Ulu Öndərin uğurlu siyasəti Azərbaycana bütün sahələrdə möhtəşəm nailiyyətlər qazandırıb
“Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində fevralın 23-də Ağdamda Ulu Öndərin zəngin dövlətçilik irsinin öyrənilməsi və yeni nəslə aşılanması məqsədilə tədbir keçirilib.

YAP-ın mətbuat xidmətindən AZƏRTCA-a bildiriblər ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla anılıb.

Tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin, eləcə də qardaş Türkiyədə təbii fəlakət nəticəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev Ulu Öndər Heydər Əliyevin şərəfli ömür yolu, zəngin dövlətçilik irsi və çoxşaxəli fəaliyyəti haqqında ətraflı danışıb. O, Ümummilli Liderin müstəqil Azərbaycan dövlətinin tərəqqisi naminə həyata keçirdiyi müstəsna işlərdən bəhs edib.

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov bildirib ki, Ulu Öndərin uğurlu siyasəti sayəsində müstəqil Azərbaycan azərbaycançılıq fəlsəfəsi əsasında bütün sahələrdə möhtəşəm nailiyyətlər əldə edib.

Milli Aerokosmik Agentliyinin baş direktoru, texnika elmləri doktoru, professor Natiq Cavadov isə vurğulayıb ki, müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir.

Milli Məclisin deputatı Aqil Abbas bildirib ki, Azərbaycan xalqı bu gün Heydər Əliyevin qurucusu olduğu müstəqil Azərbaycan dövlətini inkişaf etdirmək, yeni-yeni uğurlar qazanmaq istiqamətində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi siyasətə hərtərəfli dəstək verməkdədir.

Daha sonra çıxış edən partiya veteranı Hüseyn Kazımov, YAP-ın fəal üzvü Mətanət Misirxanova vurğulayıblar ki, qazanılan bütün nailiyyətlərin əsasında Ulu öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirməsi dayanır.

Sonda YAP sıralarına yeni qəbul olunmuş bir qrup gəncə partiyaya üzvlük vəsiqələri təqdim olunub.

Eyni zamanda, bir qrup partiya fəalı rayonun ictimai-siyasi həyatında səmərəli iştirakına görə Fəxri fərmanla təltif edilib.

Son xəbərlər

Mərkəzi Bank bu həftə növbəti dəfə uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq

Türkiyədə 5 maqnitudalı zəlzələ olub

Sabirabadda yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb

Zeynəb Cəmaləddin : A CİV-CİV SƏRÇƏLƏR - FOTO

Həcər sizə sirr desin?. - FOTO

Hər qadının heç kimin bilmədiyi bir hekayəsi var...

Əhaliyə “su və konserv yığın” təlimatı verildi - Bu ölkə savaşa hazırlaşır

Afiq Göyçəli : Danışanda çox danışma, çox dinlə ki, öyrənəsən! - FOTO

Yatarkən işığı söndürmək üçün yeni səbəb

Türkiyə Super Liqası: “Amed” “Beşiktaş”ı məğlub edərək liderliyə yüksəlib

Dünya yeməklə sınağa çəkilir - Ərzaq qiymətləri 4 ilin zirvəsində

İran XİN başçısı BMT Baş Assambleyasına yollanarkən Qətərdə qısamüddətli səfərdə olacaq

Çoxu da, azı da ziyandır - Qocalmamaq üçün bu qədər yatın

Meloni niqabı qadağan edir

KƏRİM MÜƏLLİM — DOSTLUĞUN, ZİYALILIĞIN VƏ KİŞİLİYİN ÖMÜR ÖLÇÜSÜ

NƏSİB ABİD - SÖZƏ İŞIQ SALAN FİLOLOQ - FOTO

BİZ SİZİNLƏ FƏXR EDİRİK...

Niyaməddin Musayev bu yolla formada qalır

İncəsənət dünyasının ən nüfuzluları - SİYAHI

Üzümü dərmişəm, ey dildar, gəl... - FOTOLAR

İmran Xanın bacısı saxlanıldı

Göygöldə qadın öldürüldü - Əri saxlanıldı

Sürpriz qatar və ya cəmi yeddi dəqiqə

Hər körpəyə toxunan qəlpələr səndən keçir.

Antiterror əməliyyatları şəhidi Tural Cahangirov anıldı - Fotolar

YAP fərqlənən Balaxanı neftçilərini peşə günləri münasibəti ilə mükafatlandırdı - FOTO

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

"İncə fikirlər" layihəsinin növbəti qonağı AYB-nin üzvü, "Həməşəra" Fəxri Diplomu və Turan Yazarlar Birliyinin xüsusi ödülü laureatı, yazıçı-publisist, şair Sevil Gül Nur xanımdır.

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930