14 fevral sevgililər günüdür deyir - Şəhla XƏLİLQIZI
Mən bu dəfə də nakam sevgidən danışacam. İlhamla Fərizə dastanı olduğu kimi Eldənizlə Elza dastanı da var. Çoxunuz bilmirsiniz ağırda olsa Elza xanım inciməsin bu dastanı qələmə almasam bu hekayəti nəql etməsəm Eldənizin ruhu nə bizi, nə də onu bağışlamaz. Şəhid hekayəti əbədi yaşardır.
Sevgi insan qanına işlənən narkotikadır. Onun sevdası bihuş edən insan intihara kimi gedir. Lakin elə eşqlər də var ki, ibrət olmuşdur hər kəsə. İnsan ondan gənciliyimizə örnək olur. Bəli haqqında danışdığımız hekayət kimi.
Elzanın gözəlliyi dillər əzbəri idi. Çox igid can atırdı bu gözəl qızın sevgisi gələcəyinə ömür gün yoldaşı olsun. Elzanın öz zövqü, öz qəlbi ilə sevib seçdiyi bir gənc vardı. Bunların gözəlliyi bir-birini tamamlayırdısa da bəxt ulduzları hərəsi bir səmtə baxırdı. Onlar 10-cu sinifdən bir birinə könül verib əhdə peyman bağlamışdılar. Gizlin baxışları görüşən gənclər özlərini xoşbəxt sanırdı. İllər elə tələskən olur ki, insan özü də mat qalır. Bir də gördük onlar 11-ci sinifi də başa vurub son zəng keçirdilər. Məktəbi bitirən bir ildən sonra Elza ilə Eldəniz nişanlanmağa qərar verir. Adəti üzrə həsini alan bəxtəvər cavanların nişan günü təyin olundu. Doğmaların sevincinin həddi, hüdudu yox idi. İki könül cütləşib xoşbəxtliyə doğru gedəcək. Nişan günü Eldənizin maması iki üzük gətirdi. Biri nişan üzüyü biri də hədiyyə kimi. Elzanın valideyinləri evin son beşiyidir deyə onun qarşısına heç vaxt sədd qoymamışdı. Adətən kənd yerlərində adət-ənənə öz sözünü deyirdi. Böyük kiçik yeri bilinirdi. O, zamanlarda buna baxmayaraq Elza da öz sərhəddini bilən gənc idi.Nişan çamadanı açıldı üzük taxıldı xeyir dualar verildisə də sanki qarğışa döndü fələyin gözündə.
Yeyib-içən kim, deyib-gülən kim bu an uşaqlardan biri Elzanın qulağına pıçıldadı səni Eldəniz əmi çöldə gözləyir deyə. Ürəyi quş kimi çırpınan Elza nişanlısının yanına qaçdı. Salamlaşmamışdı ki, Eldənizin ilk kəlməsi üzüyü bəyəndinmi deyəndə Elza gülümsəyərək üzüyü boş ver əsas ürəklərimizdir dedi. Bunlar iri bir şabalıd ağacının dibində idilər. Eldəniz çəpərdən oyanda durmuşdu görüşüb təbrik edib gedəsi idi. Gənclərin bu gözəl anında şabalıd ağacından bir bayquş çıxıb qanadlarını onlara çırpıb getdi. Eldəniz tutuldu və bu belə niyə eləyir dedi. Elza nə olasıdır quşdu hər şeyi fikrinə salma dedi və sağollaşıb ayrıldı.
