Sərhəddə ilk atəş səsləri: Azərbaycan sərhəd qoşunlarını döyüşə hazır vəziyyətə gətirdiİkinci Qarabağ müharibəsinin başa çatmasından təxminən 6 ay sonra Ermənistan artıq ikinci dəfədir ki, status-kvonu pozmağa cəhd edir. Bəlli olduğu kimi, ilk belə cəhd ötən ilin payızında Hadrutda edilib. Qarabağ meşələrinə xüsusi hazırlanmış diversiya dəstələri göndərən erməni hakimiyyəti daha sonra bunu "Yerevanın nəzarətindən çıxmış” hansısa aqressiv və revanşit dəstələr kimi qələmə vermişdi. Bu erməni dəstələri Hadrutda Azərbaycan hərbçilərinə və mülki şəxslərinə hücumlar həyata keçirmişdi.

Lakin Azərbaycan xüsusi təyinatlı dəstələrinin parlaq əməliyyatı nəticəsində həmin erməni dəstələri darmadağın edildi, bir qismi zərərsizləşdirildi, digərləri terrorçu-diversantlar qismində tutuldu.

İkinci təxribat isə aprelin 22-də, bu dəfə nizami erməni hərbi bölmələri tərəfindən törədilib. Üstəlik Azərbaycan-Ermənistan sərhədinin Zəngəzur istiqamətində. Bəlli olduğu kimi, əldə edilmiş razılaşmalar əsasında Azərbaycanın 1975-ci il sovet hərbi xəritələri əsasında müəyyən edilmiş dövlət sərhədləri bərpa olunub, Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunları həmin sərhədləri mühafizəyə götürüb.

Və həmin gün-aprelin 22-də erməni silahlı bölmələri Zəngilan rayonunun Seyidlər kəndi istiqamətindəki Azərbaycan sərhəd zastavasına atəş açıb. Ddaha sonra DSX bu insidentlə bağlı yaydığı məlumatında erməni hərbçilərinin Rusiya FTX-nin sərhəd xidmətinin əsgərlərinin postuna da atəş açdığını bildirib. Lakin Rusiya tərəfinin xahişi ilə Azərbaycan tərəfi cavab atəşi açmayıb. Rusiya tərəfi insidenti "nəzarətdən çıxmış sərxoş erməni əsgərlərinin hərəkəti” kimi qələmə verib. Yəni "nəzarətolunmayan diversantlar” kimi! Prinsipcə erməni ordusunu bürümüş xaos şəraitində Rusiya tərəfinin versiyası inandırıcı görünə bilərdi, amma daha sonra baş verən hadisələr olmasaydı.

Sərhədin digər istiqamətində, Qubadlı rayonunun Şurnux kəndi istiqamətində onlarla erməni avtomobili Azərbaycan sərhədçilərinin postlarına doğru hərəkət edib, ermənilər Azərbaycan əleyhinə şüarlar səsləndiriblər, sərhədçilərimizi preventiv tədbirlər görməyə təhrik etmək istəyiblər. Lakin bu dəfə də Azərbaycan komandanlığı erməni tərəfinin bu təhriklərini soyuqqanlı qarşılayıb.

Bu təsadüfdürmü ki, sərhəd postlarına qarşı əvvəlcədən planlaşdırılmış təxribat "Zəngəzur dəhlizi” ətrafında gedən qızğın müzakirələrlə bir vaxtda baş verir? Həmin insidentlərdən az əvvəl Azərbaycan prezidenti İlham Əliyev AzTV-yə müsahibəsində Paşinyanın 10 noyabr üçtərəfli razılaşmasında nəzərdə tutulan Zəngəzur dəhlizinin açılması məsələsində destruktiv mövqeyi haqda danışıb, bunun ilk növbədə Ermənistanın özünün ziyanına olduğunu bildirib. Azərbaycan ermənilərə Laçın dəhlizini verib, amma erməni tərəfi Naxçıvana dəhliz açılmasına müxtəlif yollarla mane olur, tikinti işlərinin başlanmasını əngəlləyir. Hərçənd Laçın dəhlizinin özünün fəaliyyət göstərməsi də bir neçə illikdir, Ermənistandan Qarabağdakı ermənilərin gediş-gəlişi üçün yeni yol çəkilməlidir. Razılaşmaya əsasən bu, 3 il ərzində baş verməlidir.

