
Xəbərlər
7.02.2022, 22:32
QOYNUNA ALDI - Şəhla XƏLİLQIZI
QOYNUNA ALDI.
Bahar quşu dil açanda,
Azan gülü gül açanda,
Sevən eşqə sirr açanda
Əhdə vəfa harda qaldı,
Bir baxışla könül çaldı.
Çox uzağa düşən bəxtim,
İsinməyir sənsiz təxtim,
Qəlbimdəki gizli eşqim,
Acısı qoynuna aldı,
Bir baxışla könül çaldı.
Gözümdə yaş qaldı demə,
Yoldaş oldu dərdə qəmə,
Həsrəti çökdü könlümə,
Ürəyimə xalda saldı,
Bir baxışla könül çaldı.
Baxan dəli ceyran deyir,
Dağ düzlərə edib meyil,
Hicran qəmi qəlbi əyir,
Görən deyir əhli haldı,
Bir baxışla könül çaldı.
Şəhla olarmı unutmaq?
Çətindir sevgidən doymaq,
Etsələrdə danlaq, qınaq,
Düşünmə ki, bir dumandı,
Eşq səni qoynuna aldı,
Bir baxışla könül çaldı.
Şəhla Xəlilqızı.
Bahar quşu dil açanda,
Azan gülü gül açanda,
Sevən eşqə sirr açanda
Əhdə vəfa harda qaldı,
Bir baxışla könül çaldı.
Çox uzağa düşən bəxtim,
İsinməyir sənsiz təxtim,
Qəlbimdəki gizli eşqim,
Acısı qoynuna aldı,
Bir baxışla könül çaldı.
Gözümdə yaş qaldı demə,
Yoldaş oldu dərdə qəmə,
Həsrəti çökdü könlümə,
Ürəyimə xalda saldı,
Bir baxışla könül çaldı.
Baxan dəli ceyran deyir,
Dağ düzlərə edib meyil,
Hicran qəmi qəlbi əyir,
Görən deyir əhli haldı,
Bir baxışla könül çaldı.
Şəhla olarmı unutmaq?
Çətindir sevgidən doymaq,
Etsələrdə danlaq, qınaq,
Düşünmə ki, bir dumandı,
Eşq səni qoynuna aldı,
Bir baxışla könül çaldı.
Şəhla Xəlilqızı.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay










