Xəbərlər
12.02.2022, 19:37
Sabunçu rayonunda yaşayış binasındakı mənzildə baş vermiş yanğın zamanı bir nəfər xilas edilib
Paytaxtın Sabunçu rayonunda doqquzmərtəbəli yaşayış binasının yeddinci mərtəbəsində ümumi sahəsi 55 kvadratmetr olan ikiotaqlı mənzilin bir otağında plastikdən ibarət pəncərə çərçivəsi və ev əşyaları iki kvadratmetr sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yanğın zamanı bir nəfər yanğınsöndürənlər tərəfindən tüstüdən zəhərlənmə əlamətləri ilə xilas edilərək aidiyyəti üzrə təhvil verilib.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay