Doktoranturaya qəbul imtahanının nəticələri açıqlandı

Dövlət İmtahan Mərkəzi doktorantura və dissertanturaya qəbul, eləcə də fəlsəfə doktoru səviyyəsində xarici dil imtahanlarının nəticələrini elan edib.

DİM tərəfindən iyunun 25-də doktorantura və dissertantura səviyyəsində xarici dildən qəbul və fəlsəfə doktoru imtahanları, iyunun 16-da isə əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı keçirilib. Həmçinin 17-19 iyun tarixlərində namizəd və iddiaçıların danışıq bacarıqları yoxlanılıb.

Məlumata görə, imtahanlarda ümumilikdə 2243 namizəd və iddiaçı iştirak edib. Onlardan 1864 nəfəri doktoranturaya qəbul, 378 nəfəri xarici dil üzrə fəlsəfə doktoru, 1 nəfəri isə Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında iştirak edib. 73 nəfər isə imtahana gəlməyib.

Doktorantura və dissertanturaya qəbul imtahanının nəticələrinə əsasən, 1174 nəfər tələb olunan şərtləri ödəyərək fəlsəfə imtahanına buraxılıb.

Bundan başqa, 109 nəfər xarici dil üzrə fəlsəfə doktoru imtahanı, 1 əcnəbi iddiaçı isə Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı üçün müəyyən edilmiş tələbləri yerinə yetirib.

Qeyd olunub ki, xarici dil üzrə qəbul imtahanında (habelə Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında) bloklar üzrə minimum 2 bal toplamaq şərti ilə 25 və daha çox bal əldə edən namizədlər imtahanın nəticəsinə qoyulan tələbi ödəmiş hesab olunurlar.

Eyni zamanda, qəbul imtahanında 30 və daha çox bal toplayan namizədlər dissertasiyalarını həmin imtahan tarixindən etibarən 5 il ərzində ilkin müzakirəyə təqdim etdikləri halda xarici dil üzrə fəlsəfə doktoru imtahanından azad olunacaqlar.

Xarici dil üzrə fəlsəfə doktoru imtahanında məqbul qiymət almaq üçün isə bloklar üzrə minimum 2 bal şərti nəzərə alınmaqla 30 bal toplamaq tələb olunur.

DİM bildirib ki, imtahan nəticələri ilə bağlı apellyasiya prosesi 27 iyuldan etibarən telefon əlaqəsi vasitəsilə təşkil olunacaq.

Doktorantura və dissertanturaya qəbul imtahanının nəticələrindən narazı olan namizədlər 25 iyul saat 10:00-dan 26 iyul saat 17:00-dək DİM-in internet saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla Apellyasiya Komissiyasına müraciət edə bilərlər.

Xarici dil üzrə fəlsəfə doktoru imtahanının nəticələri ilə bağlı müraciətlər isə həmin tarixlərdə doktorantura@dim.gov.az elektron poçt ünvanına göndərilməlidir. Göstərilən müddətdə qeydiyyatdan keçməyən namizədlərin sonradan apellyasiya müraciəti qəbul edilməyəcək.

Son xəbərlər

“Space TV”nin bank hesablarına həbs qoyuldu

Doktoranturaya qəbul imtahanının nəticələri açıqlandı

Milli Məclisin deputatı İranda səfərdədir

Cari ilin altı ayında cinayət işləri üzrə icraata xitam verilməsinə dair 355 qərar ləğv olunub

İyul ayının bütün sosial ödənişləri yekunlaşdırılıb

Rusiya Ukraynada silah sərgisinin keçirildiyi poliqona zərbə endirib, ölənlər var

Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ

Səfir: Süni intellekt sahəsində Çin-Azərbaycan əməkdaşlığı böyük potensiala malikdir

Dənizdə batan 17 yaşlı Arzunun - Fotosu

Ukrayna ordusu Rusiyanın hərbi zavodunu və neft obyektini vurub

Qızmar istilərlə bağlı əhaliyə XƏBƏRDARLIQ

“WhatsApp”dan böyük yeniləmə – Yeni funksiyalar bunlardır

Uşaqların şəxsi mesajlarına nəzarət: Valideynlər nələri bilməlidirlər?

Marşrutlar dəyişə bilər, etibar dəyişməz - “Sara Logistics” MMC - Fotolar

İki reklamdan 75 milyon alacaq

Sabah Bakıda 38, rayonlarda 39 dərəcə isti olacaq

BU DA BİR TALE PAYIDIR... - FOTOLAR

Azərbaycanda "Enerji menecment sisteminə dair Tələblər" dəyişib

Hikmət Məlikzadə : Yaxşılıq itmir...

İlham Əliyev Şavkat Mirziyoyevi doğum günü münasibətilə təbrik edib

Məlahət Behbudqızı ✍️ : Ümid ölməz - FOTO

FHN həftəsonu isti hava şəraiti ilə bağlı əhaliyə müraciət edib

Azərbaycan UEFA reytinqində 26-cı pillədə qərarlaşıb

SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib

Azərbaycan neftinin qiyməti 109 dolları keçib

Şamaxı rayonunda zəlzələ olub

160 milyon manatdan çox maliyyə pozuntusu aşkarlanıb - Palata sədri

“Revanş oyununa çox ümidliyik” - ÇSKA-nın baş məşqçisi

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031