Ədəbiyyat nəzəriyyəsi nədir?
Ədəbiyyat nəzəriyyəsi nədir?
Ədəbiyyat nəzəriyyəsi nədir?Ədəbiyyat nəzəriyyəsi nədir?
Filologiya elmləri doktoru, professor, AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi Məhəmmədəli Mustafayev yenicə çapdan çıxmış “Ədəbiyyat nəzəriyyəsi” kitabında bu suala cavab verib

Ədəbiyyat nəzəriyyəsi müəyyən bir mövzu üzrə mövcud elmi tədqiqatları yekunlaşdırır və sintez edir. Ədəbiyyat nəzəriyyələri elmlərdə, sosial elmlərdə və humanitar elmlərdə geniş yayılmış akademik yazı formasıdır. Buna baxmayaraq, yeni arqumentlər yaradan və orijinal töhfələr verən tədqiqat sənədlərindən fərqli olaraq, ədəbiyyat araşdırmaları mövcud tədqiqatları təşkil və təqdim edir.
Ədəbiyyat nəzəriyyələri nədir?
Ədəbiyyat təhlilini başa düşmək üçün ilk növbədə onların nə olduğunu anlamaq yaxşıdır. Birincisi, ədəbiyyat biblioqrafiya deyil. Biblioqrafiya xüsusi bir mövzu tədqiq edərkən məsləhətləşən resursların siyahısıdır. Ədəbiyyat nəzərdən keçirənlər məsləhətləşdiyiniz mənbələrdən daha çoxdur: bu mənbələri ümumiləşdirir və tənqidi qiymətləndirirlər.
İkincisi, ədəbiyyat baxımları subyektiv deyil. Digər tanınmış "qiymətləndirmələr "dən (məsələn, teatr və ya kitab baxımından) fərqli olaraq, ədəbiyyat nəzəriyyələri rəy fikirlərindən qaçır. Əksinə, elmi ədəbiyyat orqanını nisbətən obyektiv perspektivdən yekunlaşdırır və tənqidi qiymətləndirirlər. Ədəbiyyat baxımından yazı yazmaq hər bir mənbənin keyfiyyətini və nəticələrini hərtərəfli qiymətləndirməyi, geniş tədqiqat və tənqidi analiz tələb edən vaxt aparan ciddi bir prosesdir.
Son illər «Ədəbiyyatşünaslıq» və "Ədəbiyyat nəzəriyyəsi” adına sanballı kitabların yazılmaması ilə bağlı tənqidçilərin fikirləri səslənir. Belə ki, yazılan kitablarda da tədqiqatçılığın, elmiliyin, müasirliyin olmaması, köhnə ideologiyanın yer aldığı bildirilir. Abituriyentlər, tələbələr, ümumən oxucular sovet dövründə nəşr olunan kitablardan yararlanmaq məcburiyyətindədirlər.
Amma bu günlərdə istedadlı ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor, AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, həm də bir vaxtlar həmkarımız olmuş Məhəmmədəli Mustafayevin “Ədəbiyyat nəzəriyyəsi” kitabı ədəbiyyatşünaslara, ali məktəblərin müəllim və tələbələrinə sanballı dərs vəsaiti kimi nəzərdə tutula bilər. Təəssüf ki, Məhəmmədəli Mustafayevə bu dərs vəsaitinin çap etdirilməsi nəsib olmadı. Dünyasını dəyişməsindən 3 gün sonra oxucuların istifadəsinə verilən bu kitabdan mənə də pay düşüb. İstəyirəm ki, bu kitab haqqında rəyimlə dostumun ruhunu şad edim.
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alarkən oxumuşdum ki, hələ XX əsrin əvvəllərindən F.Köçərli, A.Sur, S.Hüseynlə başlayan peşəkar ədəbiyyatşünaslığı sonradan Ə.Abid, İ.Hikmət, Ə.Nazim, H.Zeynallı, A.Musaxanlı, B.Çobanzadə və başqaları inkişaf etdiriblər. Bundan sonra da ədəbiyyatşünas və tənqidçilərimiz H.Araslı, F.Qasımzadə, M.Cəlal, M.C.Cəfərov, M.Quluzadə, K.Talıbzadə, Ə.Mirəhmədov, Y.Qarayev kimi Azərbaycan ədəbiyyatının inkişaf yolu və problemləri ilə bağlı çoxlu əsər, monoqrafiya yazıblar. Bu gün də milli ədəbiyyatşünaslıq həmin yolu davam etdirir. Hətta deyərdim ki, bir qədər də ədəbiyyatşünaslıq eninə və dərininə doğru inkişaf edib, yeni, orijinal ədəbiyyatşünaslıq əsərləri yazılıb. Əgər 50-ci illərdə 3 cildlik ədəbiyyat tarixi yazılmışdısa, bu gün Nizami adına Ədəbiyyat İnstitutu 7 cildlik "Ədəbiyyat tarixi”ni çapa hazırlayıb. Əlbəttə, məsələ heç də cildlərin, yaxud yazılan ədəbiyyatşünaslıq monoqrafiyalarının, məqalələrinin sayında deyil, onun keyfiyyətindədir. Professor M.Mustafayevin yazdığı “Ədəbiyyat nəzəriyyəsi” dərsliyi aktuallıq kəsb edir. Deyə bilərəm ki, bu kitabın nəşrindən sonra keyfiyyət baxımından da bugünkü ədəbiyyatşünaslıq yeni bir mərhələyə daxil olub.
Məhəmmədəli Mustafayevin əsərini oxuduqdan sonra bu qənaətə gəlmək olur ki, ədəbiyyatşünaslığın tədqiqat coğrafiyası və yayılma arealı da genişlənib. Belə ki, indi ədəbiyyatşünaslıqla bağlı fundamental tədqiqat əsərləri yazılır. Professorun, ədəbiyyatşünas-alimin hazırladığı kitab da mövzusu, problematikası və elmi səviyyəsi baxımından tamamilə standartlara cavab verir.
Ədəbiyyat ədəbi və ideoloji prosesdir. Ədəbiyyatı öyrənən elm – ədəbiyyatşünaslıq və ədəbiyyat nəzəriyyəsi ədəbiyyata köklənən vacib sahələrdir. Belə ki, ədəbiyyat zənginliyi ədəbiyyatşünaslıq və ədəbiyyat nəzəriyyəsini qidalandıra bilir. Bu baxımdan ədəbiyyatın zəngin tarixi vaxtilə bizə «Ədəbiyyatşünaslığın əsasları», «Ədəbiyyat nəzəriyyəsi» kitablarını yazdırmaq üçün böyük faktlar verib. M.Mustafayevin “Ədəbiyyat nəzəriyyəsi” kitabı çox kamil, mükəmməl, ədəbiyyatımızın nəzəri, elmi, texniki əsaslarını, ideoloji tərəflərini, məzmun və formasını, ədəbiyyatın xüsusiyyətlərini tam əks etdirən dərslikdir.
Keçmiş dövrdə yazılmış "Ədəbiyyatşünaslığa giriş” və "Ədəbiyyat nəzəriyyəsi” kitablarındakı materialların bir qismi, ədəbiyyatla bağlı verilmiş faktlar ədəbiyyata söykənəndə sovet ədəbiyyatına gedib çıxıb və həmin dövrün ədəbiyyatının ideologiyasını əks etdirib. Müstəqillik dövründən sonra isə bu istiqamətdə sıfırdan başlamalı idilər. Bu da zəhmət tələb edən iş idi: "Axı bu zəhmətə qədər ənənə var idi. Bu zəhmətə qatlaşmaq üçün alim cəfakeşliyi, milli təfəkkür istiqamətində yanaşma, milli konseptual prizmadan məsələni həll etmək ədəbiyyatşünas alimlərin qarşısında ciddi vəzifə kimi dayanırdı. Müstəqillik dövründən sonra «Ədəbiyyatşünaslığa giriş» və «Ədəbiyyat nəzəriyyəsi» yarandı. 2021-ci ildə çapdan çıxmış “Ədəbiyyat nəzriyyəsi” kitabı isə ədəbiyyatımızın nəzəri problemlərini irəli apara bilən dərslikdir. Görün müəllif özü nə yazır: “Mir Cəlal Paşayevin və Pənah Xəlilovun “Ədəbiyyatşünaslığın əsasları” (1972), Şəmistan Mikayılovun “Ədəbiyyat nəzəriyyəsi” (1981), İsa Həbibbəylinin “Ədəbiyyat nəzəriyyəsi” (1985) kitabları ədəbiyyat və incəsənətdə nisbi demokratiyanın yarandığı dövrün reallıqlarına uyğun yazılmışdı. Nəzəri təfəkkürün aydınlığı, zənginliyi baxımından xeyli dərəcədə fərqlənirdi.
Bədii yaradlcılıq daim inkişaf etdiyi, yeni ədəbi-estetik xüsusiyyətlər qazandığı kimi onu izah edən, yeni nəzəri kateqoriyalar yaradan ədəbiyyat nəzəriyyəsi də öz çevrəsini genişləndirir, yeni nəzəri sistemlərlə zənginləşdirir. Bu mənada ötən əsrin 80-ci illərindən sonra İsa Həbibbəylinin “Ədəbiyyat nəzəriyyəsi”, Abbas Hacıyevin “Ədəbiyyat nəzəriyyəsi” (1996), Rafiq Yusifoğlunun “Ədəbiyyatşünaslığın əsasları” (2001), Rəhim Əliyevin “Ədəbiyyat nəzəriyyəsi” (2008), Məmməd Əliyevin “Ədəbiyyat nəzəriyyəsi”, Vüqar Əhmədin “Ədəbiyyatşünaslıq” (2008), Nazif Qəhrəmanlının “Ədəbiyyat nəzəriyyəsi” (2008), Nizaməddin Şəmsizadənin “Ədəbiyyat nəzəriyyəsi”(2012) və sair dərs vəsaitləri diqqəti daha çox cəlb edir”.
Məhəmmədəli müəllim ədəbiyyatımızın mövcud nəzəri problemlərini saf-çürük etməyi bacarıb, o cümlədən ədəbiyyatşünaslığımızın problemlərini, perspektivlərini analiz edə bilib.
O bu işə milli təfəkkür və milli-konseptual baxımdan yenidən yanaşıb. Ədəbiyyat tariximizdə mövqe tutmuş ayrı-ayrı ədiblərimizin, şairlərimizin yaradıcılığını yenidən təhlil edə bilib.
Ədəbiyyat nəzəriyyəsinə yaxın olan fənlərdən biri də ədəbi tənqiddir. Tənqid müasir ədəbi prosesi izləyən və araşdırıb qiymətləndirən elm
sahəsi, öz təbiət etibari ilə mətbuatla qırılmaz şəkildə bağlı olan nəzəri elmdir. Ədəbiyyat tarixinə və nəzəriyyəyə aid bütün klassik traktatlar bir qayda olaraq müasir ədəbiyyatdakı faktlar və mübahisələrlə bağlı yaranıb. Sonradan bu əsərlərin nəzəri əhəmiyyətini ədəbiyyat tarixçiləri də müəyyənləşdiriblər.
Professor M.Mustafayevin yzdıqlarından bu qənaətə gəlmək olur ki, ədəbiyyat nəzəriyyəsinin əsas vəzifələrindən biri ədəbi termin və
nəzəriyyələri tarixi aspektdə öyrənib mənimsəməkdir. Bu fənn termin və nəzəriyyələr arasında əlaqələri onların yarandığı ardıcıllıqla bərpa
edir. Onun fikrincə, ədəbiyyat nəzəriyyəsinin əsas məqsədlərindən biri
ədəbi termin və anlayışların yarandıqları tarix ardıcıllıqla və onların ilkin
mənalarını açaraq şərh edilməsidir. Həm də tarixilik prinsipi ədəbiyyat nəzəriyyəsinin şərhində və izahında əsas metodoloji istiqamət və əsas olmalıdır.
Ədəbiyyat nəzəriyyəsinin əsas problemlərindən biri ədəbiyyatın insan fəaliyyətinin sahələrindən biri kimi mənşəcə ciddi surətdə izah edilməsidir. Ədəbiyyat necə yaranıb, o, insanların hansı ehtiyaclarını ödəyir? M.Mustafayev ədəbiyyat nəzəriyyəsini ədəbiyyatın termin və anlayışlarının
törəmə tarixi kimi şərh etməyə əsas fikir verib.
Kitab 7 bölmədən ibarətdir: “Sənət, ədəbiyyatın məqsəd və vəzifələri”, “Ədəbi növlər və janrlar. Lirik növ”, “Epik növ, epos, əsatir və mif ”, “Dramatik əsərlər: komediya, faciə, dram”, “Bədii sənətkarlıq məsələləri”, “Ədəbi cərəyanlar”, “Ədəbi-nəzəri fikirdə milli ideyalar”.
Kitabın ən üstün cəhəti bizim ali məktəb tələbələrinə ədəbiyyatşünaslığın, ədəbi tənqidin, ədəbiyyat tarixinin düzgün öyrənilməsinə olan marağı artırmaqdır. Bu, məncə, hər bir ali məktəb müəlliminin, pedaqoqun, tələbənin stolüstü kitabı olmalıdır. Elmi biliyini artırmaq, ədəbiyyatşünaslığa aid düşüncələrini, mülahizələrini zənginləşdirmək istəyən tələbələr üçün bu kitab bir növ xəzinəyə aparan xəritə rolunu oynayır.
Kitabdan bir daha ədəbiyyatşünaslığımızın, ədəbiyyat nəzriyyəsinin zamanımız üçün necə dəyərli olduğunu öyrəndim. Bu yerdə yenə müəllifin fikirlərinə müraciət etməyə qərar verdim: “Dərs vəsaitinin hzırlanması prosesində mövcud ədəbiyyat nəzəriyyələrinin mühüm nailiyyətlərindən faydalanmışıq. Ancaq bütün hallarda Avropada və Şərqdə yaranan nəzəri sistemləri, ədəbiyyat nəzəriyyəsi faktlarını sistemləşdirmək, müasir ədəbiyyatşünaslıq standartları baxımından ümumiləşdirmək və Azərbaycan oxucusuna, ali məktəb tələbələrinə, mütəxəssislərə çağdaş dövrün tələblərinə cavab verən ədəbiyyat nəzəriyyəsi təqdim etmək təşəbbüsündə olmuşuq. Məqsədimizə nə dərəcədə nail olduğumuzu ancaq mütəxəssislər, ədəbi ictimaiyyət, dərslikdən istifadə edən ali məktəb müəllimləri və tələbələr, magistrlər müəyyənləşdirə bilərlər”.
Kitabı oxuduqdan sonra belə qərara gəldim ki, insan daha çox öz üzərində işləməlidir. Şəxsi inkişaf, karyera biliklərinin toplanması üçün doğru addımlar atmaq lazımdır. Buna kitablar, məlumat mənbələrinin doğru seçimi, doğru insanlardan doğru informasiyalar toplamaq da aiddir. Beynimizi artıq məlumatlarla doldurmaq yerinə ancaq həyatımıza doğru və müsbət təsir göstərəcək işlər görməliyik. Bu mənada filologiya elmləri doktoru, professor Məhəmmədəli Mustafayevin “Ədəbiyyat nəzəriyyəsi” kitabı tez bir zamanda öz sözünü deyəcək.
TANITMA: Məhəmmədəli Mustafa oğlu Mus­­­­tafayev - 1958-ci il sentyabrın 1-də qədim Borçalı mahalının Başkeçid (indiki Gür­cüstan Respublikasının Dmanisi) ra­yonundakı Az.­Gəyliyən kəndində anadan olub.
Azərbaycan Dövlət Pedaqoji Uni­ver­site­tini bitirib. Bir müddət “Ədalət” qəzetində çalışıb.
“Azərbaycan sovet ədəbiyyatşünaslığında XIX əsr ədə­biy­­yatının tədqiqi problemləri (akademik F.Qasım­zadənin yara­dıcılığı əsasında)” mövzusunda namizədlik və “XIX əsr Azər­baycan ədəbi-tarixi prosesi müasir ədəbi-nəzəri fikirdə və ədə­biy­yatşünaslıqda” mövzuunda doktorluq dissertasiyası müdafiə edib.
”XIX əsr ədəbi irsi ədəbiyyatşünaslıqda”, ”Ədəbiy­yatşü­nas­lığımızın xan çinarı” və “Akademik F.Qasımzadə” adlı elmi əsərlərin müəllifidir.
Lənkəran Dövlət Universitetində (2004-2009) və Sumqayıt Dövlət Universitetində (2005-2014) pedaqoji fəaliyyətlə məş­qul olub. Hazırda ­AMEA Nizami adına Ədəbiyyat İnstitutu­nun “Ədəbiyyat nəzəriy­yəsi” şöbə­sində baş elmi işçi vəzifə­sin­də çalışıb.


Daşdəmir ƏJDƏROĞLU

Son xəbərlər

Blinken Çinə dörd günlük səfər edəcək

“Mən bu qanunu dərhal qəbul edəcəm”

Gecə saatları DƏHŞƏTLİ XƏBƏR gəldi- 6,3 ballıq GÜCLÜ ZƏLZƏLƏ oldu

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı SƏRƏNCAM

Bu gün Başlıbel faciəsinin ildönümüdür

Ermənistan növbədənkənar seçkiyə getmir - Paşinyan açıqladı

Bayden İsrail və Ukraynaya yardım paketlərini dəstəkləyib

Hindistan əhalinin sayına görə dünyada birinci yerdədir

ABŞ İsrailə dəstək üçün 26 milyard dollar vəsait ayırmağı nəzərdə tutur

KİV: İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıb

Prezidentin köməkçisindən sülhməramlılarla bağlı AÇIQLAMA

Basketbol üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib

Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Heydər Əliyev Mərkəzində olub

"Qadınların pensiya yaşı kişilərlə müqayisədə aşağı salınsın" - TƏKLİF

ZƏHƏR QATIR AŞIMA - FOTO

Sultan Əl-Cabir COP29 iqlim maliyyələşdirməsi üzrə icra planını müzakirə edib

Bakıda şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb

Fransanın birinci xanımının həyatından serial çəkilir

Atam bu gün mühazirəyə getməli idi - Hadi Rəcəblinin qızı

Rusiyanın bu vilayətində miqrantlara taksi işləmək qadağan olunur

Dünyanın ən məşhur filmi Türkiyədə narazılıq yaratdı – Maraqlı SƏBƏB

Sabah 28 dərəcə isti olacaq - PROQNOZ

Azyaşlılarda bu xəstəliklər artıb

Naxçıvan Hava Limanının direktoru işdən ÇIXARILDI

Ermənilər Tovuzda təxribat törətdi: Kvadrakopter ələ keçirildi - FOTO

Evinin həyətində asılmış meyiti tapıldı

Aytən Səfərova ağır yol qəzası keçirtdi

Ən çox nifrət edilən 5 bürc: Hamı onları...

Bütün xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930