"Ermənistan gərginlik yaratmaq istəyir: Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olunmasa..." – SENSASİON AÇIQLAMA

Azərbaycan Respublikasının Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 23-dən 25-dək Moskva şəhərində keçiriləcək VIII Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak edəcək. Plenar iclaslarda təhlükəsizliyin regional aspektləri, dövlətlərin təhlükəsizliyinə təhdidlərə qarşı cavab tədbirləri üzrə hərbi qurumların fəaliyyətlərinin regional xüsusiyyətləri və bir sıra digər məsələlər müzakirə ediləcək.

Sonxeber.az-a Müdafiə nazirinin müavini və rəhbərlik etdiyi nümayəndə heyətinin Moskavada keçiriləcək konfransda iştirakı ilə bağlı sabiq hərbi birlik komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov açıqlamasında separatçı rejimin tez-tez təxribatlar törətməyə çalışdığını deyib.

Yaşar Aydəmirovun sözlərinə görə, Rusiya-Azərbaycan arasında hərbi əməkdaşlıq, strateji tərəfdaşlıq var:

"Region olaraq Rusiya möhkəm regiondur. Aprelin 23-dən 25-dək VIII Beynəlxalq Təhlükəsizlik Konfransın Moskvada keçirilməsi çox ciddi təşəbbüsdür. Çünki Ermənistan hər zaman olduğu kimi, yenə də gərginlik yaratmaq istəyir. Plenar iclaslarda müəyyən mövzular və müzakirələr olunacaq, nəticə etibarı ilə qərar veriləcək. Eyni zamanda Azərbaycanın, Ali Baş Komandanın, Müdafiə nazirinin mövqeyi səsləndiriləcək".

Y.Aydəmirov qeyd edib ki, Ermənilərin arxasında müəyyən qüvvələr durur:

"Çox güman bu məslələr də müzakirə olunacaq. Ancaq Ermənistana tam təsiri olmasa da, müəyyən təsiri olacaq. Azərbaycan müharibə şəraitində olan bir ölkədir. Hər an Ali Baş Komandanın əmrini gözləyirik və buna da hazırıq. Mən bir hərbçi kimi Dağlıq Qarabağ münaqişəsinin həllini hərb yolunda görürəm. Çünki Ali Baş Komandan bir neçə çıxışında söyləyib ki, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olunmasa, torpaqların işğaldan azad olunmasına hərb yolu ilə əmr veriləcək".

Son xəbərlər

Tanınmış aktyor evində ölü tapıldı

Sənubər Səhər : Yazılar mütləqdir

Nəriman Həsənzadə Birinci Fəxri xiyabanda dəfn olundu

Kəlbəcərdə dağda köməksiz qalan şəxs xilas edildi

FHN əlilliyi olan şəxslər üçün maarifləndirmə tədbiri keçirdi - Fotolar

Nəriman Həsənzadə ilə vida mərasimi keçirildi - Prezident və xanımı əklil göndərdi+Fotolar

Paşinyan istefa verdi - Yeni hökumət formalaşdırılır

Dünyanın ən gözəl sözü seçildi

İran XİN: Region ölkələri ilə düşmənçilik siyasəti aparmırıq

ABŞ viza girovunu 20 min dollara qədər artırıb

Əraqçi Asim Munir və Hakan Fidanla regiondakı vəziyyəti müzakirə edib

“9 ildir ki, Bakıda, ata evimdə yaşayıram” - Sevil Əliyeva

“Onunla ilk görüşə çamadanla getdim”

Azyaşlı futbolçu faciəvi şəkildə öldü - YENİLƏNİB

Bir inci saflığı varsa da suda...

Novruzəli Aslanov: “Çolpon-Ata görüşü Türk dünyasında inteqrasiyanın dərinləşməsi mövzusunda mühüm siyasi mesajlar verdi”

Nüsrət Quliyev-65

Azərbaycan dili milli kimliyimizin və dövlətçiliyimizin əsas sütunlarından biridir

Tofiq Musayev UFC-də ikinci qələbəsini qazanıb

Alimlərdən qan təzyiqi ilə mübarizədə yeni üsul

Azərbaycan güləşçisi dünya çempionatının finalında

“Kabus körpü” yenidən üzə çıxdı

Sabiq nazir vəfat etdi

Lerikdə yenə zəlzələ oldu - YENİLƏNİB

“Nilay” “Kızılcık Şerbeti”ndən gedir

Can Kolukısa vəfat etdi

Azərbaycanda nağdsız ödənişlər artdı

Uşağın doğulduğu ay onun inkişafına təsir edir? - Alimlərdən diqqətçəkən araşdırma

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31