Fəzail Ağamalıdan AÇIQLAMA
Fevralın 9-da Milli Məclisə növbədənkənar seçkilərdə bəzi millət vəkillərinin, xüsusən də yaşlı nəslin nümayəndələrinin namizədliyini yenidən irəli sürməsi və təkrar mandat qazanması cəmiyyətdə narazılıqlara səbəb olub.

Ana VətənPartiyasının sədri Fəzail Ağamalı bildirib ki, bunu deyənlərin peşəkarlıq səviyyəsi aşağıdır və parlamet tamamilə yenilənərsə, Azərbaycanda siyasi böhran yarana bilər:

"Əsassız fikirlərdir. Növbədənkənar parlament seçkiləri parlamentin 125 deputatının tamamilə yenilərlə əvəzlənməsi demək deyil. Bu çox böyük, ciddi problemlər yarada bilərdi. Ola bilər ki, bəzi insanlar özünü cəmiyyətdə təsdiq edib, amma parlament təcrübəsi yoxdur”.

Qanunvericiliyin çox ciddi sahə olduğunu bildirən Fəzail Ağamalı bildirib ki, parlament təcrübəsi üçün ən azı 2-3 il işin içində olmaq lazımdır:

"Qanunverici prosesdə iştirak etmək üçün ən azı prosedur qaydalarını bilmək lazımdır. Burada peşəkarlıq tələb olunur. Dünyada gedən iqtisadi, siyasi, sosial proseslərin dərindən bilgisi tələb olunur. Bunu Azərbaycanla sintez etmək, ölkəmizin maraqlarına uyğun olaraq qanunvericilik aktında əks etdirmək lazımdır. Bu halda gənclərin gəlməsi böyük fəsadlar törədər. Azərbaycanda ciddi siyasi böhran yaşana bilər. Təəssüf edirəm ki, belə şeyləri nəzərə almırlar. Görünür ki, bu fikirləri söyləyənlərin peşəkarlıq səviyyəsi aşağıdır. Onlar hadisənin gedişinə əsaslanmış arqumentlərlə deyil, koorparativ maraqlarla münasibət bildirirlər”.

Seçkinin nəticələrinə münasibət bildirərkən Fəzail Ağamalı qeyd edib ki, ən gənc deputatın yaşı 26-dan başlayır və hər yaşda üzv olduğu üçün bu tənzimlənmə kifayət qədər qaneedicidir:

"Əgər bu gün parlamentə gələnlərin 55 faizdən çoxu 60 yaşdan aşağıdırsa, 70 yaşdan yuxarı olanlar, hansı ki, onların böyük siyasi təcrübəsi var, yüksək peşəkarlığı var, bunlar heç parlamentin 17 faizini təşkil etmir. 28 faizi isə orta yaşlılardır. 45 faiz köhnələr olduğu halda, 55 faiz yenilərdir. Daha bundan artıq nə cür yenilənmə olmalıdır?”.Redaktor.az

Son xəbərlər

Bu da “Real Madrid”in yeni forması - Fotolar

Tramp: Memorandum imzalanan kimi Hörmüz boğazı açılacaq

Ankara raket və qırıcılarla qorunacaq

Ağ Ev: İran nüvə silahı hazırlamaqdan və almaqdan imtina etməyə razılaşıb

4 il ardıcıl Olimpiada qalibi oldu, universitetə imtahansız qəbul edildi

İran Küveytə hücumu təkzib etdi

Analarının öldürüldüyünü qonşulara uşaqları xəbər veriblər

Bu ölkə digərinin həbsxanasını icarəyə götürəcək

Sammitə görə Fransaya gedəcək

Narkotest nəticələri müsbət çıxdı

Minifutbol üzrə Azərbaycan millisi Avropa çempionatının finalına vəsiqə qazanıb

MƏMMƏD QƏDİR : Çağır Romadan papanı, bəsdi də - FOTO

Afiq Göyçəli : Ayrılıq çox çəkdi, Vətənə gəldim - FOTO

Avropa çempionatı: Azərbaycan minifutbol millisi finala yüksəlib

Gənclər buna görə infarkt olurmuş - XƏBƏRDARLIQ

"Sahipsizler"dən sonra bu seriala çəkiləcək - FOTO

Yelena Sidorenko ikinci dəfə ana oldu

Sibel Can evlənir - Toy Mayamidə olacaq

DÜNYANIN YORĞUN ÜZÜ və İNSANIN MƏNƏVİ TƏNHALIĞI - FOTO

Küveyt onlara 24 saat vaxt verdi

Azərbaycan və Aİ Tərəfdaşlıq Prioritetləri sənədinin mətnini yekunlaşdırıb

Roma Papası İlham Əliyevi təbrik edib

Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Rusiyadan qorunan Finlandiya – müdafiə xərclərini artıran Avropa - ŞƏRH

Adil Kərimli Şuşada vətəndaş qəbulu keçirəcək

Tramp ABŞ tərəfindən Hörmüz blokadasının payızadək uzadıla biləcəyini bildirib

İyunun 5-də üstünlük hüququ tətbiq edilən məktəblərə I sinif üzrə sərbəst qəbul başlayır

Hicran Əhmədli : Üzülüb Əlim - FOTO

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930