“Ermənistan 44 günlük müharibədə düşdüyü acınacaqlı vəziyyətdən nəticə çıxarmayıb” - deputat
2022-ci ilin sonuna proqnozlaşdırılan Azərbaycan-Ermənistan sülh müqaviləsinin imzalanması qarşı tərəfin ikiüzlü və destruktiv davranışları nəticəsində tormozlandı. Ölkəmiz hələ ki, qalib tərəf kimi münasibətləri danışıqlar yolu ilə həll etmək üçün strateji səbr nümayiş etdirir. Ermənistan isə Azərbaycanın təklif etdiyi sülh yolu ilə həll prosesinə daim qarşı çıxıb və hazırda da eyni ritorikanı davam etdirir. Belə ki, təcavüzkar siyasətindən əl çəkməyən Ermənistan mütəmadi olaraq şərti dövlət sərhədində və Qarabağ iqtisadi rayonunda təxribatlar törədir, Azərbaycan ərazilərinə iddialarla çıxış edir, suveren ərazimizdə aqressiv separatçı meyilləri qızışdırır. Bu da beynəlxalq hüququn prinsiplərinin kobudcasına pozulmasıdır. Belə anlaşılır ki, Ermənistan yürütdüyü təcavüz siyasəti səbəbindən 44 günlük Vətən müharibəsində düşdüyü acınacaqlı vəziyyətdən nəticə çıxarmayıb və özünü məğlub dövlət kimi aparmır. Müharibədən keçən 3 ilə yaxın müddət ərzində biz bunların şahidi oluruq.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nurlan Həsənov söyləyib.

O qeyd edib ki, Ermənistan ona verilən şirin vədlərə uyaraq növbəti qarşıdurmaya hazırlıqlar görür. Bu məqsədlə İrandan, Hindistandan və digər ölkələrdən pilotsuz uçuş aparatları, uzaqmənzilli raket vasitələri alır, ordu bazasını gücləndirir. Nəbz yoxlaması üçün isə mütəmadi olaraq gətirdiyi silahları sınaqdan keçirir. Belə ki, son zamanlar Müdafiə Nazirliyi tərəfindən Ermənistana məxsus PUA-ların şərti sərhəddə istifadəsinə dair görüntülər yayımlanır. Hətta bir neçə gün öncə Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatlarının səyyar yerüstü idarəetmə stansiyası məhv edilmişdi. Bu məsələ də Ermənistanın revanşist mövqeyindən xəbər verir və onların heç də sülh tərəfdarı olmadığını sübuta yetirir. Lakin çox təəssüflər olsun ki, beynəlxalq ictimaiyyət Ermənistanın təcavüzkar siyasətini görməzdən gəlir.

"BMT, Avropa İttifaqı kimi nüfuzlu təşkilatlar Rusiyaya tətbiq etdikləri təzyiq vasitələrini, sanksiyaları Ermənistana gəldikdə bir kənara qoymağa üstünlük verirlər, hətta bəzən onların maraqlarını müdafiə də edirlər. Ümumiyyətlə, Qərb ölkələri tərəfindən son zamanlar ölkəmizə qarşı informasiya müharibəsi geniş vüsət alıb. Aydın məsələdir ki, Ermənistanın təxribatlarının görünməyən tərəfində bir sıra təşkilatların və güclü dövlətlərin onlara havadarlıq etməsi durur. Məyusedici haldır ki, həmin dövlətlər və qurumlar Azərbaycan-Ermənistan arasında sülhün bərqərar olması üçün bir yandan Brüssel, Praqa formatında görüşlər təşkil edirlər, bir yandan da bölgədə növbəti qarşıdurmanı alovlandırırlar. Ermənistanın bu cür dəstək görməsi Cənubi Qafqazda sülhə və təhlükəsizliyə ciddi zərbə vurur. Bütün bunlara baxmayaraq, Azərbaycan dövləti bütün mənfi çağırışlara hazırdır. Belə ki, Ermənistanın ərazilərimizə qarşı iddialarla çıxış etməsi cəhdlərinin qarşısı Müzəffər Ordumuz tərəfindən qətiyyətlə alınacaq. Azərbaycan öz ərazisində qanunsuz hərbi birləşmələrə qarşı lazım gələrsə, hüquqi əsaslarla antiterror əməliyyatlarını da həyata keçirəcək. Prezident İlham Əliyev dəfələrlə çıxışlarında bildirdiyi kimi, Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşı kimi yaşayacaq, ya da ölkəmizi tərk edəcəklər", - deyə deputat vurğulayıb.

Son xəbərlər

ABŞ Senatı İrana qarşı müharibənin dayandırılmasına çağıran qətnamə qəbul edib

Adil Cəfakeş poeziyasından bir nümunə... - FOTO

Gürcüstanda zəlzələ oldu

Xamenei ilə vidalaşmaq üçün Tehrana gedəcək

QIZBƏS QƏBƏLƏ : ÜRƏK, DAYANMAĞA TƏLƏSMƏ HƏLƏ - FOTO

Sifarişlər mənzilinə çatdı, özü yox… - Fotolar

Cıdır düzündə ona Qarabağ atı hədiyyə olundu - Fotolar

Tarixinin ən isti gününü yaşadı

DÇ-2026: Portuqaliya Özbəkistanı darmadağın edib

“Bu, heç vaxt müzakirə olunmayacaq”

İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI

Sabahdan bəzi yerlərdə yağış intensivləşəcək - XƏBƏRDARLIQ

Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Slovakiyada səfərdə olub

DSMF: Bütün sosial ödənişlərin sabah yekunlaşdırılması nəzərdə tutulub

Türkmənistan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb

Bircə səndin mənim “həyat ağacım”...

TƏŞƏKKÜRNAMƏ

Səfir: İran dondurulmuş aktivləri ilə nə edəcəyinə qərar verən yeganə ölkədir

Prezidentlər İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada işğal dövründə güllələnmiş büstlərə baxıblar

Sabah yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ

Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar

İlham Əliyev Lüksemburqun Böyük Hersoqunu təbrik edib

Ceyranbatan qəsəbəsində 1200 abonentin qazı kəsiləcək

Azərbaycan Silahlı Qüvvələri Gününə həsr olunmuş birgə tədbir keçirilib - FOTOLAR

Mərdəkanda dənizdə batan 4 gəncin FOTOSU

Mərakeş səfiri: Qafarova və Qayatın görüşü iki ölkə arasında qardaşlıq əlaqələrini bir daha təsdiqləyib

"Valideyn uşağa “kukla” kimi yanaşmamalıdır" - Məleykə Abbaszadə

23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramıdır

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930