“Atamın oxunmayan mahnılarından birini Manaf Ağayevə verdim, oxudu, amma…”FOTOLAR
“Bu gün atamın sənətini layiqincə davam etdirirəm. İşim-gücüm, sənətim budur. Hələ ki, özəl telekanallara çıxmıram. Sağ olsunlar dəvət edirlər, atamı xatırlayırlar. Sonuncu dəfə İctimai televiziyada yayımlanan “Ötən günlər” verilişinin atama həsr olunmuş buraxılışında qonaq olmuşam. Nardaran, Maştağa, bir sözlə atam hansı ki, o illərdə kimlərin ki, toyunu oxuyub, onu sevənlər məni öz övladlarının toylarına dəvət edirlər. Yalandan deyə bilmərəm ki, hər gün toydayam. Olandan-olana gedib iştirak edirəm. Bundan başqa atamın yutub kanalını işlədirəm, klip çəkdirirəm. Bir neçə mahnı yazdırmışam”.
“Atamın oxunmayan mahnılarından birini Manaf Ağayevə verdim, oxudu, amma…”FOTOLAR
“Atamın oxunmayan mahnılarından birini Manaf Ağayevə verdim, oxudu, amma…”FOTOLAR

Turaztv.az Busaat.az-a istinadən xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Məmmədbağır Bağırzadənin oğlu Rahim Bağırzadə deyib.
“Atamın oxunmayan mahnılarından birini Manaf Ağayevə verdim, oxudu, amma…”FOTOLAR

“Allah camaatımızdan razı olsun. Atamızın adı, onun qazandığı hörmət bu gün mənə bir növ sənət və çörək verib. Atamın dostları onu hər gün xatırlayır, vaxtaşırı zəng edib maraqlanırlar. Onlardan yerdən-göyə qədər razıyam. Çox sevinirəm ki, atamın adına iki küçə var. Onlardan biri Maştağadadır, digəri isə Nardaranda. Noyabr ayında Muzey mərkəzində atamın adına guşə açıldı. Bu bizim üçün böyük bir dəyər idi. Xatirə gecəsi keçirildi. Xalq və dövlətimiz atamı heç vaxt unutmur. Bu gün atam haqda 4 kitab çıxıb, 7 sənədli film var. Bütün bu diqqətlər, qayğılar bizi yaşadır” deyə sənətkarın övladı deyib.
Rahim Bağırzadə bildirib ki, atasının oxunmayan mahnılarından birini müğənni Manaf Ağayevə verib.
“Atamın oxunmayan mahnılarından birini Manaf Ağayevə verdim, oxudu, amma…”FOTOLAR

“Bu günlərdə Manaf Ağayevə atamın oxunmamış mahnılarından birini verdim. Gözəl də oxuyub, klip də çəkdirib. Amma Türkiyədə baş vermiş hadisələrlə bağlı hələ ki, klipi təqdim edə bilmir. Sahib İbrahimov, İlkin Əhmədov, Tural Salmanov və s. müğənnilər bu gün atamın mahnılarını ifa edir. Üstəlik də gənc müğənnilər də oxuyur, efir vasitəsilə atamın adını qeyd edirlər. Həqiqətən də gözlərim dolur, kövrəlirəm ki, görəsən atamın ruhu bunu görür, hiss edirmi?! Həm sevinirik, həm də qürurlanırıq. Anamı 45, atamı isə 55 yaşında itirmişəm. Məmmədbağır Bağırzadə elə bir sənətkar idi ki, o dövrdə də, indi də hamı onun xətrini çox istəyib. Atam sənətə yeni gələndə ona “Bala Arif” deyirdilər. Bu sözdən o qədər sevinirdi, qürurlanırdı ki, məni Arif Babayevə oxşadırlar!” deyə sənətkarın övladı bildirib.

Loading...

Son xəbərlər

İlham Mirzəliyev Sumqayıtda vətəndaşları qəbul edəcək

Bu gün Beynəlxalq Müəllimlər Günüdür

Xətai rayonunun bəzi hissələrində qaz olmayacaq

Beynəlxalq Müəllimlər Günüdür

Çinin “süni günəş”i 2030-cu ildə sınaqdan keçiriləcək

UEFA Millətlər Liqasında IV turun növbəti oyunları keçirilib - NƏTİCƏLƏR

ATALAR DAĞDIR...

QIZIL HARRİBALDİ ORDENLİ ADAM

" İncə fikirlər" layihəsinin bu dəfəki qonağı dəyərli el anası,şairə Gülşən Şahmuradlıdır.

ÖRNƏK OLACAQ QƏHRƏMANLARIMIZ... - FOTO

Hörmətli akademik Misir Mərdanov 80 yaşınız mübarək, “Şərəf” ordeniniz mübarək!

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Bu ərazilərdə işıq olmayacaq

“Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

“Hamı ağlını başına yığsın, kimə xidmət edirsiniz?”

Türkiyədə daha bir zəlzələ oldu - YENİLƏNİB

Avropalılar neçə il pensiya alırlar?

Bütün gecə elektrik enerjisi "yeyirlər": bu cihazları şəbəkədən ayırın

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi keçirildi - FOTOLAR

Metyu haqda filmdən imtina etdilər

Ciqan valideynlikdən məhrum oluna bilər

GÖZƏL BAXIN Kİ, GÖZƏL GÖRƏSİNİZ

Məlahət Behbudqızı ✍️ : Ruhum tənha dolaşır - FOTO

İnternet həqiqətən harada “yaşayır”: Məlumat mərkəzi nədir və necə işləyir?

Şəhla Xəlilqızı : Yeni şeir nümunəsi - FOTO

İlon Mask 4 uşağının anasından ayrıldı

"Anne yarısı"nda daha bir aktyor - FOTO

Cəbrayılın azad olunmasından 6 il ötür

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031