Milli Dram Teatrı yeni mövsümü “Qarabağnamə” ilə açıbAzərbaycan Dövlət Akademik Milli Dram Teatrı oktyabrın 16-da pandemiyanın doğurduğu ilyarımdan çox fasilədən sonra yeni mövsümünü “Qarabağnamə” tamaşası ilə açıb.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, tamaşanın nümayişindən əvvəl mədəniyyət naziri Anar Kərimov yeni mövsümün başlanması münasibətilə teatrın kollektivini və tamaşaçıları təbrik edib. Teatrın cəmiyyətin inkişafında müstəsna əhəmiyyət kəsb etdiyini söyləyən nazir deyib: “Teatr çox güclü sənətdir, təsirli bir alətdir. Bu sənət yaşayan bir irs olaraq cəmiyyətimiz üçün çox önəmli incəsənət növüdür. Azərbaycan teatrının çox zəngin tarixi və ənənələri var. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı da bu proseslərdə bir avanqard rolunu oynayır”.

Dövlətin teatrlara göstərdiyi diqqət və qayğıdan danışan nazir bildirib ki, bu istiqamətdə bir sıra əməli addımlar atılmış, teatrların maddi-texniki bazası gücləndirilmiş, dövlət proqramları qəbul olunmuşdu.

Nazir qeyd edib ki, Xalq yazıçısı İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında səhnələşdirilən tamaşa Qarabağda tarixi Zəfərdən sonra bir başqa ovqatla baxılacaq. “Bu tamaşa Azərbaycan xalqının tarixi və bu günü ilə bağlıdır. Artıq torpaqlarımız azad olundu, Qarabağımız qayıtdı, şanlı Ordumuz zəfər çaldı. Biz çox istərdik ki, Azərbaycanda formalaşan qələbə ruhu, qürur bizim teatrların ərsəyə gətirdiyi tamaşalarda öz əksini tapsın”, - deyə nazir vurğulayıb.

Daha sonra səhnə əsəri nümayiş olunub.

Səhnə əsəri XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə-məişət həyatından bəhs edir. Xanlıqlara bölünmüş Azərbaycana yiyələnmək istəyən Rusiya və İranla siyasi əlaqələri və dostluq münasibətlərini bərqərar etməyə çalışan İbrahim xan erməni fitnəkarlığının qurbanı olur.

Tamaşanın rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur.

Tamaşada rolları Xalq artistləri Kazım Abdullayev, Firəngiz Mütəllimova, Rafiq Əzimov, Hacı İsmayılov, Ramiz Məlik, Əli Nurzadə, əməkdar artistlər Məsmə Ağaverdiyeva, Kazım Həsənquliyev, Elxan Quliyev, Elşən Cəbrayılov, Rəşad Bəxtiyarov, Elnar Qarayev aktyorlar İlyas Əhmədov, Elnur Qədirov,Ramin Şıxəliyev, Ləman İmanova, Rada Nəsibova, Cavidan Novruz, Firuzə Balayeva və Fəridə Şahbazova ifa edib.
Milli Dram Teatrı yeni mövsümü “Qarabağnamə” ilə açıb
Milli Dram Teatrı yeni mövsümü “Qarabağnamə” ilə açıb
Milli Dram Teatrı yeni mövsümü “Qarabağnamə” ilə açıb
Milli Dram Teatrı yeni mövsümü “Qarabağnamə” ilə açıb
Milli Dram Teatrı yeni mövsümü “Qarabağnamə” ilə açıb
Milli Dram Teatrı yeni mövsümü “Qarabağnamə” ilə açıb
Milli Dram Teatrı yeni mövsümü “Qarabağnamə” ilə açıb
Milli Dram Teatrı yeni mövsümü “Qarabağnamə” ilə açıb
Milli Dram Teatrı yeni mövsümü “Qarabağnamə” ilə açıb
Milli Dram Teatrı yeni mövsümü “Qarabağnamə” ilə açıb
Milli Dram Teatrı yeni mövsümü “Qarabağnamə” ilə açıb

Son xəbərlər

Bu da “Real Madrid”in yeni forması - Fotolar

Tramp: Memorandum imzalanan kimi Hörmüz boğazı açılacaq

Ankara raket və qırıcılarla qorunacaq

Ağ Ev: İran nüvə silahı hazırlamaqdan və almaqdan imtina etməyə razılaşıb

4 il ardıcıl Olimpiada qalibi oldu, universitetə imtahansız qəbul edildi

İran Küveytə hücumu təkzib etdi

Analarının öldürüldüyünü qonşulara uşaqları xəbər veriblər

Bu ölkə digərinin həbsxanasını icarəyə götürəcək

Sammitə görə Fransaya gedəcək

Narkotest nəticələri müsbət çıxdı

Minifutbol üzrə Azərbaycan millisi Avropa çempionatının finalına vəsiqə qazanıb

MƏMMƏD QƏDİR : Çağır Romadan papanı, bəsdi də - FOTO

Afiq Göyçəli : Ayrılıq çox çəkdi, Vətənə gəldim - FOTO

Avropa çempionatı: Azərbaycan minifutbol millisi finala yüksəlib

Gənclər buna görə infarkt olurmuş - XƏBƏRDARLIQ

"Sahipsizler"dən sonra bu seriala çəkiləcək - FOTO

Yelena Sidorenko ikinci dəfə ana oldu

Sibel Can evlənir - Toy Mayamidə olacaq

DÜNYANIN YORĞUN ÜZÜ və İNSANIN MƏNƏVİ TƏNHALIĞI - FOTO

Küveyt onlara 24 saat vaxt verdi

Azərbaycan və Aİ Tərəfdaşlıq Prioritetləri sənədinin mətnini yekunlaşdırıb

Roma Papası İlham Əliyevi təbrik edib

Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Rusiyadan qorunan Finlandiya – müdafiə xərclərini artıran Avropa - ŞƏRH

Adil Kərimli Şuşada vətəndaş qəbulu keçirəcək

Tramp ABŞ tərəfindən Hörmüz blokadasının payızadək uzadıla biləcəyini bildirib

İyunun 5-də üstünlük hüququ tətbiq edilən məktəblərə I sinif üzrə sərbəst qəbul başlayır

Hicran Əhmədli : Üzülüb Əlim - FOTO

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930