Ara-sıra görüşən gənclərə kənd uşaqları məktub gətirməkdə vasitəçilik edirdi.
Eşqin gözü olmur yalnız qəlbdən qəlbə danışır.Sonra Eldəniz Bakıya oxumağa Ali hərbi məktəbə getdi.
Elzanın Bakıda bacısı vardı. Elza Bakıya gedirdi bacısı gildə görüşürdü Eldəniz çox darıxanda kəndə gəlirdi.
Bir gün Eldəniz Elzanı özünün oxuduğu məktəbə apardı. Kursant yoldaşları ilə görüşdürdü hər yerdən uşaqlar vardı. Çox şirin və səmimi söhbətdən sora Eldəniz Elzanın əlinən tutaraq dur gedək gəzməyə dedi. O, günü onlar Bakıda o qədər gəzdilər ki, yenə də doymaq bilmirdi.Bir-birinə çox bağlı olan gənclər kənd uşaqları necə olmalıdı ki, həmişə çəkinə-çəkinə görüşürdülər.
Bir gün Eldəniz Elzaya xəbər göndərdi gəl səni gəzməyə aparacam. Eldəniz Elzanı şəhidlər xiyabanına apardı. İlhamla, Fərizəni görüb çox pərt olan Eldəniz Elzaya baxanda gördü ki, Elza ağlayır. Bunların qəlbində alışan eşq Vətən eşqinə döndü. O, günü elə bil bilərəkdən Eldənizin yolu Elza ilə ordan salınmışdı. Axı Allah insanı öncədən agah edir. Elza səhərsi gün kəndə gəlir. O, günü sanki onun qəlbində düyün bağladı. O, mənzərəni dilnən demək mümkün olmadığı kimi, görmək də mümkünsüzdür. Gərək insan o, hissi yaşaya.
Noyabrın axrı idi Eldəniz kəndə görüşə gəldi. Elza gilin həyətinin dibindən çay axır çayın üstündən şabalıd ağacından nəhəng bir körpü salınmışdı. İnsanların keçməsi üçün. Eldənizin yolu da o, körpüdən düşürdi. Tez -tez görüşə gələndə .
Bu noyabr günü havada da bir qəribəlik var idi. Adəti üzrə gənclər yenə də görüşdülər. Görüşüb ayrılanda Eldəniz körpünü keçəndə körpü qırıldı. Sanki böyük bir səs qopartdı. Səsi aləmə düşdü heç qırılan körpüyə oxşamırdı. Eldəniz ordan dönüb Elzaya niyə biz görüşəndə hər dəfə bir sınaqla qarşılaşırıq dedi. Elza bu dəfə də ona ürək-dirək verdi. Körpüdür nə olacaq ağlına pis gəlməsin dedi.
Yenə bir acı xatirənin izi ilə.
Bu dəfə Bakıya gedəndə yenə Eldəniz Elzanın bacısı gilə gəldi. Elzanın bacısı Eldənizi çox istəyirdi. Eldəniz gəlib Elza ilə onun bacısı uşaqlarını gəzintiyə aparardı. Biləcəri parkına gəzirdi. Gəzməkdən doymayan gənclər eşqdən də zövq alırdılar.

