Azərbaycanda məktəbdə kişi müəllimlə qadın direktor müavini arasında QALMAQAL Şamaxı şəhəri İncəsənat Təhsil Mərkəzində kişi müəllimlə tədris işləri üzrə direktor müavini olan qadın arasında qalmaqal baş verib.

Turaztv.az News24.az-a istinadən məlumatına görə, director müavini Lalə Novruzova Cinayət Məcəlləsinin 148-ci maddəsi əsasında Şamaxı Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında müraciət edərək orada səs müəllimi işləyən Ömərov Elim Sərdar oğlunun onu təhqir etdiyini, kollektivin qarşısında hörmətdən saldığını bildirib.

Novruzova Lalə xüsusi ittiham qaydasında şikayətində göstərib ki, Şamaxı şəhəri İncəsənat Təhsil Mərkəzində tədris işləri üzrə direktor müavini vəzifəsində işləyir. 15 dekabr 2018-ci il tarixdə saat 14.20 radələrində müəllimlərin və uşaqların dərsə davamiyyətini yoxlayırmış, məktəbin koridorunda şöbə müdiri Vahidova Gülnarə ilə salamlaşan zaman Mərkəzin səs müəllimi Ömərov Elim Sərdar oğlunun dərsə bir saat gecikərək gəldiyini görüb ona irad tutub ki, niyə dərsə gecikirsən, uşaqlar bir saatdır səni gözləyirlər. Elim üzrxahlıq etmək əvəzinə kobud şəkildə ona cavab verib ki, Bakıdan gəlir. Həmin vaxt o, Elimə Bakıdan gəlməsi barədə onlara məlumat verməli olduğunu bildirdikdə, sonuncu onun üstünə qışqıraraq "get işinlə məşğul ol" deyib. Ona işi ilə məşğul olduğunu bildirdikdə Elim bir qədər də kobud şəkildə, səsini ucaldaraq ona təkrarən "get işinlə məşğul ol" deyib. Konfliktdən yayınmaq üçün müəllimlər otağına girib, amma Elim ona qarşı kobudluğundan əl çəkməyərək arxasınca müəllimlər otağına giri, orada onun üstünə qışqırıb ki, sən kimsən ki, mənim işimə qarışırsan, sən get öz işinlə məşğul ol. Elimin onun üstünə hücum çəkdiyinə görə Gülnarə müəllimə araya girib onu otaqdan çıxarmaq istədikdə Elim ona heç məhəl qoymayıb. Bu zaman tar müəllimi Şahbaz müəllim içəri girib onun qolundan tutub otaqdan çıxarıb, Elim otaqdan çıxıb koridorda gözləyən uşaqların yanında onun ünvanına təhqirlər səsləndirib.

