Nəcməddin Sadıkovun yaxın adamı azadlığa buraxıldı

Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin Təhsil-Tədris və Elmi Tədqiqatlar İdarəsinin sabiq baş zabiti Zahid Niftəliyev və “N” saylı hərbi hissənin taqım komandiri müavini Elsevər Niftəliyevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

“Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, Tərtər Hərbi Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hakim İlqar Quliyevin sədrlik etdiyi hakimlər heyəti belə qənaətə gəlib ki, təqsirləndirilən şəxslərə verilmiş ittihamlar əsassızdır.

Hökmə əsasən, Zahid Niftəliyevin əməli Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsindən 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddəsinə tövsif edilib.

Z.Niftəliyev bu maddə ilə təqsirli bilinib, ona 10 min manat cərimə cəzası təyin edilib.

Onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib, məhkəmə zalından birbaşa azadlığa buraxılıb.
Təqsirləndirilən gizir Elsəvər Niftəliyevin isə əməlində cinayət tərkibi olmadığından ona bəraət verilib.

Qeyd edək ki, Z.Niftəliyev və E.Niftəliyev Hərbi Prokurorluğun İstintaq İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilmişdilər.

Onlara qarşı Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3 (qabaqcadan əlbir olub külli miqdarda təkrar rüşvət alma) maddəsi ilə ittiham verilmişdi. Zahid Niftəliyevə həm də Cinayət Məcəlləsinin 341-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya səlahiyyət həddini aşma) maddələri ilə ittiham irəli sürülmüşdü. Z.Niftəliyev rüşvət almaqdan əlavə, hərbçiləri qanunsuz olaraq öz bağ evində işlətməkdə təqsirləndirilirdi.

Z.Niftəliyev Azərbaycan Ordusunun keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı olub. O, “Şlyapa Zahid” ləqəbi ilə tanınıb.

Son xəbərlər

Beynəlxalq Müəllimlər Günüdür

Çinin “süni günəş”i 2030-cu ildə sınaqdan keçiriləcək

UEFA Millətlər Liqasında IV turun növbəti oyunları keçirilib - NƏTİCƏLƏR

ATALAR DAĞDIR...

QIZIL HARRİBALDİ ORDENLİ ADAM

" İncə fikirlər" layihəsinin bu dəfəki qonağı dəyərli el anası,şairə Gülşən Şahmuradlıdır.

ÖRNƏK OLACAQ QƏHRƏMANLARIMIZ... - FOTO

Hörmətli akademik Misir Mərdanov 80 yaşınız mübarək, “Şərəf” ordeniniz mübarək!

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Bu ərazilərdə işıq olmayacaq

“Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

“Hamı ağlını başına yığsın, kimə xidmət edirsiniz?”

Türkiyədə daha bir zəlzələ oldu - YENİLƏNİB

Avropalılar neçə il pensiya alırlar?

Bütün gecə elektrik enerjisi "yeyirlər": bu cihazları şəbəkədən ayırın

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi keçirildi - FOTOLAR

Metyu haqda filmdən imtina etdilər

Ciqan valideynlikdən məhrum oluna bilər

GÖZƏL BAXIN Kİ, GÖZƏL GÖRƏSİNİZ

Məlahət Behbudqızı ✍️ : Ruhum tənha dolaşır - FOTO

İnternet həqiqətən harada “yaşayır”: Məlumat mərkəzi nədir və necə işləyir?

Şəhla Xəlilqızı : Yeni şeir nümunəsi - FOTO

İlon Mask 4 uşağının anasından ayrıldı

"Anne yarısı"nda daha bir aktyor - FOTO

Cəbrayılın azad olunmasından 6 il ötür

“Fənərbaxça”dan Azərbaycanla bağlı paylaşım

PAYIZ–TƏBİƏTİN DEYIL, İNSANIN İÇİNDƏ YAŞANAN BİR FƏSİLDİR.

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il keçir

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031