Müəllimlərlə bağlı vacib xəbər

Orta məktəblərdə müddətli əmək müqaviləsi ilə işləyən müəllimlər yayda keçirilən yerdəyişmə müsabiqəsində iştirak edə bilməzlər.

Turaztv-ın Trend-ə istinadla verdiyi məlumata görə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirib.

Onun sözlərinə görə, yerdəyişmə müsabiqəsində yalnız daimi əsaslarla işləyən müəllimlər iştirak edə bilərlər.

Nazirlik rəsmisi bildirib ki, orta məktəblərdə müddətli əmək müqaviləsi ilə işləyən müəllimlərin müddətsiz əmək müqaviləsi ilə işləməsi üçün apreldə müsabiqə keçiriləcək. Bu müsabiqədə yalnız işlədiyi məktəbdə əmək müqaviləsinin daimiləşməsini istəyən müəllimlər iştirak edə bilərlər. Hazırda müddətli müqavilə ilə işləyən, lakin iş yerini dəyişərək başqa müəssisədə işləmək istəyən müəllimlər yalnız müsabiqədə iştirak edərək vakant yer üzrə yenidən işə qəbul oluna bilərlər.

E.Bağırov əlavə edib ki, bu il müddətli müqavilə ilə işləyən müəllimlərin müqavilələrinin daimiləşdirilməsi üçün apreldə keçiriləcək müsahibədən uğurla keçən namizədlər gələn tədris ilinin əvvəlindən daimi əsaslarla işə qəbul ediləcəklər. Buna görə də həmin müəllimlər bu il keçiriləcək yerdəyişmə müsabiqəsində iştirak edə bilməyəcəklər.

Nazirlik rəsmisinin sözlərinə görə, tədris ili ərzində müddətli əmək müqaviləsi ilə 3000-4000 müəllim işə qəbul edilir. Bu tədris ili üzrə isə 4000-dən çox müəllim müddətli müqavilə ilə işə qəbul edilib:

"Lakin onların hər biri vakant yerdə çalışmır. Müddətli əmək müqaviləsi ilə işləyənlərin bəziləri analıq məzuniyyətinə çıxmış və öz hesabına məzuniyyət götürən müəllimlərin əvəzinə işləyirlər. Ona görə də həmin müəllimlərin müqavilələrinin daimiləşdirilməsi nəzərdə tutulmur, çünki bu halda məzuniyyətinə çıxan şəxs işə çıxanda hazırda işləyən müəllimlə əmək müqaviləsinə xitam verilir”.

E.Bağırov bildirib ki, ötən il əmək müqavilələrinin daimiləşməsi üçün 2000-3000 müəllim müraciət etsə də, onların yalnız 500-ü müsabiqəni uğurla başa vurub. Lakin cari tədris ilində daha çox vakant yerin elan edildiyi və daha çox müəllimin müddətli müqavilə ilə işə qəbul olunduğu nəzərə alınarsa, bu il həmin sayın daha çox olacağı proqnozlaşdırılır.Müəllimlərlə bağlı vacib xəbər

Son xəbərlər

Şahbuzda zəlzələ olub

UEFA Çempionlar Liqası: "Sabah"ı Danimarkada 70-ə yaxın azarkeş dəstəkləyəcək

Ceyhun Bayramov İqnazio Kassisi qarşılayıb

Buzovnada batan qardaşlardan daha birinin meyiti tapıldı

MİQ balına görə Bakı üzrə birinci, respublika üzrə beşinci OLDU

Azərbaycan neftinin qiyməti 97 dollardan aşağı düşüb

Azərbaycanın bəzi ərazilərində işıq kəsiləcək

Oman sahillərində yük gəmisi vuruldu

Bakının bir sıra yollarında tıxac yaranıb

Venesuelada zəlzələ qurbanlarının sayı 6 mini ötdü

Vaqif Vüqar : KƏND ADAMI - FOTO

“İkinci Yer”in izləri tapıldı

Bu il Günəş son dəfə tutulacaq

15 yaşlı Həsənin də meyiti tapıldı - Yenilənib

ŞUŞAM... "Zərif kölgələr"ədəbi klubu ilə Şuşanı ziyarət etdik...

Azərbaycanda polkovnik qəfil vəfat etdi

Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatı tərəfindən şəhid ailələri və partiya üzvləri üçün Ağdam, Əsgəran, Xocalı, Xankəndi və Şuşa şəhərlərinə səfər təşkil olunub - FOTOLAR

Yunanıstanda meşə yanğınları səngimir: Əhaliyə təxliyə xəbərdarlığı edilib

İdmanın faydaları

NATO-nun kəşfiyyat təyyarəsi Qara dəniz üzərində rekord müddət uçuş həyata keçirib

İran Ukraynaya hücum etmək fikrindən daşınıb: Səbəb açıqlanıb

Süni intellekt və Yaradan: yaradılış və Yaradan haqqında düşüncələr

Haqqında yayılan xəbərlərə belə açıqlama verdi

Azərbaycan komandası "Microsoft Office Specialist" dünya çempionatında yüksək nəticə göstərib

“Jiquli”ni belə hazırlayırmışlar... - Fotolar

Vurulan Türkiyə gəmisinin heyəti Rusiyaya təxliyə edildi - YENİLƏNİB

Ceki Çan Bakıya gəldi - FOTO

Araz Ağalarovun ikinci nikahından olan övladları - FOTO

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31