L.Novruzova yuxarıda üeyd edilənləri söyləyərək Ömərov Elim Sərdar oğlunun Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə 6 ay müddətə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarılmasını xahiş edib.
Apellyasiya məhkəməsində barəsində şikayət verilmiş şəxs Ömərov Elim Sərdar oğlu isə qeyd edib ki, Lalə Novruzovanın şikayəti formal mülahizələrə əsaslanmaqla yanaşı, tamamilə əsassız və qanunsuzdur. O, Lalə Novruzovanı heç vaxt təhqir etmədiyini, ona söyüş söymədiyini deyib. Həqiqətdə isə Lalə Novruzovanın özü onu söyüb təhqir etdiyini və onun bu hərəkətləri barədə Şamaxı rayon Prokurorluğuna müraciət etdiyini əlavə edib. Lalə Novruzova öz qulluq mövqeyindən və vəzifə səlahiyyətlərindən sui- istifadə etməklə onu sındırmaq, alçaltmaq istəyir ki, heç bir əsaslı səbəb olmadığı halda, öz şagirdlərinin qarşısında ondan üzr istəsin. O, bir müəllim və bir kişi kimi bu halı qəbul etməmişdir. Lalə Novruzovanın şikayətində istinad etdiyi nə Şamaxı şəhər İncəsənət Təhsil Mərkəzinin guya ona şifahi xəbərdarlıq edilməsi haqqında 15.12.2018-ci il tarixli 40 saylı əmrindən, nə də barəsində tərtib olunmuş Lalə Novruzovanı təhqir etməyi barədə 15.12.2018-ci il tarixli Aktdan xəbəri olmayıb. Halbuki, həmin Təhsil Mərkəzinin işçisi kimi onu həm 15.12.2018-ci il tarixli 40 saylı əmrlə, həm də barəsində tərtib olunmuş 15.12.2018-ci il tarixli Aktla tanış etmək Təhsil Mərkəzinin rəhbərliyinin vəzifəsidir.
E.Ömərov bildirib ki, Lalə Novruzova ilə mübahisənin səbəbi һәr ay maaş alınanda ondan müxtəlif məbləğlərdə pul tələb etməsidir. Halbuki, o, 180 manat әmtәk haqqı alır, himayəsində iki azyaşlı uşağı var, məktəbə dərs demək üçün 35 km yol qət edir və ailəsinin maddi ehtiyaclarını tam şəkildə ödəyə bilmir.
Qeyd edək ki, direktor müavininin Şamaxı rayon Məhkəməsinə etdiyi müraciət icraata qəbul edilmədən rədd edilib. L.Novruzova daha sonra rayon məhkəməsinin qərarından apellyasiya şikayəti versə də, burda da rədd cavabı alıb.

Son xəbərlər

Bu gün görkəmli oftalmoloq alim Zərifə Əliyevanın doğum günüdür

Kral III Çarlz Ağ Evdə Donald Trampla görüşüb

Tapdıq Əlibəyli - 65 ONUN BÖYÜK ÜRƏYİ - FOTO

DOSTA ÜRƏYİNİ QIYA BİLƏCƏK QƏDƏR ÜRƏK SAHİBLİ ŞAİR - FOTOLAR

OXUCUNU POETİK SÖZÜN CAZİBƏSİNƏ SALAN ŞAİR - FOTO

Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasından 103 il ötür

Minifutbol üzrə Azərbaycan millisi dünya reytinqində birinci pilləyə yüksəlib

Ağ Ev: Şənbə günü baş verən hadisə Trampa qarşı sui-qəsd cəhdi olub

“Elvin Azərbaycan futbolunun aparıcı oyunçularındandır” - Rəşad Sadıqov

Türkiyədə azərbaycanlı qadının meyiti tapıldı

Şakiranın konsertindən əvvəl bədbəxt hadisə

Azərbaycanda “TurAz Qartalı - 2026" birgə taktiki-uçuş təlimi başlayıb - FOTO

Andrey Babiş İlham Əliyevi Çexiyaya dəvət edib

Bakıda daha bir ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

İlham Əliyev və Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB

Məzahir Pənahov yenidən MSK-nın sədri seçilib

"Şuşa – İƏT-in turizm paytaxtı 2026" tədbirinin açılışı olub

Ali Məhkəmə: İcra mərhələsində vəfat etmiş tərəflərin varisləri eyni tələb üzrə yeni iddia qaldıra bilməz

Qəbələdə Azərbaycan-Çexiya biznes-forumu keçirilib

Çexiyanın Baş naziri: Milli enerji operatorumuz Azərbaycandan təbii qaz almaq niyyətindədir

Azərbaycanda terror fəaliyyəti ilə bağlı yeni cəzalar qəbul edilib

✍ Sevil Azadqızı : GÜNÜMÜZDƏ ƏDƏBİYYATIN GƏLƏCƏYİ HAQQINDA DÜŞÜNÇƏLƏRİM - FOTO

Milli Məclis MSK-nın yeni tərkibini təsdiqləyib

İlham Əliyev Cənubi Afrika Prezidentini təbrik etdi

Şəhid övladları imtahanda yüksək bal topladı - FOTO

Bakıda maşın piyada qadını vurdu

Dərviş ruhlu qələm sahibi – Təranə Cəbiyeva 60

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930