Nədənsə Eldənizin zümzümə etdiyi bir nəğməsi vardı.
"Payız gəldi uçdu getdi quşlar,
Səndə getdin bax yağdı yağışlar."

Bəli sən də getdin bax yağdı göz yaşları .
Günə saniyələr qatan eşqin ömrünə fələkdən fərman qatan gənclərimiz.
12 fevralda axşam üstü Elzanın bacısı gildə görüşdü. Elzanın bacısı bina evində ikinci mərtəbədə yaşayırdı. Eldənizi yola salan Elza qaça-qaça pəncərənin qabağına gəldi. Bunu görən Eldəniz əli ilə sağollaşaraq böyük bir məsafəni dal-dala getdi. Heç ayrılmaq istəmirdi öz sevdalısından. Nə etməli fələk də, zaman da tələsirdi.
Səhər açıldı Elza kəndə qayıdırdı. Bir də gördü ki, Eldəniz onu burda nə vaxtdandır gözləyirdi.
Gənclər görüşən kimi Eldəniz köşkdən bir kalendar aldı. Özünün və Elzanın doğum günü tarixini çərçivəyə aldı. Elzaya baxıb Aydan Şinelin şəklini kalendardan göstərib nədənsə buna baxanda sənə oxşadıram deyib gülümsündü.
Və yanındakı qadının durduğunu görüb oturdu. Biz böyük bir ekarusda oturmuşduq.
Birdən məndə kəndə gedirəm elədi. Elza uşaqlıq eləmə dedi.
Eldəniz bilirsən bizi Qarabağa aparacaqlar amma səndən ayrılmaq istəmirəm. Nə olasıdır ki, deyərək Elza onun sözünə müdaxilə etdi. Bu qədər gedənlərdən biri də sən. İnşəAllah zabitsən səni döyüşə aparmazlar qorxulu heçnə yoxdur.
O, hey tərəddüd edirdi bəlkə Elzanı da özüylə aparmaq istəyirdi ya da ürəyinə nəsə danmışdı.
Ekarus yola düşürdü ki, onlar sağollaşıb ayrıldı.
Eldəniz ekarusdan düşəndə pəncərənin qabağında duraraq iki gözünü Elzadan çəkmirdi və 14-ü gələcəm gözlə məni dedi.
Ekarus ayrılınca bir-birindən gözlərini çəkməyən gənclərin taleyində bir həyəcan səsi çalındı.
Həsrət özü gəlir intizarda onu dəstəkləyərək ayrılıq yoluna cığır açır.
Nəhayət 14 fevral oldu. Eldəniz gəlmədi həmən gecə Elza yuxu da görür ki, evlərinin yanındakı çaya sel gəlib Eldəniz daşların altında qalıb. Ağlaya-ağlaya Eldənizi axtarır. Həyəcanla yuxudan oyanır heç nə yoxdur. Barmağındakı nişan üzüyünə baxıb köks ötürür. Altı ildir bu sevginin nəğməsi oxunurdu.
"Payız gəldi uçdu getdi quşlar, Sən də getdin bax yağdı yağışlar."
Bəli payız gəldi Eldəniz gəlmədi. Qarabağa döyüşə yollanan Eldəniz ayın 15-də oldu. Ayın 16-da gündüz Eldəniz Qarabağ döyüşlərində qəhrəmancasına şəhid olub. Ayın 17-i nəşi gəldi
yaşadığı ata-baba yurdu Vəndam qəsəbəsində də dəfin olundu.Bəli Eldənizin nəşi tapılmaqda çətilik çəkən an da onun karına eşqi yetdi.Eldənizin sol döş cibindən Elzanın şəkili tapıldı .Deyilənlərə görə o,şəkil olmasaydı Eldəniz itkinlər sırasında olardı Eşqin gücü Vətən sevgisi bir-birini tamamlayır.Bu eşqin hekayəti 1993-cü ildə Qarabağ müharibəsində acısını yazdı.
"Bu eşqin sədası yayıldı elə,
Eşidən biləni döndərdi külə."

Elzanın sönən çırağı, qaranlıq gecələri başladı.
Elza dəfələrlə özünə qəst etdi.
Bu vəfasız dünyadan ayrılıb Eldənizinə qovuşmaq istədi.
Elzanın anası diz çöküb ağladı sən qəst etsən məndə özümə qıyacam dedi. Aylar, illər Elzaya təsəlli versə də Eldənizini verə bilmədi. Məhəbbət əzraildir. Biz əzraili də sevirik o, sevgi insan eşqinin qənimidir.
İnsan ölər sevgisini əyməz .
Bəli Elza Eldənizin anasına verdiyi sözü tutaraq anaya Eldənizin yerini verməyə çalışır.
Bəli Eldənizin anasının öz dilindən eşitdiyim bir kalamla bu hekayəti başa vurmaq istəyirəm.
"Mən çoxdan ölərdim məni bu həyatda tutan Eldənizin ruhu Elzanın eşqidir."
Həqiqətən Elza ölməz Vətən qəhrəmanını əbədi yaşadır. Həm eşqi kimi, həm də qəhrəman şəhid kimi.
EŞQİN YARASI
Sən sevgi istədin qoca fələkdən,
Çəkdirdi eşq dağı sənə ürəkdən,
Kəm düşən qismətdən arzu, diləkdən,
Dənizə nur saçan göylər sonası,
Sənə həmdəm oldu eşqin yarası.

Qınandın, sınandın taleh yolunda,
Həyatın sınağı bəxtsiz boynunda ,
Yatdı şəhid kimi vətən qoynunda,
Dedilər bu eşin yoxdur çarası,
Sənə həmdəm oldu eşqin yarası.

Sonsuz xatirələr solun, sağında,
Sənə ağrı verən sinə dağında,
Baxdıqca duyulur gözün qorundan,
Sönməzdir bu atəş daim yanası,
Sənə həmdəm olan eşqin yarası.

Yatdı şəhid kimi o, vətən oğlu,
Eşqi məhəbbəti tək sənə bağlı,
Ey nur üzlü gəzdin sinəsi dağlı,
Axdıqca qurumaz gözün qorası,
Sənə həmdəm olan eşqin yarası.

Dedi itkin düşüb tapılmaz çətin,
Haray qopardı ondakı əksin,
İnlədi ağladı o, nakam eşqin,
Cibində gəzdirən əksin çarası,
Sənə həmdəm olan eşqin yarası.

Altı il sürən o, eşqin sədası,
Azrayıl bir günü çalıb udası,
Başından çıxmayan bu eşq havası,
Səndən innən sonra o, eşq uması,
Sənə həmdəm olan eşqin yarası.

Hər şəhid adını çəkdikcə belə,
Gözündən axdıqca hey gilə-gilə,
Oxşadıb baxçanda açan tər gülə,
Deyim tənha gölün, tənha durnası,
Sənə həmdəm oldu eşqin yarası.

İlhamla Fərizə dastanı təki,
Eldəniz eylədi sənə bu ərki,
Onun sevgisidi o, qəlbindəki,
Yaşadıb qəlbində uca tutası,
Getməz sinəndən bu eşq yarası.

Ay Şəhla, danış sən dərd aşiqindən,
Şəhid tək yaşadan yar sevgisindən,
Qoy tarix bac alsın eşq sevdasından
De ki, rahatlansın şəhid anası,
Şəhid övladını el yaşadası,
Getməz sinəndən Eldəniz yarası,
Ona həmdəm olan eşqin yarası.


Şəhla Xəlilqızı.

14 fevral sevgililər günüdür deyir - Şəhla XƏLİLQIZI
14 fevral sevgililər günüdür deyir - Şəhla XƏLİLQIZI
14 fevral sevgililər günüdür deyir - Şəhla XƏLİLQIZI
14 fevral sevgililər günüdür deyir - Şəhla XƏLİLQIZI
14 fevral sevgililər günüdür deyir - Şəhla XƏLİLQIZI
14 fevral sevgililər günüdür deyir - Şəhla XƏLİLQIZI
14 fevral sevgililər günüdür deyir - Şəhla XƏLİLQIZI
14 fevral sevgililər günüdür deyir - Şəhla XƏLİLQIZI
14 fevral sevgililər günüdür deyir - Şəhla XƏLİLQIZI

Son xəbərlər

"Müharibə Rusiyaya qayıtmalıdır". - Zelenski

Dünya çempionatı: Belçika-İran oyununda qapılara qol vurulmayıb

"Söz Divanəsi”nin Müdrik Yaşı: Tapdıq Əlibəyli – 65

DÇ-2026: Belçika millisi İranla heç-heçə edib

ABŞ-də yüngülmotorlu təyyarə qəzaya uğradı - Ölənlər var

Britaniya XİN başçısı Kir Starmeri istefa verməyə çağırıb

Mayisə Əsədulla Əliyeva : YAY GECƏLƏRİ - FOTO

Netanyahu: İsrail Livanın cənubundakı təhlükəsizlik zonasından çəkilməyəcək

Qətərdə partlayış oldu

İran Tramp üzr istəməyincə danışıqlara qayıtmayacaq

Azərbaycanın çimərlik güləşçiləri Batumidə bir qızıl və bir bürünc medal qazanıb

Alimlərdən sensasiyalı kəşf: Faydasız hesab edilən orqan xərçəng riskini ikiqat azaldırmış

Amerika ilə təmaslar tam kəsilməyib - KİV

DÇ-2026: İspaniya Səudiyyə Ərəbistanını böyük hesabla məğlub edib

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Makronun devrildiyini deyib, polisə atəş açdı

“Anthropic”dən xəbərdarlıq: Tezliklə nəzarəti itirə bilərik

Süni intellektlə emosional söhbətlərin görünməyən riski: Mütəxəssis həyəcan təbili çaldı

İranı yeni müharibə ilə hədələdi

Tanınmış aktyor islamı qəbul etdi

Əzizə Ağahüseynqızı : Bu dünyanın baldan şirin balıdı - FOTOLAR

Ömrün ən gözəl redaktəsi – İnsanlıq - FOTO

Çimərliklərə gedənlərə - Çağırış

DİN-in Hərbi İnstitutunda növbəti buraxılış olub - FOTOLAR

Media: 2026-cı ilin beynəlxalq tədbirləri Türkiyənin potensialını güclü şəkildə tanıdacaq

İyunun 21-i Beynəlxalq Yoqa Günüdür

Pezeşkian İranın Qətər banklarındakı 6 milyard dollarının sərbəst buraxılacağını bəyan edib

Pikassonun oğurlanmış tablosu tapıldı

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930