
Xəbərlər
25.11.2019, 15:20
“Borc aparatları” ilə bağlı bəd xəbər - Dövlət qurumları əməliyyat keçirdi

Bakıda "Azpul" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) məxsus "Azpulmat” özünəxidmət terminalları yığışdırılıb.
"Yeni Sabah” Pravda.az-a istinadən xəbər verir ki, noyabrın 24-də müvafiq dövlət qurumları tərəfindən əməliyyat keçirilib, terminallara blok qoyulub.
Hazırda MMC-nin fəaliyyəti ilə bağlı araşdırmalar davam etdirilir.
Qeyd: Şəhərin bir neçə ərazisində quraşdırılan el arasında "borc aparatı” kimi təqdim edilən aparatlardan insanlar şəxsiyyət vəsiqəsini, barmaq izini aparata daxil etməklə, 20 manat məbləğində borc pul alırdılar. Həmin borc 5 gün ərzində 21 manat şəklində, yəni faizlə qaytarılırdı. Təkrar müraciət zamanı isə 40 manat AZN götürmək mümkün idi.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











