“Babbel” dil öyrənmə platforması tərəfindən keçirilən beynəlxalq qiymətləndirmədə Yeni Zelandiyanın yerli Maori dilinə məxsus “kaitiakitanga” sözü dünyanın ən gözəl sözü seçilib.

“Qafqazinfo” xəbər verir ki, “Babbel” bu qiymətləndirmə üçün “Reddit” və “TikTok” kimi platformalarda dillərlə bağlı minlərlə müzakirəni təhlil edərək, 75 dildən 223 sözdən ibarət qısa siyahı hazırlayıb.

Daha sonra dilçilər, yazıçılar və mədəniyyət mütəxəssislərindən ibarət beynəlxalq münsiflər heyəti sözləri səs ahəngi, məna dərinliyi, nadirliyi və mədəni əhəmiyyətinə görə dəyərləndirib.

Maori dilindəki “kaitiakitanga” sözü təbiəti və ətraf mühiti indiki və gələcək nəsillər üçün qorumaq məsuliyyətini ifadə edir. Bu anlayış yalnız ekologiyanı deyil, həm də Maori mədəniyyətindəki himayədarlıq və qəyyumluq fəlsəfəsini özündə birləşdirir.

“Babbel” bildirib ki, söz həm özünəməxsus tələffüzü, həm də bir çox dildə birbaşa qarşılığı olmayan dərin mənası ilə seçilib.

Şirkətin dilçisi Esteban Touma Portilla qeyd edib ki, iqlim dəyişikliyinin təsirlərinin daha çox hiss olunduğu indiki dövrdə bu anlayış qlobal əhəmiyyət daşıyır və insanların ətraf mühitə qarşı məsuliyyətini xatırladır.

Qiymətləndirmədə türkcənin “yakamoz” sözü də dünyanın ən gözəl 15 sözü siyahısına daxil edilib. Bu söz suyun səthində ay işığının yaratdığı gümüşü parıltını ifadə edir və başqa dillərdə tam qarşılığı olmayan anlayışlardan biri hesab olunur.

“Babbel” qalib sözdən başqa siyahıdakı digər sözlər üçün reytinq açıqlamayıb.

İlk “15-liy”ə həmçinin yunan dilində “aura” və “zephyr”, yapon dilində “ikigai” və “kintsugi”, uels dilində “hiraeth”, portuqal dilində “saudade”, ispan dilində “ojala”, fin dilində “poronkusema”, urdu dilində “naz”, zulu dilində “ubuntu”, ukrayna dilində “iriy”, yiddiş dilində “luftmensch” və yaghan dilində “mamihlapinatapai” sözləri də daxil edilib.

Dilçilərin fikrincə, xüsusilə azlıq dillərindəki bəzi sözlər başqa dillərdə tam qarşılığı olmayan anlayış və dəyərləri ifadə etdiyi üçün insanlara dünyaya fərqli prizmadan baxmaq imkanı yaradır.

Son xəbərlər

Azərbaycan Prezidenti Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

Arzu Yaqub qızı : Saçını meh darasa... - FOTO

İlham Əliyev və Mehriban Əliyeva Şamaxıya səfər ediblər

Dövlət Agentliyinin əməkdaşlarının tibbi təminatı Daxili İşlər Nazirliyinə həvalə olunub

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Rusiyanın 3 təyyarəsi və helikopterləri bir gecədə məhv edildi

Karantin rejimi yanvara qədər uzadıldı

Vaqif Vüqar : Nizamı məqbərəsində düşüncələrim - FOTO

Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib

Bu şəhərlər 100 il sonra yox ola bilər - Siyahı

Cahangir Əsgərovun qızı Nyu-Yorkda 7,5 milyonluq əmlak alıb

“Windows 11”də format dövrü bitdi - Sistem bu yolla yenilənəcək

İlham Əliyev TDT Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb

Yaşlandıqca immunitet niyə zəifləyir? - Araşdırma

SƏNİ ÇOX SEVİRƏM, YAXŞI Kİ, VARSAN - FOTOLAR

Mərkəzi Bankın səlahiyyətləri artırılır

Rusiyada ayı giləmeyvə toplayan iki kişini parçalayıb

Azərbaycan ilə Malayziyanın turizm əlaqələri müzakirə olunub

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri Filippin və Danimarka ilə qarşılaşacaqlar

Türk oğlu türk- NİCAT ƏRTÜRK

"O kəndə "Kərki" deməsək, müharibə qaçılmaz olacaq" - Paşinyan

“Ararat” və “Milan”dan məğlubiyyət - AL-də gecənin nəticələri

Bu ərazilərdə işıq olmayacaq

Lənkəranda qəzada ölənlərin sayı artdı - YENİLƏNİB

84 ildir işıqsız və susuz yaşayır - "Heç nəyin çatışmadığını hiss etmirəm"

ƏZİZƏ AĞAHÜSEYNQIZI : BU PAYIZI ÖZÜN İLƏ APARMA - FOTO

Trampın sağ əli xərçəngə qalib gəldi

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930