Bu gün Laçın 28 illik işğaldan qurtulur



Ermənistan silahlı qüvvələrinin 28 ildir işğal altında saxladıqları Laçın rayonu bu gün Azərbaycana təhvil verilir.

Bu, Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın Baş naziri Nikol Paşinyanın və Rusiyanın Prezidenti Vladimir Putinin noyabrın 10-da imzaladıqları bəyanatına əsasən həyata keçirilir.

Xatırladaq ki, Ermənistanın kapitulyasiyasını rəsmiləşdirən sənəd Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun sentyabrın 27-də əks-hücum əməliyyatı ilə başladığı Vətən Müharibəsindəki qələbəsi, 300-ə yaxın kəndin, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl və Şuşa şəhərlərinin, dörd qəsəbənin, çoxsaylı strateji yüksəkliklərin azad olunmasından sonra imzalanıb.

Qeyd edək ki, Laçın rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən 1992-ci il mayın 18-də işğal olunub və bununla Dağlıq Qarabağdakı quldur rejimin Ermənistanla avtomobil yolu əlaqəsi yaranıb.

İşğal nəticəsində Laçında bir şəhər, bir qəsəbə və 125 kənd düşmən əlinə keçib, 264 nəfər şəhid olub, 65 nəfər girov götürülüb, 103 nəfər əlil olub.

Rayon üzrə bir yaşdan 16 yaşadək 24374 uşaqdan 18-i şəhid, 225 nəfəri əlil olub, 31-i hər iki valideynini itirib, 64 min nəfər məcburi köçkünə çevrilib.

Rayon ərazisindəki 133 iri və orta müəssisə, 20 tibb müəssisəsi, 217 mədəniyyət ocağı, 40-dək mədəni və tarixi abidə, onlarla təhsil müəssisəsi 28 il işğal altında qalıb.

İşğal nəticəsində 1835 kvadrat kilometr ərazisi olan Laçın rayonundakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilib və ya erməniləşdirilib.

Əhəmiyyətli geostrateji mövqeyə malik olan Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurub. Düşmən rayonun yüngül sənaye mərkəzlərini, kənd təsərrüfatı sahələrini yararsız hala salıb.

Qeyd edək ki, üçtərəfli razılaşma ilə Ermənistan noyabrın 15-də Kəlbəcər, noyabrın 20-də Ağdam, dekabrın 1-də isə Laçını təhvil verməklə bağlı öhdəlik götürüb.

Noyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Respublikasının Prezidenti Vladimir Putinlə telefon danışığı baş tutub. Telefon danışığı zamanı Rusiya lideri Ermənistan tərəfinin Kəlbəcərin təhvil verilməsi ilə bağlı möhlət istəməsi barədə xahişini Azərbaycan Prezidentinə çatdırıb.

Azərbaycan Kəlbəcərin relyefini nəzərə alaraq, humanist addım atıb və təhvilin noyabrın 25-də baş tutmasına qərar verilib.

Beləcə, noyabrın 20-də Ağdam rayonu, 25-də isə Kəlbəcər rayonunu Azərbaycana təhvil verilib.

Son xəbərlər

TƏBİB-in tabeliyindəki 4 müəssisədə yoxlama aparılır

Cekodan təsirli məktub - “Anamla dolabın arxasında gizləndik”

İndoneziyada üç vulkan eyni vaxtda aktivləşib

Sintioqrafiya: Nədir, necə aparılır və hansı xəstəliklərdə istifadə olunur?

VAQİF VÜQAR : Dünya son görüş yeridir... - FOTO

Spiker: Müasir Azərbaycan dövləti Heydər Əliyev dühasının məhsuludur

Bəqai: İranla ABŞ arasında yekun razılaşma ilə bağlı hələ nəticə əldə olunmayıb

DYP "Son zəng" günü ilə əlaqədar məzunlara və valideynlərə müraciət edib

Azərbaycan nefti cüzi bahalaşıb

Azərbaycanda aqrar sektorla bağlı regional müşavirələrə start verilir

Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur

Meksika mundiala qələbə ilə başladı

İrəvanda ildırım körpünü uçurdu

Makrona gələ bilməyəcəyini dedi

Türkiyədə sərnişin təyyarəsi radar dirəyinə çırpıldı - FOTOLAR

Hamının gözünün ekranlarda olduğu anlar - Fotolar

ƏZİZƏ AGAHÜSEYNQIZI : ATA YURDUM BEYLƏQANIM - FOTO

HÜQUQUN,ƏDALƏTİN və AZAD DÜŞÜNCƏNİN BÖHRAN YAŞADIĞI CƏMİYYƏTİN POETİK OBRAZI...

SEVİNC YUNUSLU : Sənə sinəmin altda qürub saxlamışdım axı.. - FOTO

Ürəyinizin tezliklə dayanacağını necə bilmək olar - dərhal nə etməklazımdır?

Aralıq dənizində zəlzələ baş verdi

FHN əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar

"Ömer"in aktrisası yeni serialda - FOTO

"A.B.İ"nin aktyoru əməliyyat olundu - FOTO

DÇ-2026-nın açılış mərasimi baş tutdu

Qusardakı torpaq sürüşməsinin - Anbaan görüntüləri+Video

Sabah Biləsuvarın 10 kəndində qaz kəsiləcək

Tramp: Kürdlər bizi pis vəziyyətdə qoydu, bunu unutmayacağam

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930