Baş-beyin transplantasiyası ilə bağlı sensasion açıqlama


Akdeniz Universiteti Orqan Nəqli İnstitutunun direktoru professor Ömər Özkan hesab edir ki, baş transplantasiyası əməliyyatlarının həyata keçiriləcəyi günlər uzaqda deyil.

Professor bu barədə Mimar Sinan Konqres Mərkəzində Akdeniz Universitetinin ev sahibliyi və Prezidentin İnsan Resursları Ofisinin təşkilatçılığı ilə keçirilən Cənubi Karyera Sərgisində deyib.

Uşaqlıq və qol transplantasiyası əməliyyatları ilə dünya tibb ədəbiyyatına adını yazdıran Ömər Özkan ölümsüzlüyün mümkün olub-olmamasından danışıb:

"Çox məşhur bir milyarder var idi. Ürək və qaraciyər transplantasiyası əməliyyatı keçirmişdi, amma sonda öldü. Orta əsrlərdə insanların əsas məqsədi ölümsüzlüyü tapmaq idi. Davamlı olaraq bunun üzərində çalışdılar. Bir müddət sonra ölməzliyi tapa bilməyəcəklərini anladılar. İndiki dövrdə orta statistik insan ömrü 80-85 civarındadır. 30-dan 80 yaşına çatmışıqsa, bəlkə də bu, 100-ə qədər uzanacaq. Amma mən daha dinc yaşamaqdan danışıram. Hədəfimiz həyat səviyyəsini hər zaman ən yüksək səviyyədə saxlamaqdır".

Türkiyənin orqan transplantasiyası həyata keçirən ən yaxşı ölkələrdən biri olduğunu bildirən mütəxəssis beyin və baş transplantasiyasına dair suallara da cavab verib.

"Beyin transplantasiyası əsrlərdir insanların ağlında olan bir şeydir. Çox fantastik səslənir. Beyin transplantasiyası niyə edilir? Faydalı ola biləcəyi bir neçə xəstəlik də var. Bunun üçün bədənə ehtiyacımız var. Baş transplantasiyasından əvvəl iflic problemini həll etmək lazımdır. Bilin ki, iflic olan xəstələri sağaldanda, baş transplantasiyası da mümkün olacaq.

Tibbdə bu vəziyyət fərqlidir. Buxar maşınını hələ kəşf etməmişik. Hələ başlanğıc mərhələsindəyik. Bir gün görəcəksiniz ki, ürəyi sifariş edib taxacaqsınız. Utopik görünə bilər, amma 15-20 günə qədər ana bətnindən kənarda yaşadılan uşaqlar var", - həkim etiraf edib.(Publika)

Son xəbərlər

Beynəlxalq Müəllimlər Günüdür

Çinin “süni günəş”i 2030-cu ildə sınaqdan keçiriləcək

UEFA Millətlər Liqasında IV turun növbəti oyunları keçirilib - NƏTİCƏLƏR

ATALAR DAĞDIR...

QIZIL HARRİBALDİ ORDENLİ ADAM

" İncə fikirlər" layihəsinin bu dəfəki qonağı dəyərli el anası,şairə Gülşən Şahmuradlıdır.

ÖRNƏK OLACAQ QƏHRƏMANLARIMIZ... - FOTO

Hörmətli akademik Misir Mərdanov 80 yaşınız mübarək, “Şərəf” ordeniniz mübarək!

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Bu ərazilərdə işıq olmayacaq

“Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

“Hamı ağlını başına yığsın, kimə xidmət edirsiniz?”

Türkiyədə daha bir zəlzələ oldu - YENİLƏNİB

Avropalılar neçə il pensiya alırlar?

Bütün gecə elektrik enerjisi "yeyirlər": bu cihazları şəbəkədən ayırın

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi keçirildi - FOTOLAR

Metyu haqda filmdən imtina etdilər

Ciqan valideynlikdən məhrum oluna bilər

GÖZƏL BAXIN Kİ, GÖZƏL GÖRƏSİNİZ

Məlahət Behbudqızı ✍️ : Ruhum tənha dolaşır - FOTO

İnternet həqiqətən harada “yaşayır”: Məlumat mərkəzi nədir və necə işləyir?

Şəhla Xəlilqızı : Yeni şeir nümunəsi - FOTO

İlon Mask 4 uşağının anasından ayrıldı

"Anne yarısı"nda daha bir aktyor - FOTO

Cəbrayılın azad olunmasından 6 il ötür

“Fənərbaxça”dan Azərbaycanla bağlı paylaşım

PAYIZ–TƏBİƏTİN DEYIL, İNSANIN İÇİNDƏ YAŞANAN BİR FƏSİLDİR.

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il keçir

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031