Məhkəmə Biləsuvarın icra başçısı ilə bağlı qərar verdiBiləsuvar rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin artırılması barədə istintaq orqanının təqdimatına baxılıb.

Səbail rayon Məhkəməsində hakim Şahin Abdullayevin sədrliyi ilə baş tutan iclasda qərar elan olunub.

Qərara görə, istintaq orqanının təqdimatı təmin olunub.

Mahir Quliyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti üç aya qədər artırılıb.

İttihama görə, Mahir Quliyev bu ilin aprelin 29-da Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs edilib.

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyevin birinci müavini Xanlar Məmmədov vasitəsilə xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar maddi yardıma ehtiyacı olan şəxslərə sosial yardım üçün ayrılan vəsaitin bir qismini hissə-hissə mənimsəməsi, habelə icra hakimiyyətinin sərəncamında olan digər vəsaitlərdən sosial yardım adı altında ayıraraq hissəsinin ona verilməsini tapşırmasına dair əsaslı şübhələr müəyyən olunub.

Bundan başqa, Mahir Quliyevin köməkçisi Pöhran Şahbazov və tabeçiliyində olan başqa vəzifəli şəxslər vasitəsilə yerli icra hakimiyyəti və digər dövlət orqanlarının vəzifəli şəxslərindən, eləcə də rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlardan müxtəlif adlar altında özünün pul vəsaitləri tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib.

Həmçinin dövlət qayğısı ilə əhatə olunan işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün əməkhaqqı kartlarına köçürülən məbləğlərin Mahir Quliyev tərəfindən ələ keçirilməsinə dair məlumatlar əldə edilib.

Eyni zamanda, Mahir Quliyev tərəfindən təmir-tikinti, abadlıq işlərinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin nağdlaşdırılaraq mənimsənildiyinə, vətəndaşlardan müxtəlif təyinatlı tikintilərin aparılması üçün zəruri olan sənədləşmə işləri və digər əsaslarla ümumilikdə təkrarən rüşvət tələb edilərək alınmasına əsaslı şübhələr müəyyən edilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin 2020-ci il aprelin 29-da həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində, Mahir Quliyevin xidməti otağında növbəti dəfə rüşvət almasından sonra məhkəmənin qərarı əsasında keçirilən baxış zamanı həmin pul vəsaitləri, aparılan araşdırmalarla bağlı iş üzrə əhəmiyyət kəsb edən müxtəlif sənədlər və digər maddi sübutlar aşkar edilərək götürülüb.

İstintaq orqanı tərəfindən Mahir Quliyevin barəsində Cinayət Məcəlləsinin 179-cu (mənmisəmə və isriaf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

Xatırladaq ki, Mahir Quliyev Prezident İlham Əliyevin aprelin 30-da imzaladığı sərəncamla tutduğu vəzifədən azad edilib.

///Teleqraf.com

Son xəbərlər

ADİL CƏFAKEŞ : TƏKLƏNİBDİ - FOTO

Bürclər bu günə nə deyir?

LİLPAR CƏMŞİDQIZI : Qəzəl aləmində hər dəm nə yazır, rəvan edirsən - FOTO

Genetik saatla insanın ömrünü bilmək real ola bilər

Eşqin Tağıyev Avropa çempionatının ən yaxşı oyunçusu seçildi

XATİRƏ İSMAYILOVA : Deyəcəyəm - FOTO

“Eşref Rüya”nın aktyoru yeni serialda

TUBU İMANOVA : TALEHİN BƏD OYUNU (Hekayə) - FOTO

“Ulduz” jurnalının şöbə redaktoru vəfat etdi

Zelenski Putinə açıq məktub ünvanladı

Minifutbol üzrə Azərbaycan millisi 2-ci dəfə Avropa çempionu olub

6 gün Everestdə ac-susuz qaldı - Təsadüfən tapdılar

"Kuruluş Osman"ın aktyoru yeni serialda - FOTO

50-dən çox rusiyalı sənətçi Azərbaycana gələcək

“Friends”in aktrisası serialı illər sonra izləyib

Tarantinodan Hollivuda ağır sözlər - “Ora artıq dadsız sosiska fabrikidir”

Çəkiliş meydançasında xəstəxanalıq oldu - Foto

Dünyada əhalisi ən çox çay içən ölkələr açıqlandı - SİYAHI

Pişikləri tez-tez qucaqlamaq təhlükəlidir - Mütəxəssis

Bəhreyn vəliəhdi İlham Əliyevi təbrik edib

"BP-Azerbaijan": "Şahdəniz"də illik qaz hasilatı 27 milyard kubmetr təşkil edir

Perinatal Mərkəzin sabiq direktoru Mehriban Abasquliyeva və şöbə müdirləri məhkəmə zalında həbs edilib

Ölkə üzrə 300 mindən çox şagirdin bilikləri ilk dəfə açıq tipli sualların olduğu monitorinqlə yoxlanılacaq

NASA Mars atmosferini müşahidə etmək üçün yaradılan ilk missiyanı sona çatdırıb

Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var

Telnaz Abıyevanın 70 illik yubileyi qeyd olunmuşdur - FOTOLAR

“Park Yasamal”da hazır 2 otaq studiya mənzillər - Ev axtaranlara şad xəbər! (FOTOLAR)

“Sabah” kapitanı və rekordçusu ilə yollarını ayırdı

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930