Xocalı soyqırımına dözməyərək dünyasını dəyişən generalın xatirəsi anılıb
Xocalı soyqırımına dözməyərək bir gün sonra dünyasını dəyişən vətənpərvər, xeyirxah, səmimi insan olan general Akim Abbasovun xatirəsini yad etmək üçün Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu və ailə üzvləri bu gün Birinci Fəxri xiyabanda olub, unudulmaz sərkərdənin məzarı önünə qızılgül çələngi və qərənfillər düzərək xatirəsini ehtiramla yad ediblər.

Turaztv.az AZƏRTAC -a istinadən xəbər verir ki, “Ulu Öndər Heydər Əliyevin sevimli qəhrəmanları” silsiləsindən vətənpərvərlik tədbirləri çərçivəsində keçirilən anım mərasimində general Akim Abbasov haqqında "Qeyrət qılıncı" və "General ömrü" adlı kitabların müəllifi, Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbani çıxış edərək unudulmaz sərkərdənin hər bir gənc üçün örnək olan mənalı ömür yolu və sərkərdə məharətindən danışıb, onunla bağlı xatirələrini bölüşüb.

Qeyd olunub ki, erkən yaşlarından valideynlərini itirən Akim Abbasov uşaq evində tərbiyə alıb. Gənc yaşlarından Zaqafqaziya hərbi hazırlıq məktəbinin kursantı olub, 1941-1945-ci illər II Dünya müharibəsində igidlik nümunələri göstərib. Frunze adına Hərbi Akademiyanı bitirib, 12 il diviziyalara komandirlik edib. Xidmətləri onlarla döyüş orden və medalları ilə qiymətləndirilib.

İstefaya buraxıldıqdan sonra respublika avtomobil nəqliyyatı nazirinin müavini, Azərbaycan Sülhü Müdafiə Komitəsinin katibi, Bakı Müharibə Veteranları Komitəsinin sədri vəzifələrində xidmət edib. Ulu Öndər Heydər Əliyev Azərbaycan sərkərdələrindən danışarkən Həzi Aslanov, Mahmud Əbilov kimi generallarla yanaşı, Akim Abbasovun da adını həmişə birincilər sırasında çəkib.

1992-ci il fevralın 27-də generalın vəfatı xəbərini eşidən Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri Heydər Əliyev onun dəfn mərasimində iştirak etmək üçün Naxçıvan ziyalılarından və veteranlarından ibarət böyük nümayəndə heyətini Bakıya göndərib və Akim Abbasov kimi sərkərdələrin, vətənpərvər insanların heç vaxt unudulmayacağını bildirib.

Sonralar Ümummilli Liderin Sərəncamı ilə general Akim Abbasovun yubileyi dövlət səviyyəsində qeyd olunub.

Polkovnik Elvin Əzizov Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının, vətənpərvərlik hissinin daha da artırılmasında ata və babalarımızın qəhrəmanlıq ənənələrinin, hərb tariximizin öyrənilməsinə, təbliğinə böyük əhəmiyyət verildiyini nəzərə çatdırıb. Ulu Öndər Heydər Əliyevin ideyalarına əsaslanaraq vurğulayıb ki, qəhrəmanlıq ənənələrimizi öyrənmədən, hərb tariximizi bilmədən yeni qəhrəmanlar yetişdirmək mümkün deyil. General Akim Abbasov kimi sərkərdələrin qəhrəmanlıq nümunələri Azərbaycanın müstəqilliyini qorumaqda, əbədi etməkdə bu gün də örnəkdir.

Generalın oğlu, Azərbaycanın Silahlı Qüvvələr veteranı, istefada olan polkovnik Asif Abbasov atasının xatirəsinin həmişə əziz tutulduğuna görə dövlətimizin başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıq edib.

Son xəbərlər

Beynəlxalq Müəllimlər Günüdür

Çinin “süni günəş”i 2030-cu ildə sınaqdan keçiriləcək

UEFA Millətlər Liqasında IV turun növbəti oyunları keçirilib - NƏTİCƏLƏR

ATALAR DAĞDIR...

QIZIL HARRİBALDİ ORDENLİ ADAM

" İncə fikirlər" layihəsinin bu dəfəki qonağı dəyərli el anası,şairə Gülşən Şahmuradlıdır.

ÖRNƏK OLACAQ QƏHRƏMANLARIMIZ... - FOTO

Hörmətli akademik Misir Mərdanov 80 yaşınız mübarək, “Şərəf” ordeniniz mübarək!

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Bu ərazilərdə işıq olmayacaq

“Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

“Hamı ağlını başına yığsın, kimə xidmət edirsiniz?”

Türkiyədə daha bir zəlzələ oldu - YENİLƏNİB

Avropalılar neçə il pensiya alırlar?

Bütün gecə elektrik enerjisi "yeyirlər": bu cihazları şəbəkədən ayırın

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi keçirildi - FOTOLAR

Metyu haqda filmdən imtina etdilər

Ciqan valideynlikdən məhrum oluna bilər

GÖZƏL BAXIN Kİ, GÖZƏL GÖRƏSİNİZ

Məlahət Behbudqızı ✍️ : Ruhum tənha dolaşır - FOTO

İnternet həqiqətən harada “yaşayır”: Məlumat mərkəzi nədir və necə işləyir?

Şəhla Xəlilqızı : Yeni şeir nümunəsi - FOTO

İlon Mask 4 uşağının anasından ayrıldı

"Anne yarısı"nda daha bir aktyor - FOTO

Cəbrayılın azad olunmasından 6 il ötür

“Fənərbaxça”dan Azərbaycanla bağlı paylaşım

PAYIZ–TƏBİƏTİN DEYIL, İNSANIN İÇİNDƏ YAŞANAN BİR FƏSİLDİR.

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il keçir

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031