Xəbərlər
28.02.2024, 00:06
Norveç Kralı Malayziyada xəstəxanaya yerləşdirilib
Norveç Kralı V Harald Malayziyada ailəsi ilə birlikdə istirahətdə olarkən infeksiyaya yoluxduğu üçün xəstəxanaya yerləşdirilib.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə EFE agentliyi Norveç Kral Sarayının bəyanatına istinadla məlumat yayıb.
"Kral Malayziyada tətildə olarkən xəstələndi və infeksiyaya yoluxaraq xəstəxanaya yerləşdirildi. Vəziyyəti sabitdir", - bəyanatda deyilir.
Bu səbəbdən monarxın bir sıra rəsmi tədbirlərdə iştirakı ləğv edilib, onu bir müddət vəliəhd Hokon əvəz edəcək.
Qeyd edək ki, 87 yaşlı monarx son illər bir neçə dəfə xəstələnib. Belə ki, yanvarın sonunda Norveç Kralı tənəffüs yoluxucu xəstəlikdən müalicə olunub.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay