
Xəbərlər
9.06.2026, 15:12
Sankt-Peterburqda hərbi zavodun yaxınlığında böyük yanğın baş verib, 4 nəfər ölüb

Sankt-Peterburqda "Arsenal" zavodunun yaxınlığında anqarda böyük yanğın baş verib.
Yanğın nəticəsində dörd nəfər ölüb.
Bildirilib ki, Mineralnaya küçəsindəki anqarda 8 iyun axşamı başlayan yanğın təxminən 1500 kvadrat metr sahəni əhatə edib. Yanğın 24 saat ərzində söndürülüb.
Stansiyadakı Oktyabr Dəmir Yolu infrastrukturuna ziyan dəyib. Çökmüş hasarın altında iki nəfərin, anqarda isə daha iki nəfərin meyiti tapılıb.
İki nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
İlkin məlumatlara görə, yanğın aseton partlayışı nəticəsində baş verib. Rusiya İstintaq Komitəsi təhlükəsizlik qaydalarının pozulması (Cinayət Məcəlləsinin 216-cı maddəsi) maddəsi ilə cinayət işi açıb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay









