Turaztv.az » Xəbərlər » PÜSTƏ RƏVAN : BÜTÜN ANALARA İTHAF EDİRƏM - FOTO
Xəbərlər

PÜSTƏ RƏVAN : BÜTÜN ANALARA İTHAF EDİRƏM - FOTO

09.06.2026, 18:03 128
Əbədi günəşdi övladlarına,
Ana arzuları, ana sevgisi,
Sərt yoldan qaytarar övladlarını,
Ana duaları, ananın səsi.

Övladı ərsəyə çatana qədər,
Narahatdır hər an ana ürəyi,
Gec gələndə işdən durar, oturar,
Keçməz boğazından halal çörəyi.

Bir ömür narahat yaşayır ana,
Övladlar ərsəyə gələnə qədər,
Qurtarmır heç zaman əzabın sonu,
Görməsin uşaqlar nə qəm,nə kədər.

Hələ körpə-körpə nəvələridə,
Bəsləyir göz üstə ana nənələr,
Əzablı olsada şirindir həyat,
Düşünmür nələri,ana nənələr?!

Bu da bir həyatdır,bu da bir ömür,
Hər ağrı-acını çəkir analar.
Bəzən sevincıni, bəzən qəmini,
İsti göz yaşına bükür analar.

Oxşar xəbərlər