Gənc müğənnidən Elza və Murada sərt sözlər: Onlara bəstəkar demək olmaz - VİDEO
Müğənni Əhməd Mustafayev əməkdar artist Elza Seyidcahan və bəstəkar-müğənni Murad Arifin ünvanına sərt ittihamlar səsləndirib.

Ə.Mustafayevin həmkarları ilə davaya çıxmasına səbəb onların özlərini bəstəkar adlandırmasıdır. O, “ATV Maqazin 10-larla” verilişində bildirib:

“Hansı kantatanı yazıb, bəstəkar adına layiq görülmüsən? Biz bəstəkarıqsa, onda Üzeyir Hacıbəyov kimdir? O da bəstəkardır, biz də bəstəkarıq? Dörd-beş notu yan-yana gətirib, beynində olan mahnını, bir az oradan, bir az buradan düzüb-qoşursansa, sən özünə necə bəstəkar deyə bilərsən?”

Ə.Mustafayev sadəcə həvəskar olduğunu qeyd edib:

"Bəstəkar Şopen, Motsartdır. Bu gün yazdığımız mahnı sabah yaddan çıxır. Biz necə bəstəkar ola bilərik? Murad Arifin adı gələndə çox adam deyir ki, plagiat musiqi yazan ifaçıdır. Onun bir çox mahnılarını qonşu ölkələrin ifaçıları oxuyub. Bu isə onun həm uğuru, həm də uğursuzluğudur.

Muradı o qədər önəmsəmədikləri üçün mahnısını ifa edəndə ondan icazə almırlar. Qonşu ölkələrdə yaşayan ifaçılar üçün Murad o qədər də sanballı deyil. Murad dəyərli yaradıcı adamdır. Amma o, bəstəkar deyil. Konservatoriyada bəstəkarlıq fakültəsini bitirməlisən və sən bu adı daşımalısan”.

O, Elzanın yazdığı və bəstələdiyi mahnıların populyar olmamasından da danışıb:

“Məlumatım var ki, Elzanın bəstəkarlığa yaxın əsər və mahnıları var. Onun yazdıqları populyar olmayıb. Elə bu gün də onlara tələbat yoxdur. Mən Elzaya bəstəkar deyə bilmərəm. O vaxt ona bəstəkar deyərdim ki, yazdığı hər hansısa əsərini orta məktəblərdə ifa edərdilər”.

Son xəbərlər

BU DA BİR TALE PAYIDIR... - FOTOLAR

Yəmənin Hudeyda şəhəri hava hücumlarına məruz qalıb

"Barselona"nın "Qamper kuboku"ndakı rəqibi bəlli oldu

İranla danışıqlar apardıqlarını bildirdi

“Bəsdirin, öz həyatınızla məşğul olun”

17 il əvvəl ölən müxalifət ldierinə sui-qəsd ediblərmiş - Foto

Yeni layihəsi bəlli oldu

Gəmiylə Yunanıstana qaçacaqmış - Haluk Leventin saxlanılma səbəbi

Ali təhsil pilləsində məzunlara elektron diplomların verilməsinə BAŞLANILDI

Bakıda keçiriləcək güləş üzrə dünya çempionatının medalları

✍ Sevil Azadqızı : SEVGİ RUHUN QİDASI,QƏLBİN NƏFƏSİDİR

Qəzənfər Məsimoğlu : Gedib sülənməsin yad qapılarda - FOTO

“Sihirli Annem”in “Toprak”ı evlənir

Deputat maaşından imtina etdiyini açıqladı

Dövlət Televziyasından narazılıq etdi - "Göstərin də nazir nə iş görüb"

Sakitləşdirici dərman MakSimi xəstəxanalıq etdi

Şəhid anası böyrəyini qızına bağışladı - Fotolar

İllik gəlirlərinin 6 faizi silinə bilər

Smartfonunuz başqa telefonu da enerji ilə təmin edə bilər

Dənizdə niyə ən çox gənclər boğulur? – Onların ən böyük səhvləri bunlardır

Ərdoğan Şavkat Mirziyoyevi COP31-ə dəvət edib

“Space TV”nin bank hesablarına həbs qoyuldu

Doktoranturaya qəbul imtahanının nəticələri açıqlandı

Milli Məclisin deputatı İranda səfərdədir

Cari ilin altı ayında cinayət işləri üzrə icraata xitam verilməsinə dair 355 qərar ləğv olunub

İyul ayının bütün sosial ödənişləri yekunlaşdırılıb

Rusiya Ukraynada silah sərgisinin keçirildiyi poliqona zərbə endirib, ölənlər var

Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031