Görkəmli bəstəkar Süleyman Ələsgərovun 100 illik yubileyi qeyd edilib
Fevralın 21-də Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbi Xalq artisti, Üzeyir Hacıbəyli adına Respublika Mükafatı laureatı, Azərbaycan Bəstəkarlar İttifaqı Qarabağ filialının rəhbəri (1972–2000) olmuş Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr edilmiş tədbir keçirib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Əhməd Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbində keçirilən tədbirdə Bakı Şəhəri Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı, görkəmli bəstəkarın adını daşıyan 1 nömrəli Uşaq İncəsənət Məktəbinin direktoru Vaqif Abbasov çıxış edərək Süleyman Ələsgərovun həyat və yaradıcılığından geniş söz açıblar.

Bildirilib ki, Süleyman Əyyub oğlu Ələsgərov 1924-cü il fevralın 22-də Qarabağımızın tacı, Azərbaycan mədəniyyətinin beşiyi Şuşa şəhərində anadan olub. Yaradıcılıq ruhunu Şuşanın ecazkar təbiətindən alan gənc Süleyman ali musiqi təhsili almaq üçün Bakıya üz tutur. Burada Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsində təhsil alan istedadlı musiqiçi qısa müddətdə musiqi ictimaiyyəti arasında tanınmağa başlayır. 1943-cü ildə dahi Üzeyir Hacıbəylinin zəmanəti ilə respublika Bəstəkarlar İttifaqına üzv qəbul olunan gənc bəstəkarın gələcək yaradıcılıq uğurlarında 1942-ci ildə bəstələdiyi “Gözlə məni” mahnısı böyük rol oynayır.

Süleyman Ələsgərov 2000-ci il yanvarın 21-də 75 yaşında dünyasını dəyişib, Fəxri xiyabanda dəfn olunub.

Görkəmli bəstəkar 11 operettanın, o cümlədən “Ulduz”, “Özümüz bilərik”, “Milyonçunun dilənçi oğlu”, “Sevindik qız axtarır”, “Həmişəxanım”, “Hərənin öz ulduzu” musiqili komediyalarının, “Bahadur və Sona”, “Solğun çiçəklər” operalarının, “Bayatı Şiraz” simfonik muğamının, bir çox simfoniya və kantataların, tar ilə xalq çalğı alətləri orkestrı üçün konsertlərin, “Vətənimdir”, “Yada düşdü”, “Sərvi xuramanım mənim” kimi sevilən romansların, həmçinin 200-dən artıq mahnının müəllifidir.

Tədbirdə Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbinin istedadlı şagirdləri geniş və rəngarəng konsert proqramı ilə çıxış ediblər. Onların ifasında S. Ələsgərovun, həmçinin klassik Azərbaycan və dünya bəstəkarlarının əsərləri maraqla qarşılanıb.

Son xəbərlər

Beynəlxalq Müəllimlər Günüdür

Çinin “süni günəş”i 2030-cu ildə sınaqdan keçiriləcək

UEFA Millətlər Liqasında IV turun növbəti oyunları keçirilib - NƏTİCƏLƏR

ATALAR DAĞDIR...

QIZIL HARRİBALDİ ORDENLİ ADAM

" İncə fikirlər" layihəsinin bu dəfəki qonağı dəyərli el anası,şairə Gülşən Şahmuradlıdır.

ÖRNƏK OLACAQ QƏHRƏMANLARIMIZ... - FOTO

Hörmətli akademik Misir Mərdanov 80 yaşınız mübarək, “Şərəf” ordeniniz mübarək!

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Bu ərazilərdə işıq olmayacaq

“Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

“Hamı ağlını başına yığsın, kimə xidmət edirsiniz?”

Türkiyədə daha bir zəlzələ oldu - YENİLƏNİB

Avropalılar neçə il pensiya alırlar?

Bütün gecə elektrik enerjisi "yeyirlər": bu cihazları şəbəkədən ayırın

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi keçirildi - FOTOLAR

Metyu haqda filmdən imtina etdilər

Ciqan valideynlikdən məhrum oluna bilər

GÖZƏL BAXIN Kİ, GÖZƏL GÖRƏSİNİZ

Məlahət Behbudqızı ✍️ : Ruhum tənha dolaşır - FOTO

İnternet həqiqətən harada “yaşayır”: Məlumat mərkəzi nədir və necə işləyir?

Şəhla Xəlilqızı : Yeni şeir nümunəsi - FOTO

İlon Mask 4 uşağının anasından ayrıldı

"Anne yarısı"nda daha bir aktyor - FOTO

Cəbrayılın azad olunmasından 6 il ötür

“Fənərbaxça”dan Azərbaycanla bağlı paylaşım

PAYIZ–TƏBİƏTİN DEYIL, İNSANIN İÇİNDƏ YAŞANAN BİR FƏSİLDİR.

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il keçir

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031