
Xəbərlər
24.07.2021, 00:24
Qazaxda göldə batan şəxsin meyiti tapılıb
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Qazax rayonu, Çaylı kəndində bir nəfərin göldə batması barədə məlumat daxil olub.
AZƏRTAC nazirliyin saytına istinadla xəbər verir ki, hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun axtarışları başa çatıb. 1987-ci il təvəllüdlü Bayramov Anar Arzu oğlunun meyiti dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











