Üzeyir Hacıbəyovun «Ər və arvad» musiqili komediyası Tbilisidə yeni quruluşda səhnələşdirilib

Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı dahi bəstəkar Üzeyir Hacıbəyovun «Ər və arvad» musiqili komediyasını yeni quruluşda səhnələşdirib.

AZƏRTAC xəbər verir ki, iyunun 19-da Tbilisidə tamaşanın premyerası olub.

Səhnə əsərinin quruluşçu rejissoru Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının bədii rəhbəri Turqay Vəzlizadədir.

Əsərin ideyası ağıllı və tədbirli arvadın (Minnət xanım) müflisləşmiş və düşkünləşmiş ərindən (Mərcan bəy) mənəviyyatca üstünlüyünü açıb göstərməkdir.

Əsərdə ailə-məişət mövzusu çox ardıcıl və dinamik şəkildə açılır, Azərbaycan qadınının ailə və cəmiyyətdəki kölə vəziyyətinə etiraz səslənir.

Tamaşada əsas rolları aktyorlar Binəli İslamoğlu, Marianna Məmmədova, Azər Musaoğlu, Aida Tağıyeva, Fazil Bayramov və Mənzər Sadıqova oynayıblar.

Tamaşa alqışlarla qarşılanıb.

Tamaşanın premyerasından sonra AZƏRTAC-a müsahibə verən T.Vəlizadə bildirib ki, dahi bəstəkar, Şərqdə ilk operettanın banisi Ü.Hacıbəyovun bu tamaşası ilk dəfə 1910-cu ildə səhnələşdirilib. Yüz ildən çox vaxt keçsə də, əsər öz mahiyyətini, gözəlliyini və mənasını itirməyib. Teatrın kollektivi bu əsəri yenidən səhnələşdirməklə müasir gəncliyi Üzeyir bəy yaradıcılığı ilə tanış etmək, eyni zamanda, az qala hər gün rastlaşdığımız ailə-məişət problemlərini ictimaiyyətə çatdırmaqdır.

Son xəbərlər

İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət veririk

“Bu yaranı sağaltmaq asan olmayacaq” - Messidən duyğusal paylaşım

PÜSTƏ RƏVAN : D Ü N Y A - FOTO

Arayik Arutyunyan istefa verdi

NOVRUZ ASLANOV ZİYALILIĞI

75 illik ömrün işığı – Tamella xanım Əliyeva

İrana zərbələr nə qədər davam edəcək? - FOTO

Vüsalə Ağ şəhərdəki evi ilə bağlı həqiqəti açıqladı - FOTO

Gökçenin qızı olacaq

DƏRDİN ŞEİR DİLİ - FOTO

Səhərlər yaşanan baş ağrısı bu təhlükəli xəstəliklərin əlaməti ola bilər

Maqnit qasırğası yaxınlaşır - təhlükəli tarixlər AÇIQLANDI

3 yaşlı uşaq atasının idarə etdiyi texnikanın altında qalaraq vəfat etdi

Məşhur reper həbs olundu

Rəşad Dağlının oğlu yarışda birinci oldu

İlham Əliyev Berlində mühüm görüşdə - Fotolar

Dəmir və polad çubuqların idxalına yeni gömrük yığımı müəyyənləşdirilib

Xalq şairi Nəriman Həsənzadənin son vəziyyəti açıqlanıb

Prezident İlham Əliyevə yüksək etimad dövlət-xalq birliyinin göstəricisidir ŞƏRH

“Gələcəyi birlikdə quraq!” sosial layihəsinə başlanılıb - FOTOLAR

Sabah 39 dərəcə isti olacaq

Qanun icazə verir, marketlər “olmaz” deyir - Azərbaycanda qalmaqallı qadağa

Ən çox dəmir ehtiva edən 7 ət növü açıqlandı

24 yaşlı gənc dənizdə batdı

Lisey və gimnaziyalara seçimlərin nəticələri açıqlanıb

Misraların ömrü - şairin taleyi

Nolanın “Odissey”indən - Rekord

Özbəkistanın Baş prokuroru Azərbaycanda səfərdədir

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031