Aktauda Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib - FOTOLAR
Mayın 4-də Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş Konsulluğu “Azərbaycan Mərkəzi” İctimai Fondu ilə birlikdə Atırau vilayətinin “Novruz” Azərbaycan etnik-mədəni birliyinin müəllim və tələbələrinin iştirakı ilə, Xalel Dosmuhammedov adına Atırau Universitetində Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans və rəsmi qəbul keçirilib.

Bu barədə AZƏRTAC-a Baş konsulluqdan məlumat verilib.

Bildirilib ki, konfrans çərçivəsində tələbələr arasında dahi siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş inşa müsabiqəsi keçirilib.

Konfransı giriş sözü ilə açan Azərbaycanın Qazaxıstanın Aktau şəhərindəki Baş Konsulluğunun başçısı Elçin Məmmədov Ulu Öndərin Azərbaycan-Qazaxıstan münasibətlərinə verdiyi töhfələrdən, onun dost və qardaş qazax xalqına xüsusi sevgisindən danışıb.

Atırau Universitetinin rektoru Salamat İdrisov çıxış edərək Heydər Əliyevin siyasi irsinin öyrənilməsinin vacibliyini qeyd edib, bu irsin öyrənilməsinin aspektlərindən danışıb, elmi-praktik konfransa işlərində uğurlar arzulayıb. Sonra o, inşa müsabiqəsinin nəticələrini açıqlayıb.

“Azərbaycan Mərkəzi” İctimai Fondunun rəhbəri İlkin Orucov, “Novruz” etnik-mədəni birliyinin sədri Eldar Məmmədov məruzə ilə çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycan naminə fəaliyyətindən danışıblar.

Daha sonra Atırau Universitetinin qalib tələbələrinə Azərbaycanın Ümummilli Lideri və dövlət xadimi Heydər Əliyevin adını daşıyan mükafatlar təqdim olunub.

Baş konsul yaradılan şəraitə və Ulu Öndərin irsinə verilən diqqətə görə Atırau vilayətinin Akimi Serik Şapkenə, Atırau şəhərinin Akimi Kalaui Meyrimə və Atırau Universitetinin rektoru Salamat İdrisova xüsusi təşəkkür edib.
Aktauda Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib - FOTOLAR
Aktauda Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib - FOTOLAR
Aktauda Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib - FOTOLAR

Son xəbərlər

Süni intellektin maliyyə məsləhətlərinə inanmaq olarmı - nə qədər tez-tez səhv edir?

Hamının içdiyi bu məhsulun zərərləri də var imiş - Həkimdən xəbərdarlıq

Nəriman Axundzadə yenə ehtiyatda qaldı

Üç ildən sonra bu seriala çəkilir

ŞAİR HƏNİFƏ ALIŞANOĞLUNUN POEZİYA DÜNYASINDA VƏTƏN SEVGİSİ VƏ KÖNÜL DUYĞULARI...

BİZ NİYƏ YALAN DANIŞIRIQ, BİZİ YALANLARA KİM SÖVQ EDİR?

BİR VAXT VAR İDİ...

Əli Vahid Çaylı : EŞİTSİN ŞİRVANLILAR - FOTO

Noyerin səhvi tarixi qolla nəticələndi

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Mərmərə dənizində zəlzələ oldu

Zelenski Trampın sərt bəyanatlarından dərhal sonra Britaniyanın baş naziri ilə danışıb

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

"Olduqca həssas və məsuliyyətli bir dövrdən keçirik" - Deputat

Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

“Məktəbli qızların hicab taxmasını tələb edən valideynlərin narazılığını başa düşə bilmirəm” - Sabir Rüstəmxanlı

Adil Cəfakeş : Nənəmin Cəhrəsi - FOTO

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Rihanna övladları ilə - Fotolar

“Düşünürəm ki, Ukraynanın yeni prezidenti seçməsinin vaxtı çatıb”

Azərbaycanlı gənc Polşada vəfat edib

“Sumqayıt” ilk qələbəsini qazandı

"Arsenal" "Lids Yunayted"ə qalib gəldi

Cüdoçularımız fərdi yarışları 7 medalla bitirdilər

Kobaxidze yanacağın qiymətinin artmasından danışdı

İnsan ömrünün son həddi bəlli oldu - Alimdən diqqətçəkən açıqlama

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031