Şahzadə Anna 73 yaşını qeyd edib - FOTO
Böyük Britaniya Kralı III Çarlz bacısı şahzadə Annanı 73 yaşının tamam olması münasibətilə ziyarət edib.

AZƏRTAC “Daily Mail” nəşrinə istinadla xəbər verir ki, 75 yaşlı Kral bacısı ilə birlikdə 1951-ci ildə “Clarence House” iqamətgahında uşaq arabasında çəkdirdikləri ağ-qara rəngli şəkli ona hədiyyə edərək ən xoş arzularını bildirib. Şəkildə Çarlzın körpə Annanın əlini zərifliklə sıxdığı görünür.

Qeyd edək ki, mərhum Kraliça II Yelizavetanın və Edinburq hersoqunun yeganə qızı və ikinci övladı olan şahzadə Anna Elizabet Alis Luiza 1950-ci il avqustun 15-də anadan olub. Atasının sevimlisi olan Anna o zaman anası və qardaşı Çarlzdan sonra Britaniya taxt-tacında üçüncü şəxs idi.

İki övladı olan şahzadə Anna həyata baxışlarına və cəsarətinə görə kral ailəsinin üzvlərindən fərqlənir. O, xeyriyyəçilik etməyi və dünyanı gəzməyi çox sevir. 1976-cı ildə keçirilən Monreal Yay Olimpiya Oyunlarında iştirak edən Anna atçılıq idmanı ilə peşəkar şəkildə məşğul olub.

Birinci əri Mark Fillipsdən ayrıldıqdan sonra 1992-ci il dekabrın 12-də Timoti Lourenslə evlənən kral ailəsinin ikinci övladı bu hərəkəti ilə mühafizəkar Britaniya ictimaiyyətini şoka salıb.

Anna həm də krallıq titullarından imtina etdikdən sonra Harri və Meqan Marklı dəstəkləyən bir neçə nəfərdən biridir.
Şahzadə Anna 73 yaşını qeyd edib - FOTO
Şahzadə Anna 73 yaşını qeyd edib - FOTO
Şahzadə Anna 73 yaşını qeyd edib - FOTO
Şahzadə Anna 73 yaşını qeyd edib - FOTO

Son xəbərlər

Mərkəzi Bank bu həftə növbəti dəfə uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq

Türkiyədə 5 maqnitudalı zəlzələ olub

Sabirabadda yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb

Zeynəb Cəmaləddin : A CİV-CİV SƏRÇƏLƏR - FOTO

Həcər sizə sirr desin?. - FOTO

Hər qadının heç kimin bilmədiyi bir hekayəsi var...

Əhaliyə “su və konserv yığın” təlimatı verildi - Bu ölkə savaşa hazırlaşır

Afiq Göyçəli : Danışanda çox danışma, çox dinlə ki, öyrənəsən! - FOTO

Yatarkən işığı söndürmək üçün yeni səbəb

Türkiyə Super Liqası: “Amed” “Beşiktaş”ı məğlub edərək liderliyə yüksəlib

Dünya yeməklə sınağa çəkilir - Ərzaq qiymətləri 4 ilin zirvəsində

İran XİN başçısı BMT Baş Assambleyasına yollanarkən Qətərdə qısamüddətli səfərdə olacaq

Çoxu da, azı da ziyandır - Qocalmamaq üçün bu qədər yatın

Meloni niqabı qadağan edir

KƏRİM MÜƏLLİM — DOSTLUĞUN, ZİYALILIĞIN VƏ KİŞİLİYİN ÖMÜR ÖLÇÜSÜ

NƏSİB ABİD - SÖZƏ İŞIQ SALAN FİLOLOQ - FOTO

BİZ SİZİNLƏ FƏXR EDİRİK...

Niyaməddin Musayev bu yolla formada qalır

İncəsənət dünyasının ən nüfuzluları - SİYAHI

Üzümü dərmişəm, ey dildar, gəl... - FOTOLAR

İmran Xanın bacısı saxlanıldı

Göygöldə qadın öldürüldü - Əri saxlanıldı

Sürpriz qatar və ya cəmi yeddi dəqiqə

Hər körpəyə toxunan qəlpələr səndən keçir.

Antiterror əməliyyatları şəhidi Tural Cahangirov anıldı - Fotolar

YAP fərqlənən Balaxanı neftçilərini peşə günləri münasibəti ilə mükafatlandırdı - FOTO

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

"İncə fikirlər" layihəsinin növbəti qonağı AYB-nin üzvü, "Həməşəra" Fəxri Diplomu və Turan Yazarlar Birliyinin xüsusi ödülü laureatı, yazıçı-publisist, şair Sevil Gül Nur xanımdır.

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930