Mütəxəssis: Şəkərsiz diabetin əsas əlaməti orqanizmdə maye ifrazının artmasıdır
Şəkərsiz diabet şəkərli diabetlə müqayisədə nadir rast gəlinən xəstəlikdir. Orqanizmə daxil olan suyun miqdarı azaldıqda, yaxud hədsiz tərləmə və ya ishal nəticəsində maye itkisi müşahidə edildikdə maye balansını pozmuş olur. Ağırlaşmış hallarda orqanizmin susuzlaşması, halsızlıq, ümumi zəiflik, ürəkdöyünmənin artması, qusma, psixoneyrogen pozulmalar, qan təzyiqin enməsi halları və huşun itməsi qeyd oluna bilər

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən Bakı Baş Səhiyyə Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, bunu mərkəzin 37 nömrəli Şəhər Poliklinikasının həkim-endokrinoloqu Gülər Niftəliyeva deyib. Onun sözlərinə görə, şəkərsiz diabet antidiurek hormonun ifrazının azalması və ya böyrəklərin bu hormonun təsirinə həssaslığının zəifləməsindən yaranan xəstəlikdir: “Buna beyin şişləri, neyrocərrahi əməliyyatlar, kəllə-beyin travmaları, mərkəzi sinir sisteminin zədələnməsi ilə müşahidə olunan infeksiyalar və toksinlər səbəb ola bilər. Eyni zamanda, bəzi böyrək xəstəlikləri, idiopatik olaraq anticisimlərin yaranması, eləcə də irsi patologiyalar da bu xəstəliyin etiologiyasında rol oynayır. Şəkərsiz diabetin mərkəzi, nefrogen, dipsogen, hestasion olmaqla 4 tipi ayırd edilir.

Şəkərsiz diabetin əsas əlaməti poliuriya, yəni maye ifrazının artmasıdır. Yüngül formalarda 2-2,5 litr, ağır hallarda isə 20 litrə qədər maye itkisi müşahidə edilir. Bunun nəticəsində insanda susuzluq hissi yaranır və xəstə itirdiyi qədər maye qəbul etmək məcburiyyətində qalır”, - deyə bildirib.

Endokrinoloq şəkərsiz diabetin əsas əlamətinin gün ərzində 6-10 litr olmaqla, maye itirmək və susuzluğun artması olduğunu deyib: “Ağırlaşmış hallarda orqanizmin susuzlaşması, halsızlıq, ümumi zəiflik, ürəkdöyünmənin artması, qusma, psixoneyrogen pozulmalar, təzyiqin enməsi halları və huşun itməsi müşahidə oluna bilər. Xəstələrə böyrəklərin yüklənməsinin qarşısını almaq məqsədilə qidalanma zamanı proteinli qidalardan çox istifadə etməmək tövsiyə olunur. İstənilən xəstəliyin müalicəsində ilkin səhiyyə xidmətlərindən istifadə həmin xəstəliyin aşkarlanmasında və sonrakı inkişafının qarşısının alınmasında mühüm rola malikdir. Bu səbəbdən də hər hansı narahatlıq və ya ağrı hiss edən zaman ilkin səhiyyə xidməti göstərən tibb müəssisələrinə müraciət edərək, xəstəliyi daha tez aşkarlaya bilərsiniz”.

Son xəbərlər

Nümunəvi ailə başçısı və yüksək mənəvi keyfiyyətlərə malik insan - FOTO

Baş nazirin açıqlaması vətəndaşları şoka saldı

Elm, fantastika, şəxsi həyat...

Yeni qaydalar qüvvəyə minir: Tamamilə qadağan edildi

Vaşinqtonda bir araya gələcəklər

Abşeronda yaşayış binasında yanğın - Sakinlər təxliyə edildi+Fotolar-Yenilənib

VƏTƏN AŞİQLİYİ - FOTOLAR

Şair Lalə İsmayılın "Bəyaz Durnalar" adlı ilk kitabı işıq üzü görüb

Bibixanım İSAYEVA : "Qan yaddaşının qəhrəmanı" İnsanlığa sevgi ünvanı - FOTO

“Alnım açıq, başım dik” - Sıladan açıqlama

Ələt–20-ci Sahə istiqamətində 195E nömrəli yeni ekspres marşrut istifadəyə verilir

Nəsrinin serialı ilə bağlı dəyişiklik

Yenidən eyni layihədə rol alacaqlar

"Vətənpərvərlik epopeyası" qələmin gücündə

“Blok3”ə sui-qəsd hazırlayanlar həbs edildi

Mətbuat dedikdə , ilk növbədə həmişə qəzetlər göz önünə gəlir

Berlindəki terror aktı - miqrantlara qarşı yeni təbliğat - ŞƏRH

Ombudsman əcnəbi vətəndaşın müraciətini təmin edib

MEDİA: İranın "Səhər" telekanalı və "Mehr" agentliyinin Azərbaycanda fəaliyyəti qanunsuz hesab edilir

Corcia Meloni: İtaliyada "No TAV" hərəkatının aksiyasında 120 polis əməkdaşı xəsarət alıb

"Neftçi"nin "Dinamo" ilə oyun üçün Bolqarıstana səfər proqramı müəyyənləşib

Çində daşqın nəticəsində 10 nəfər ölüb, 23 nəfər yaralanıb

Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə minib

Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə mindi

Sabah külək əsəcək, 41 dərəcə isti olacaq

“Bizi oradan çıxardılar...” - Narazı rəssamlara rəsmi cavab

Bakıda ağac bir nəfərin üzərinə aşdı - Nazirlikdən açıqlama

Azərbaycanda bu şəxslər 7 min manatadək cərimələnəcək

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031