Ulu Öndərin anadan olmasının 100 illiyi Aktau şəhərində təntənəli şəkildə qeyd edilib - FOTO
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi Qazaxıstanın Mangistau vilayətinin Aktau şəhərində təntənəli şəkildə qeyd edilib. Aktaudakı “Dostluq Evi”ndə keçirilən tədbirdə Azərbaycan nümayəndə heyəti ilə yanaşı, Mangistau vilayətinin qubernatoru, Aktau şəhər rəhbərliyi, azərbaycanlı və qazax ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Baş konsulluqdan AZƏRTAC-a bildirilib ki, tədbir iştirakçıları əvvəlcə “Dostluq Evi”ndə dünyaşöhrətli siyasi xadim, Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini, keçirdiyi görüşləri əks etdirən fotosərgiyə baxıblar.

Sonra Azərbaycanın və Qazaxıstanın dövlət himnləri səsləndirilib.

Moderator İlkin Orucov Ulu Öndərin həyat və fəaliyyəti barədə məlumat verib.

Sonra Azərbaycanın Aktaudakı Baş konsulunun vəzifələrini icra edən Elçin Məmmədov geniş məruzə ilə çıxış edib.

E.Məmmədov fenomen şəxsiyyət, müasir müstəqil Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti barədə geniş məlumat verib. Bildirib ki, Azərbaycan ilə Qazaxıstan müstəqilliyini bərpa etdikdən sonra ölkələrimiz arasındakı dostluq münasibətlərinin inkişafında Ümummilli Lider Heydər Əliyevin böyük xidmətləri olub.

Diplomat Ulu Öndərin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib.

Cari ilin aprel ayında Astana şəhərində Ümummilli Lider Heydər Əliyev adına Parkın açılmasını dostluğumuza, eyni zamanda Ulu Öndərə verilən yüksək qiymətin sübutu olduğunu bildirib. Parkın açılış mərasimində dövlətlərimizin başçılarının iştirakını xüsusi qeyd edib.

Mangistau Vilayətinin akimi (qubernatoru) Nurlan Noqayev Ulu Öndər Heydər Əliyevin ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafındakı xüsusi xidmətlərindən danışıb. Bildirib ki, fenomen şəxsiyyət Heydər Əliyev qazax xalqının yaxın dostu olub və daim Qazaxıstan xalqına və dövlətinə xüsusi rəğbət bəsləyib.

Onun sözlərinə görə, əsası Ulu Öndər tərəfindən qoyulmuş yüksək səviyyəli tarixi əlaqələr daha da inkişaf edib, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Tədbir daha sonra konsert proqramı ilə davam edib.

“Natiq” ritm qrupunun ifasında Qarabağ kompozisiyası, Əməkdar artist Şəhriyar İmanov və “Mirvari” rəqs qrupunun ifaları tamaşaçılara xoş ovqat bəxş edib.
Ulu Öndərin anadan olmasının 100 illiyi Aktau şəhərində təntənəli şəkildə qeyd edilib - FOTO
Ulu Öndərin anadan olmasının 100 illiyi Aktau şəhərində təntənəli şəkildə qeyd edilib - FOTO
Ulu Öndərin anadan olmasının 100 illiyi Aktau şəhərində təntənəli şəkildə qeyd edilib - FOTO

Son xəbərlər

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub

Magistraturaya qəbul imtahanı keçirildi - YENİLƏNİB

Yollarda görünüş məsafəsi məhdudlaşacaq

İshaq Dar və Hakan Fidan müzakirə apardılar

Rusiyanın Oryol şəhərinə dron hücumu - Ölən var

Abşeron rayonuda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib - FOTOLAR

Azərbaycanın rayonlarında yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ

BELA ZƏNGİBASARLI : ,,ZƏNGİBASAR YALLISI" - FOTO

Deputat: Milli Qurtuluş günü Azərbaycanın dövlətçilik tarixinin dönüş nöqtəsidir

Mirzəxan Xəlilov-80

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olunub - FOTO

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

Milli Qurtuluş Günü və müstəqil məhkəmə sisteminin institusional təməlləri

MƏMMƏD QƏDİR : Qulağının dalın görərsən - FOTO

Mehriban xanım Əliyeva: Şəfqət və xeyirxahlıq simvolu

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Zelenski Rusiyanın 10 rabitə operatoruna sanksiya tətbiq edib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Dünya çempionatı - Qətər son dəqiqə qolu ilə xilas oldu

VƏTƏNƏ XİDMƏTLI BİR ÖMÜR YAŞADI...

Moskva da yağışlara tab gətirmədi - Şəhəri su basdı

“Kokain lazımdır, təcili!” - Məşhur aktrisanın yazışmaları üzə çıxdı

Azərbaycanda 814 min insanın səhhəti təhlükədədir

Meksikada şəhər meri güllələnərək öldürülüb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

Yaşar müəllimin şərəfli həyat yolunun mənəvi işığında - FOTO

Netanyahu təcili iclas çağırdı

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930