Xəbərlər
13.12.2022, 00:07
Aİ İrana qarşı sanksiyalar tətbiq edib
Avropa İttifaqı (Aİ) insan haqlarının pozulması və Tehranın Ukrayna münaqişəsində Rusiyaya dəstək göstərməsi ilə əlaqədar İrana qarşı sanksiyalar tətbiq edib.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Aİ-nin rəsmi jurnalında bildirilib.
“İrandan olan bir hüquqi şəxs və 20 nəfər məhdudlaşdırıcı tədbirlərə məruz qalan şəxslər və təşkilatlar siyahısına daxil edilməlidir. Rusiyaya pilotsuz təyyarələrin istehsalı və tədarükü ilə əlaqəli olanlar da “qara siyahı”ya salınmalıdır”, - sənəddə deyilir.
Həmçinin qeyd edilib ki, Aİ Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləməkdə israrlıdır.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay