Hacıbaba Hüseynovun qızı: “Atamdan sonra onun ifalarını heç kim..." - FOTOlar
"Atam çox ağır xasiyyətli insan idi. Sözü bir dəfə deyərdi, ikinci dəfə təkrar etməzdi. Hamımız bilirdik ki, o nəyi sevir, nəyi yox. Bütün nəsil ona hörmət edirdi. Mən evin tək qız olmuşam. Nə qədər ağır xasiyyətə malik olsa da dilimdən çıxan sözü o dəqiqə yerinə yetirirdi. Bəlkə də tək övlad olduğum üçün belə edirdi. Sanki dost idik, bir şey olan kimi üstünə qaçırdım. Onunla danışanda yüngülləşirdim. Mən atamın qızı olmuşam, ondan çox şeylər öyrənmişəm"
Turaztv.az bildirir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti Hacıbaba Hüseynovun qızı Sədaqət Hüseynova deyib. O daha sonra əlavə edib.

"Atamın yanında incəsənətin adını çəkə bilməzdim. Bir dəfə məktəbdə tədbir olmuşdu. Anam gəlib demişdi ki, "Hacı, qızın bir oxudu ki.. Gözəl səsi var". Uşaq idim, mənə dedi ki, sən tədbirdə oxumusan?! Dedim ki, hə. O vaxt 2-ci sinifdə oxuyurdum. Məni qorxutmadı, dedi ki, bu dəfə sənin üçün keçirəm, amma məktəbin yanından keçəndə səsini eşitsən səni öldürərəm. O, bu mən bir daha oxumadım. Amma bununla belə yanında oxuyanda deyirdi ki, yaxşı "dxanyan" var (gülür). O qədər qısqanc idi ki, məni heç məktəbdə oxumağa da qoymadı, başqa bir sahəyə getməyə də imkan vermədi.

İki qızım var. Kiçik qızım Asəf Zeynallı adına musiqi məktəbini bitirib. Ailə qurdu, axıra qədər davam etdirə bilmədi. Birdən atam sağ olsaydı, o da razı olmazdı ki, övladlarım sənətdə olsun. Mən müəllimlərinə dedim ki, Hacıbaba Hüseynovun nəvəsidir deyə xalaxətri qalmasın qızımı məktəbə qəbul etməyin. Atamdan sonra onun ifalarını heç kim yarada bilməz, sadəcə yaşadırlar" deyə Sədaqət Hüseynova deyib.

Sədaqət Hüseynova deyir ki, atası 70 illik yubileyindən sonra xəstələnib. "Xəstəxanadan icazə vermirdilər ki, o uzun yola çıxsın. Hətta atamın əlindən kağız aldılar. Fransa səfərinə gedirdi. Dedi ki, "yox, mən gedəcəm, qızım üçün ordan şuba, bir də videomaqnitofon gətirməliyəm". Getdi də, gözəl konsertlər də verdilər orada. İrana da getdi, İran səfəri ağır oldu, 2 ay orada qaldı. Dünyasını dəyişməzdən 1 gün öncə onun televiziyada ifasını verirdilər. Elə həsrətlə qulaq asırdı ki.. Konsertə baxandan sonra evdə elə oxudu ki.. Mən dedim ki, atam ölməz. Hətta dedim ki, "Həci, nə gözəl oxuyursan?". Səhəri gün dünyasını dəyişdi. Sevgimi atama çox bildirə bilmirdim, niyə görə? O qədər xasiyyəti ağır idi ki (kövrəlir). Hərdən anam deyirdi ki, "bu gün doğum günüdür, get atanı öp". Təbrik edirdim, utanırdım öpməyə. Atam da deyirdi ki, "yaxşı, təbrik etdin get otur". Mən bu yaşa çatmışam, onu hələ də doyunca öpə bilməmişəm. Qoymurdu, ağır idi xasiyyəti. Xəstə vaxtlarında onu qucaqlayırdım. Bu gün yeganə təsəllim atamın sənətinin yaşadılmasıdır" deyə sənətkarın qızı bildirib.

Son xəbərlər

Bu gün Beynəlxalq Müəllimlər Günüdür

Xətai rayonunun bəzi hissələrində qaz olmayacaq

Beynəlxalq Müəllimlər Günüdür

Çinin “süni günəş”i 2030-cu ildə sınaqdan keçiriləcək

UEFA Millətlər Liqasında IV turun növbəti oyunları keçirilib - NƏTİCƏLƏR

ATALAR DAĞDIR...

QIZIL HARRİBALDİ ORDENLİ ADAM

" İncə fikirlər" layihəsinin bu dəfəki qonağı dəyərli el anası,şairə Gülşən Şahmuradlıdır.

ÖRNƏK OLACAQ QƏHRƏMANLARIMIZ... - FOTO

Hörmətli akademik Misir Mərdanov 80 yaşınız mübarək, “Şərəf” ordeniniz mübarək!

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Bu ərazilərdə işıq olmayacaq

“Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

“Hamı ağlını başına yığsın, kimə xidmət edirsiniz?”

Türkiyədə daha bir zəlzələ oldu - YENİLƏNİB

Avropalılar neçə il pensiya alırlar?

Bütün gecə elektrik enerjisi "yeyirlər": bu cihazları şəbəkədən ayırın

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi keçirildi - FOTOLAR

Metyu haqda filmdən imtina etdilər

Ciqan valideynlikdən məhrum oluna bilər

GÖZƏL BAXIN Kİ, GÖZƏL GÖRƏSİNİZ

Məlahət Behbudqızı ✍️ : Ruhum tənha dolaşır - FOTO

İnternet həqiqətən harada “yaşayır”: Məlumat mərkəzi nədir və necə işləyir?

Şəhla Xəlilqızı : Yeni şeir nümunəsi - FOTO

İlon Mask 4 uşağının anasından ayrıldı

"Anne yarısı"nda daha bir aktyor - FOTO

Cəbrayılın azad olunmasından 6 il ötür

“Fənərbaxça”dan Azərbaycanla bağlı paylaşım

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031