Ordumuzun Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə tarixi missiyasıAzərbaycan Ordusu noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub. Ölkəmizin ən böyük rayonu mənfur düşmənlərdən, terrorçulardan azad olundu. Bu münasibətlə Müzəffər Ali Baş Komandanımıza, rəşadətli Ordumuza təşəkkür edir, xalqımızı, kəlbəcərliləri təbrik edirəm. Dövlətimiz BMT Təhlükəsizlik Şurasının Kəlbəcərlə bağlı 822 saylı qətnaməsini özü icra etdi.
1990-cı illərin əvvəllərində Azərbaycanın anarxik ictimai-siyasi vəziyyətindən istifadə edən mənfur düşmən tərəfindən torpaqlarımız işğala məruz qalmışdı. Prezident İlham Əliyev Kəlbəcərin azad olunması ilə bağlı xalqa müraciətindən bir sitatı nəzərinizə çatdırmaq istərdim: "1992-ci ilin may ayında Şuşa və Laçın rayonlarının işğalından sonra Kəlbəcərin də işğal altına düşməsi Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi əlaqə yaratdı. Hər kəs yaxşı bilir ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan Respublikası ilə sərhədi yox idi. Ermənistanı Dağlıq Qarabağdan Laçın rayonu ayırırdı, Laçın dəhlizi ayırırdı. Laçın, Şuşa və ondan sonra Kəlbəcər rayonlarının işğal altına düşməsi böyük ərazidə Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratdı və düşmənin məqsədi məhz bundan ibarət idi. Kəlbəcərin işğal altına düşməsindən sonra demək olar ki, Ermənistanla Dağlıq Qarabağ arasında bir çox yollar vasitəsilə əlaqə yaradıldı və ilk növbədə, silahlar, texnikalar, canlı qüvvə göndərilmişdir. Eyni zamanda, Ermənistanın sonrakı işğalçılıq siyasətinə də bu, böyük üstünlüklər təmin etmişdir”.
Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz tarixi missiyasını şərəflə yerinə yetirərək işğal olunmuş torpaqları düşməndən azad etdi. Bununla yanaşı, döyüş meydanında qazanılan Qələbə imkan verdi ki, Ağdam rayonu, eyni zamanda, Kəlbəcər və Laçın rayonları bir güllə atmadan, bir şəhid vermədən işğaldan azad edilsin. Kəlbəcərin azad olunması da noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri arasında imzalanmış üçtərəfli bəyanatın nəticəsidir. Azərbaycanın döyüş, diplomatiya və informasiya cəbhələrindəki mühüm qələbələri xalqımızı uzun illər həsrətində olduğu Qələbə Gününə yetirdi. Sentyabrın 27-də Ermənistan ordusunun başladığı müharibə 44 gündən sonra Silahlı Qüvvələrimizin tarixi Qələbəsi ilə başa çatdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə zəfər yürüşünə başladı. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində formalaşdırdığı silahlı qüvvələrini darmadağın etdi. Nəticədə münaqişə Azərbaycanın tam Qələbəsi ilə başa çatdı. Xalq onu müqəddəs zəfər gününə qovuşduran Prezidentinin ətrafında sıx birləşib. Artıq Azərbaycan işğaldan azad edilmiş ərazilərə böyük köç ərəfəsindədir. 27 illik həsrətə son qoyuldu. Qarabağ Azərbaycandır!

Cəmil Zəbhullaoğlu
“Ədalət və Həqiqət” qəzetinin və “Turaztv.az” sayıtının
Baş redaktoru,AJB-nin üzvü

Son xəbərlər

Mbappe Peleni geridə qoydu

Pekin Böyük Britaniyadan Çin şirkətlərinə qarşı sanksiyaların ləğvini tələb edib

Fransa mundiala qələbə ilə başladı

QADIN YARADAN, YAŞADAN VƏ QORUYANDIR... - FOTOLAR

NATO müdafiə sistemlərini Türkiyəyə köçürür

Cennifer ilk dəfə boşanmasından yazdı

Əsəd Cahangir - 60 TƏBRİK EDİRİK!

Haqqın qulu olmuşlara Rəhman kömək etmir - QƏZƏL

"Şakir Paşa ailəsi"ndən sonra ünvanı bu serial oldu - FOTO

Məşhur cütlüyün serialı ləğv edildi

Əməkdar mədəniyyət işçisi ağır qəzaya düşdü - Fotolar

Fərhad Mehdiyevin qızı faciəvi şəkildə öldü

Aİ azərbaycanlı iş adamına və Sumqayıt şirkətinə sanksiya qoydu

"Bereketli topraklar"ın aktrisası yeni serialda - FOTO

Mütəxəssislərdən xəbərdarlıq - mətbəxdəki bu əşya yanğına səbəb ola bilər

Xırdalanda 3300 metr yeni kanalizasiya kollektoru inşa edilir

Həbs müddəti azaldıldı

Ecenin öldüyü gecə yaşananları - Anası açıqladı

25 il sonra doğulduğu evə getdi - Foto

44 yaşlı usta emalatxanada öldü

24 yaşlı Məryəmin öldüyü hadisənin - Təfərrüatı

Cavid Hüseynov “Araz-Naxçıvan”ın baş məşqçisi oldu

Hakan Fidan və Lavrov nələri müzakirə edəcəklər?

"Şəfa"da yeni müqavilə

Müəllimlər vahid geyim formasına keçəcək?

“AzərEnerji”də qanvermə aksiyası keçirildi - Fotolar

Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir - Fotolar

Gündüz mürgüləməsi təhlükəli ola bilər

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930