
Xəbərlər
5.07.2020, 22:31
SON DƏQİQƏ - Azərbaycanın əməkdar artisti vəfat etdi
Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, əməkdar artist Tofiq Hüseynov vəfat edib.
"Turaztv.az" Redaktor.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı təsdiqləyib.
O bildirib ki, Tofiq Hüseynov xərçəng xəstəliyindən əziyyət çəkirdi: "Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azər Paşa Nemətovun və teatrın kollektivi adından Tofiq Hüseynovun yaxınlarına dərin hüznlə başsağlığı verir, mərhuma Allahdan rəhmət diləyirik. Tofiq Hüseynov iyulun 6-da öz vəsiyyətinə uyğun olaraq Xırdalan qəbiristanlığında anasının və atasının yanında torpağa tapşırılacaq. Ruhu şad olsun!".
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