İlham Əliyev bildirdi ki, Azərbaycan istənilən halda Zəngəzur dəhlizinin açılmasına nail olacaq, lap güc yoluyla olsa belə.

Azərbaycan prezidentinin bu bəyanatından sonra erməni tərəfi atəş açdı. Və məhz Zəngəzur istiqamətində.

Bakıda əmindirlər ki, sərxoş erməni əsgərləri barədə versiya, hansı ki, guya onların yerlərini sonradan dəyişdiriblər,-hərbi cinayətin izlərini silməyə yönəlmiş yersiz cəhddir. Çünki bunun ardınca yaxşı hazırlaşmış mülki adamlar da Azərbaycan sərhədçilərini təhrik etməyə çalışıblar. Yalnız yüksək intizamın və effektiv komandanlığın sayəsində Azərbaycan sərhədçiləri insidentin böyüməsinin, qan axıdılmasının qarşısını alıblar.

Lakin əgər erməni tərəfi bundan sonra da Azərbaycan əsgərlərinin soyuqqanlılığını, səbrini və təmkini sınağa çəkərsə, növbəti "sərxoş xuliqanlığa” əl atarsa ön xətdə yerləşən bölmələrimiz simmetrik və dağıdıcı zərbə endirməyə məcbur olacaqlar. Belə hərbi toqquşmaların hansı dramatik və faciəvi nəticəyə gətirib çıxaracağını isə ancaq təxmin etmək olar.

Məlum olub ki, Dövlət Sərhəd Xidmətnin sərhəd qoşunlarının ön xətdə yerləşən bölmələrinə tam döyüş hazırlığı və erməni tərəfinin yeni təxribatları olarsa, cavab zərbələri endirmək əmri verilib.

Virtualaz.org

Son xəbərlər

Küveyt onlara 24 saat vaxt verdi

Azərbaycan və Aİ Tərəfdaşlıq Prioritetləri sənədinin mətnini yekunlaşdırıb

Roma Papası İlham Əliyevi təbrik edib

Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Rusiyadan qorunan Finlandiya – müdafiə xərclərini artıran Avropa - ŞƏRH

Adil Kərimli Şuşada vətəndaş qəbulu keçirəcək

Tramp ABŞ tərəfindən Hörmüz blokadasının payızadək uzadıla biləcəyini bildirib

İyunun 5-də üstünlük hüququ tətbiq edilən məktəblərə I sinif üzrə sərbəst qəbul başlayır

Hicran Əhmədli : Üzülüb Əlim - FOTO

Sabah Azərbaycanda 31 dərəcə isti olacaq

İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

Əhali arasında narahatlıq: Alış-veriş zamanı kartlarımızdan əlavə pul tutulacaq?

Uşaqların beyninə zərər verən qida boyası

Ucalığın mübarəkdir, uca dağ - FOTO

Qarabağ və Şərqi Zəngəzurda su-kanalizasiya xidməti ilə bağlı görülən işlər açıqlanıb

İctimai nəqliyyat ödənişlərində YENİLİK

Türkiyəyə istirahətə gedənlərə ŞAD XƏBƏR - Qiymətlər endirilə bilər

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə sənəd qəbulu başlayıb

Küveyt Beynəlxalq Hava Limanı PUA hücumlarından sonra fəaliyyətini dayandırıb

Azərbaycan neftinin qiyməti 102 dollardan aşağı düşüb

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır

ABŞ və İran qarşılıqlı zərbələr endiriblər

Biləsuvarda ölümlə nəticələnən yol qəzası baş verib

İspaniya Ebola səbəbindən yoldaşlıq oyununu ləğv etdi

Aslıhan onunla tərəf müqabili oldu - FOTO

Avropa çempionatı: Azərbaycan minifutbol millisi yarımfinala yüksəlib

SEVİNC YUNUSLU : Mən bağışlaya bilmirəm.. - FOTO

Nesrinin serialı 1 günə 5 milyon izləndi

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930