilyasiyanı təmin edərək orta qulaqda mayenin yığılmasının qarşısını alır.

Böyüklərdə timpanostomik boru adətən, uçuş və ya dayvinq zaman baş verən təzyiq dəyişikliyi (barotravma) nəticəsində şiddətli qulaq ağrısının müalicəsi məqsədi ilə taxılır. Müalicə olunmazsa, nitqdə çətinliklər və ya daimi eşitmə itkisi kimi daha ciddi fəsadlara gətirib çıxara bilər.

Əksər hallarda qulaq borusu 9-18 ay ərzində özü düşür və qulaq pərdəsində açılan kəsik tam sağalır. Qulaq borusu 2 il ərzində özü düşmürsə həkim tərəfindən çıxarılır.

2022-2024-cü il (ilk 4 ay) tarixlərində icbari tibbi sığorta ilə qulağa borunun taxılması (timpanostomiya) ilə birlikdə 96 mirinqotomiya əməliyyatı icra olunub.

Xəstəliyin diaqnostikası üçün otolarinqoloq tərəfindən otoskopiya, audiometriya (eşitmənin dəyərləndirilməsi), timpanometriya (təbil pərdəsinin funksionallığının qiymətləndirilməsi) və endoskopik müayinələr aparılır. Kəllədaxili patologiyaya şübhə olduqda həkim tərəfindən KT və MRT diaqnostik müayinələri təyin oluna bilər. Xəstəliyin diaqnostikası və cərrahi müalicəsi, əməliyyat zamanı istifadə olunan dərman və tibbi sərf (qulaq borusu), ehtiyac yaranarsa qulaq borusunun çıxarılması icbari tibbi sığorta ilə qarşılanır.

Mirinqotomiya və timpanostomiya TƏBİB-in tabeliyindəki tibb müəssisələrində və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan tibb müəssisələrində göndəriş əsasında icra olunur.

Son xəbərlər

Rubio Avropanı “yuxudan oyanmağa” çağırıb

Qaradağda vətəndaş qəbulu keçirilib - Fotolar

Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü

“Artıq darıxıram, amma doğru addım atdım” - Messi

Azərbaycanda yeni cəzaçəkmə müəssisələri tikilir

100 milyon təklif olundu, qəbul etmədi

Tramp Nobel almasa, nə olacaq?

Səs klonlama ilə "ana, pul göndər" dələduzluğu” - İKT fırıldaqları - ARAŞDIRMA

QƏLƏMİ İLƏ İNSANLARA İŞIQ SAÇAN QAZİ - FOTO

Moldovada su qıtlığı - Nazir xalqa çağırış etdi

Məhkumlar niyə iş tapa bilmir? - Ədliyyə naziri səbəbi açıqladı

Nicat Novruzoğlu : YARANMISAN - FOTO

Vətən qızı Brilyant Atəş : Şükürlər olsun - FOTO

Türkiyədə paraşütlə havaya qalxan Rusiya vətəndaşı qayalara çırpıldı (FOTO)

Berna Laçinə sosial mediadakı paylaşımına görə cinayət işi açıldı

Amansızlıqla qətlə yetirilən Fatimənin FOTOSU

Dünyada dizel böhranı: hansı təsirləri olacaq?

SƏSİNDƏN BİR ÖMÜR KEÇƏN SƏNƏTKAR

M.Ə.Sabirin Şamaxıdakı Ev-Muzeyində Ümumdünya Layiqli Əmək günü ilə əlaqədar maarifləndirici tədbir keçirildi - FOTOLAR

Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib

Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib

İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib

Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib

Qubada iki avtomobil toqquşub, ölən var

Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb

Müşfiq Borçalı : Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

Rauf İLYASOĞLU : KİTABIN TOZUNU UDDUQCA

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031