Bir çox müasir smartfon təkcə özü enerji toplamaqla kifayətlənmir, eyni zamanda digər cihazları da enerji ilə təmin edə bilir. Bu funksiya səfər zamanı, elektrik rozetkası olmadıqda və ya təcili vəziyyətlərdə digər telefonu, simsiz qulaqlığı və ya ağıllı saatı enerji ilə doldurmağa imkan verir.

Enerji ötürülməsi modeldən asılı olaraq iki üsulla həyata keçirilir. Birinci üsul USB-C kabeli vasitəsilə, ikinci üsul isə əks simsiz enerji paylaşımı (Reverse Wireless Charging) texnologiyası ilə mümkündür. Bu zaman cihazları sadəcə arxa hissələri bir-birinə toxundurmaq kifayətdir. Mütəxəssislər bildirirlər ki, simsiz üsul daha az səmərəlidir və batareyanın daha çox qızmasına səbəb olur. Buna görə də bu funksiyadan daimi istifadə etmək tövsiyə edilmir.

iPhone modellərində necə işləyir?

USB-C girişinə malik iPhone 15 seriyasından başlayaraq Apple smartfonları kabel vasitəsilə digər uyğun cihazlara enerji ötürə bilir. Bunun üçün əlavə ayar aktivləşdirməyə ehtiyac yoxdur. Sadəcə uyğun kabel vasitəsilə cihazları bir-birinə qoşmaq kifayətdir.

Bu üsulla aşağıdakı cihazları enerji ilə doldurmaq mümkündür:

USB-C girişli digər iPhone modelləri;
USB-C-Lightning kabeli vasitəsilə köhnə iPhone modelləri;
AirPods qulaqlıqları;
USB-C maqnit şarj kabeli ilə Apple Watch.


Samsung telefonlarında funksiyanı necə aktivləşdirmək olar?

Samsung smartfonlarında bu texnologiya Wireless PowerShare adlanır. Bu funksiya Galaxy S10 və daha yeni S seriyası modellərində, Galaxy Note 10, Note 20, eləcə də bütün müasir Galaxy Z Fold və Galaxy Z Flip modellərində mövcuddur. Aktivləşdirmək üçün sürətli ayarlar panelini açıb Wireless PowerShare funksiyasını işə salmaq lazımdır. Daha sonra enerji veriləcək cihazı telefonun arxa hissəsinə yerləşdirmək kifayətdir. Funksiya Galaxy Watch, Galaxy Buds və Qi simsiz enerji standartını dəstəkləyən əksər cihazlarla işləyir.

Google Pixel telefonlarında necə istifadə edilir?

Google Pixel 5 və sonrakı modellərdə bu funksiya Battery Share adı ilə təqdim olunur.

Onu aktivləşdirmək üçün:

Ayarlar - Batareya - Battery Share

bölməsinə daxil olmaq və funksiyanı aktivləşdirmək lazımdır. Burada telefonun digər cihazlara enerji verməyi dayandıracağı minimum batareya səviyyəsini də təyin etmək mümkündür. Həmçinin cihaz həddindən artıq qızdıqda enerji paylaşımı avtomatik dayandırılır.

Nə zaman faydalıdır?

Bu funksiya xüsusilə enerji bankı (powerbank) olmadıqda simsiz qulaqlıqları, ağıllı saatı və ya başqa telefonu təcili enerji ilə təmin etmək üçün əlverişlidir. Lakin nəzərə almaq lazımdır ki, başqa cihazı enerji ilə doldurmaq telefonun öz batareyasını da sürətlə boşaldır. Buna görə mütəxəssislər bu funksiyadan yalnız zəruri hallarda istifadə etməyi tövsiyə edirlər.

Son xəbərlər

Bakıda 32, rayonlarda 35 dərəcə isti olacaq

Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib

İlham Əliyev Auditorlar Palatasının üzvlərini və əməkdaşlarını təltif edib

Azərbaycan Bolqarıstandan "Premium" benzin idxalını 20 dəfə artırıb

İlham Əliyev Auditin inkişaf mərhələlərinə həsr edilən beynəlxalq konfransın iştirakçılarına müraciət göndərib

İlham Əliyev konfrans iştirakçılarına müraciət etdi

Prezident onları təltif etdi - SİYAHI

Avropa Liqasında mövsümə start verilir

Zakir Həsənov 13-cü Pekin Syanşan Forumunda iştirak edib

"Kurtlar vadisi"ndən təhdidə görə ayrılıbmış - FOTO

Xərçənglə bağlı yeni kəşf: 1 800-ə yaxın mikropetid aşkarlandı

Dolların qlobal çöküşü başladı - İki dünya nəhəngi ABŞ valyutasını necə sıxışdırır?

Məktəbi kim icad edib? – 4 min illik təhsilin sirli tarixi

Abbas Əraqçi və Van İ Pekində danışıqlar aparıblar

Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak edib

Nümayəndələr Palatası Trampdan İrana qarşı hərbi əməliyyatları dayandırmağı tələb edib

Naftalan sanatoriyasının direktoru vəfat etdi

Zelenski təyyarəsinə edilən hücum cəhdlərindən danışdı

Hikmət Hacıyev BƏƏ rəsmisi ilə görüşdü

Mənzurə Musayevanın işdən çıxarılan qardaşına vəzifə verildi

Bakının bu ərazilərində suyun verilişində fasilə olacaq

Komada olan qadın mələk görüb, ana dilini unutdu

Raqif Nazimoğlu : Bu,nə xəbər idi ... FOTO

Rafael MƏMMƏDOV - 60

VALİDEYNƏ EHTİRAM

“Görəsən, Tanrı niyə atamın ayaqlarını əlindən aldı?” - Britni Spirs

Tarix Vüsallı : Mən küləklə danışıram gecələr - FOTO

lk Yardım və Miqrasiya kontekstində tədbir - FOTOLAR

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930