
Xəbərlər
15.01.2020, 10:19
ABŞ İraqa qarşı sanksiyalar tətbiq edə bilər

“İraq Rusiyadan S-400 zenit-raket kompleksi alacağı təqdirdə ABŞ-ın sanksiyaları ilə üzləşə bilər”.
RİA Novosti xəbər verir ki, bunu ABŞ Dövlət katibinin Yaxın Şərq üzrə köməkçisinin birinci müavini Coi Hud deyib.
“Sözügedən satınalma sanksiyalar üçün bir tətik ola bilər, buna görə tərəfdaşlarımıza belə alış-veriş etməməyi məsləhət görürük”, - deyə C.Hud Vaşinqtonda Yaxın Şərq Araşdırmaları İnstitutunda baş tutan tədbirdə bildirib.
Qeyd edək ki, İraq Rusiyaya məxsus S-400 zenit-raket sistemlərinin alınmasını nəzərdən keçirir və bu barədə rəsmi Moskva ilə məsləhətləşmələrə başlayıb.(apa)
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay









