Tramp yenidən prezident seçilsə, milyonlarla qanunsuz miqrant deportasiya olunacaq
Donald Tramp ABŞ-da keçiriləcək növbəti prezident seçkilərində qalib gələcəyi təqdirdə milyonlarla qanunsuz mühaciri deportasiya etmək niyyətindədir.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Axios portalının adı açıqlanmayan mənbəyə istinadla verdiyi məlumata görə, Donald Tramp deportasiya planının həyata keçirməsinə həm federal, həm də yerli hüquq-mühafizə orqanlarının, o cümlədən İmmiqrasiya Xidmətinin, Federal Təhqiqatlar Bürosunun, Narkotiklərlə Mübarizə İdarəsinin və prokurorluğun nümayəndələrini cəlb etmək istəyir.

Bu proses ABŞ-ın immiqrasiya qanununun mübahisəli maddələri, o cümlədən 1930-cu illərdə meksikalıları zorla repatriasiya etməyə icazə verən müddəalar əsasında həyata keçiriləcək. Beləliklə, ABŞ-da yaşayan 4 milyona yaxın meksikalı, həmçinin ölkəyə qeyri-qanuni yollarla daxil olan təxminən 2,2 milyon Mərkəzi Amerika vətəndaşı deportasiya oluna bilər.

Donald Tramp yenidən seçiləcəyi halda ilk növbədə ABŞ sərhədlərini bağlamaq və qeyri-qanuni mühacirləri ölkədən çıxarmaq niyyətində olduğunu dəfələrlə bildirmişdi. O, eyni zamanda, Birləşmiş Ştatların cənub sərhədindəki vəziyyətdən narahatlığını ifadə etmiş və rekord mühacir axını ilə bağlı ölkədə terror aktlarının artacağını proqnozlaşdırmışdı.

Bu arada ABŞ-ın cənub ştatları ilə mərkəzi hakimiyyət arasında gərginlik artmağa davam edir. Texas Milli Qvardiyası federal sərhəd xidmətinin əməkdaşlarını Rio-Grande çayı boyunca Meksika ilə sərhədin təxminən 4 kilometrlik hissəsinə buraxmayıb. Ştatın hakimiyyət orqanları Ağ evin sərhədi lazımi şəkildə qorumadığını və bunun qanunsuz mühacir axınının artmasına səbəb olduğunu bəyan edirlər.

Son xəbərlər

Konfrans Liqası: “Trabzonspor” qələbə qazanıb, "Ayaks" məğlub olub

Eyni serialda rol alacaqlar

✍ Sevil Azadqızı : MÜƏLLİM ŞƏXSİYYƏTİNİN FORMALAŞDIRICI TƏSİRİ

“Ona zəng etdim, qan tökülməsi dayandı” - Netanyahu

Sel suları Alişanın evini də basdı - Foto

Güllədən qurtuldu, əcəldən qurtula bilmədi...

MƏN KİMƏM? - FOTO

Hacıməmməd Məmmədov : İRADƏNİN GÜCÜ

GÜLƏBƏTİN ƏTİRLİ ŞEİRLƏR...

“Sındırılmış saz, yandırılmış aşıq” kitabının təqdimatı keçirilib - FOTOLAR

Xalq artisti Ramiz Quliyevin qəbirüstü abidəsinin açılışı oldu

Rəşad Məcid Mətbuat Şurasından gedir - Namizədlər onlardır

SÖZƏ DƏYƏR VERƏN ŞAİR BƏRADƏR SƏMƏNDƏRLİNİN 60 İLLİK YUBİLEYİ QEYD OLUNDU

Aysel Şükürovanın keçmiş əri həbs edildi - Aliment borcuna görə

Safuranın da evini su basdı - Fotolar

Fuad Həsənov Avropa birinciliyində 3 medal qazandı - Fotolar

Qarabağ Universitetinin Klinikası steril cərrahi alətlərinin alınmasına yarım milyon xərcləmək istəyir

Məktəbli necə geyinməlidir?

Unudulmayan ustad, unudulmayan insan...

Oğlanlar, sözüm sizədir!

QIZLAR, SÖZÜM SİZƏDİR!.. - FOTO

Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

Naxçıvanın Nazirlər Kabinetinə yeni səlahiyyət verilib

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb - yenilənib

İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər

Məsud Pezeşkian oktyabrın 16-da Ermənistana səfər edəcək

Rusiya AQEM-i ümumavrasiya istiqamətində inkişaf etdirməyi təklif edib

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031