İnsanlıq yaranandan məlumatlara, xəbərlərə ehtiyac həyatımızın ayrılmaz hissəsi olub.
Müxtəlif elm sahələrinin yaranması həyatın və zehni inkişafın təməli olub.
Artıq elə bir dövrə gəlib çatmışıq ki, insanların çoxu süni intellektə üz tutur. Nə bilmək istəyirlərsə, ondan soruşurlar.
Bəs süni intellekt kimdir?
Onu da insanlar yaradıb.
Təəssüf ki, bununla da tənbəllərin sayı daha da artıb.
Süni intellekt bir çox problemləri həll edə bilər, amma qəlbinizdəki düşüncələri, hissləri görə bilməz.
Bunları paylaşmaq istədikdə isə özümüz yazmalıyıq. İnsanların qəlbinə yaxın olmaq üçün də onların söhbətlərini, fikirlərini eşitmək, oxumaq istəyirik.
On beş yaşımdan bəri öyrəndiyim məlumatları yazmaq, paylaşmaq həvəsi, arzusu ilə yaşamışam. Uzun illərdir qəlbimdən keçən duyğular, fikirlər, məsləhətlər də maraq dünyasında öz yerini tapıb.
Yazılarıma qarşı etirazlarla heç vaxt qarşılaşmasam da, müsahibə almaq dövrümə son versəm də, öyrəntilərə son vermək mümkün deyil. Öz övladlarımdan belə yeni öyrəndiklərim var.
Fikirləri ilə razılaşmadığım yazarlar da sonsuzdur.
Ömür boyu oxuyub öyrəndiklərimin bir çoxu da həm qorxunc, həm də sevindirici dəyişiklərlə üzləşir.
Bunun ilk səbəblərindən biri süni intellekt, digəri isə narkomaniyanın amansız inkişafıdır...
Əslində, trilyonları ilə kef edənlərlə, yoxsulluqdan, aclıqdan ölənlərin olduğu bu dünyada problemlər, dərdlər saysızdır.
Kasıbın da, varlının da ruhi dünyasına ağrı gətirən ölüm də var.
Allahımız bütün çətinliklərə qarşı səbri, təmkini, ümidi də qəlbimizdən əskik etmir. Hətta Allaha inanmayanların da qəlbindən...
Nə edirik?
Yaşayırıq — sevinclə, kədərlə, sevdiklərimizlə, iş-gücümüzlə, əyləncəmizlə və qəlbimizdəkiləri paylaşmaqla.
Bu paylaşımlardan qazandıqlarımız hər zaman xeyirli olsun, onların hərarətinə qızınaq, onlardan da nələrsə öyrənək, sevinək.
Tək özümüzü düşünməyək...
Öyrənək, öyrədək, dözək, yaşayaq.
Bu imtahan dünyasında ən gözəl əməl kimisə sevindirməkdir. Bir kəlmə xoş söz belə bütün əməllərin zirvəsində dayanır.
Fikirlərimizi yazaq, yaza bilməyənlər danışsın.
Və ən böyük arzum da odur ki, ətrafımızda bizi başa düşənlər olsun ancaq.
Pisliklər də, pislər də dünya durduqca olacaq — yaxşıların qiymətini bilmək üçün.
Yaradılan süni insanlar da belə oldu...
Qəlbimizə hakim isə özümüzük.
Yazın, paylaşın, məsləhət alın. Onu rahat saxlayaq.

Son xəbərlər

Ceki Çan Bakıya gəldi - FOTO

Araz Ağalarovun ikinci nikahından olan övladları - FOTO

Qardaşı oğlu ilə dənizdə batan Arifin - Fotosu

Güllünü doğma qızı öldürübmüş - İstintaq yekunlaşdı

Baş Prokurorluq əməliyyat keçirdi - Vəzifəli şəxslər həbs olundu

Ürək dayansa nə etməli? - Həkimdən həyati əhəmiyyətli xəbərdarlıq

“Yaprak Dökümü”nün aktyoru “Uzak Şehir”də

Tovuzun suyu, Arif Həsənovun yeni yaşı və solmayan xasiyyəti - FOTOLAR

Estoniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Bakı Qızlar Universitetinin tələbələri ilə bağlı aidiyyəti tədbirlərin icrasına başlanılıb

"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub

Türkiyəli nümayəndə heyəti sabah Qarabağa səfər edəcəklər

Elektron siqaretlərin mülki dövriyyəsi qadağan edildi

Bakıda bir ailənin faciəsi... - 2 qardaş öldü - Yenilənib

Tələbə qızı dəm qazından boğulmuşdu - 3 il sonra qəzada öldü

Paşinyanın yeni hökumətinin prioritetləri – müxalifət, kilsə və sülh prosesi - ŞƏRH

İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib

Bağçalara növbəyə yazılma prosesi müvəqqəti dayandırılır

Sabah Azərbaycanda 38 dərəcə isti olacaq

YÜKSƏK BAL TOPLAYAN MÜƏLLİM

İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib

Qaralma dəbinin yaratdığı böyük təhlükə: Xəbərdarlıq edildi

İndi də toylarının bu həftəsonu olacağı deyilir

Rəsmi Tehran İran və ABŞ arasında danışıqların başlanması ilə bağlı iddiaları təkzib edib

Ağdərədə mina partlayıb, iki nəfər xəsarət alıb

Xalq yazıçısı Elçinin qəbirüstü abidəsinin açılışı olub

Neft qiymətləri 5 %-dən çox aşağı düşüb

Sabah jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31