İşğaldan azad olunmuş torpaqların sahibləri bu torpaqlara yenidən həyat verir1991-ci ildə müstəqillik əldə etmiş Azərbaycanda daxili hərc-mərclik, siyasi qüvvələrin çəkişməsi cəbhə bölgəsinin nəzarətdən kənar qalmasına və Qarabağ savaşında ermənilərin üstünlüyü ələ almasına gətirib çıxardı ki, bu da Füzuli şəhəri və rayonun böyük hissəsinin 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunması ilə nəticələndi. 5 yanvar 1994-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əks-hücumu nəticəsində rayonun 22 yaşayış məntəqəsi işğaldan azad olundu. Ümumilli lider Heydər Əliyevin əmri ilə başlanmış hərbi əməliyyatlar Azərbaycan xalqının və ordusunun qələbəsi ilə bitdi.
Bu tarixi qələbənin davamı olaraq Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin komandanlığı ilə 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində Füzuli şəhəri daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edildi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci Xanım Mehriban Əliyevanın erməni işağlından azad edilən torpaqlara etdikləri səfərlərin hər birində erməni faşizminin bu torpaqlarda törətdiyi vəhşiliklər, vandalizm aktlarıbütün dünyaya nümayiş etdirildi. Səfər etdiyi rayonların hər birini addım-addım dolaşan Ölkə başçısı cənab İlham Əliyev dağıdılan məscidlərə, maddi mədəniyyət abidələrinə, sosial obyektlərə, infrastruktura diqqət çəkərək son 30 il ərzində Ermənistanın tarixi torpaqlarımızda hansı miqyasda vəhşiliklər törətdiyini əyani surətdə bütün dünyaya göstərdi.
Bütün bunlara baxmayaraq,44 günlük Vətən müharibəsində əldə etdiyimiz parlaq qələbədən dərhal sonra Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında dədə-baba torpaqlarımızda abadlıq-quruculuq işlərinə başlanıldı. İşğaldan azad edilmiş torpaqlarımızda sürətli inkişaf dinamikası təmin edildi. Ölkə başçısının mütəmadi olaraq Qarabağa səfərləri, orada gedən bərpa, tikinti-quruculuq işləri ilə tanışlığı zamanı verdiyi tapşırıq və tövsiyələri ilə aparılan genişmiqyaslı abadlıq işləri artıq dədə-baba torpaqlarımızın yeni bir tarixi mərhələyə qədəm qoyduğu və sakinlərini qarşılamağa hazır vəziyyətə gətirildiyindən xəbər verir.
Ölkə başçısı cari ilin sentyabrın 27-də Füzuli rayonunun Qaraxanbəyli kəndində Anım Gününə həsr olunmuş xatirə lövhəsinin qarşısında çıxışı zamanı bildirmişdir: “Biz öz şəhidlərimizlə fəxr edirik. Qəhrəman əsgər və zabitlərimizlə fəxr edirik. Şəhidlərimizin qanı yerdə qalmadı, biz şəhidlərimizin qanını aldıq. Döyüş meydanında qisasımızı aldıq. Doğma torpaqlarımızı düşməndən azad etdik, ölkəmizin ərazi bütövlüyünü bərpa etdik. Eyni zamanda, fəxr edirik ki, biz - bu torpaqların sahibləri bu torpaqlara yenidən həyatı qaytarırıq.”
İşğaldan azad edilmiş torpaqlarımızın bərpasıistiqamətində həyata keçirilən kompleks abadlıq-quruculuq işləri çərçivəsində uzun müddət işğal altında qalan Füzuli şəhəri də yenidən qurulur və bərpa olunur. Burada 2021-ci ildə inşasına başlanmış Füzuli Beynəlxalq Hava Limanı dünyada ən qısa müddətdə inşa edilən hava limanlarından biridir. Hava Limanı beynəlxalq standartlara uyğun olaraq qurulan və beynəlxalq uçuşları həyata keçirəcək hava limanıdır. Eyni zamanda burada ən müasir tələblərə cavab verən Füzuli Rayon Mərkəzi Xəstəxanasının,Füzuli şəhər Peşə Liseyinin təməlinin qoyulması, həmçinin,işğaldan azad olunmuş ərazilərimizdə inşa olunan ikinci ağıllı kəndin məhz Füzuli şəhərinin yaxınlığında yerləşən Dövlətyarlı kəndində salınması aparılan islahatlarının uğurla və məqsədyönlü şəkildə davam etdirildiyini təsdiqləyir.
Beləliklə, qısa müddətdə bu ərazilərdə infrastrukturun bərpası istiqamətində görülən işlər nəticəsində yüzminlərlə məcburi köçkün 30 ildən sonra öz doğma torpaqlarına qayıdır və işğaldan azad olunmuş torpaqların sahibləri bu torpaqlara yenidən həyat verir.

Könül Pirverdiyeva,
ADPU-nun strateji inkişaf məsələləri üzrə prorektoru

Son xəbərlər

Prezidentin köməkçisi: Qafqaz regionunda yeni status-kvo formalaşır

Sabirabadda Kür çayı məcrasından çıxıb

İncəsənət məktəb və mərkəzlərində buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçiriləcək

Əraqçi: ABŞ-nin Yaxın Şərqdəki faktiki hərbi xərcləri rəsmi rəqəmləri əhəmiyyətli dərəcədə üstələyir

Dövlət vəsaitindən təyinatı üzrə istifadə etməmə cinayət sayılacaq

Ədalət Fərəcov 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib

Ölkədə bu ənənə ləğv EDİLİR?

Estetiklə Pınar Altuğa bənzədi - FOTO

Məşhur aktyor borc batağında

Devrim onunla sevgilidir? - Foto

Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında Konvensiya dəyişikliklər ratifikasiya olunub

İcbari Sığorta Bürosu: Birinci rübdə 139 min manat kompensasiya ödənilib

Milli Məclis Avropa Parlamenti ilə bağlı qərar qəbul edəcək

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Əhməd İsmayılov: Dövlət-media-cəmiyyət vəhdəti istənilən qlobal çağırışın öhdəsindən gəlməyə imkan verir

Azərbaycan nefti cüzi ucuzlaşıb

"Sabah" son 18 mövsümdə Azərbaycanda ilk çempionluğunu yaşayan yeganə komandadır

Qazaxıstanın Nəqliyyat Nazirliyi AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir

Avropa Liqası: "Nottingem" və "Braqa" qələbə qazanıb

Konfrans Liqası: "Rayo Valyekano" qalib gəlib, "Şaxtyor" məğlub olub

FIFA prezidenti: İran 2026-cı il Dünya Kubokunda iştirak edəcək

“Bu, hərbi əməliyyatların genişləndirilməsidir”

Quql “Qarderob” funksiyasını təqdim edəcək

İnsanlar hansı yaşda ən xoşbəxt və ən sağlam olurlar? Dəqiq rəqəm AÇIQLANDI

Şanslı insanlar nə zaman doğulur: üç tarix AÇIQLANDI

"Kuruluş Orhan" final edir

Prezident İlham Əliyev: Azərbaycan güləşçiləri bir daha göstərdilər ki, onlar Avropada birincidirlər

Dost dostu sınayar çətində, darda - FOTO

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031