Otuz il qovrulduq, bəli, dağ deyə,
Daha az sızılda - ləli dağ deyə...
Bir gün yürüyəcəm Dəlidağ deyə,
Şeirin gözəlin orda yazacam.

Üst - üstə qalanıb, qarı yerdədir,
Doyunca yağdırıb varı, yerdədir.
Sözün ən gözəli Sarı yerdədir,
Şeirin gözəlin orda yazacam.

Tək tənha Murovun başına çıxıb,
Qoşqarın, Keytinin tuşuna çıxıb,
Qartalın qonduğu daşına çıxıb,
Şeirin gözəlin orda yazacam.

Son ucu görünmür, lələ, "hələ"min,
Batmışam içində borcun, sələmin.
Hələ ki sözümə baxmır qələmim,
Haçansa bir gözəl şeir yazacam.

Bilirəm axırda - sonda gələcək,
İlhamım bir ayrı donda gələcək.
İlahi misralar onda gələcək,
Haçansa bir gözəl şeir yazacam.

Arılar güllərin şəhdin əməndə
ruhum dilə gələr yorğun bədəndə.
Tərtər sahilində, şehli çəməndə
Ən gözəl şerimi orda yazacam.

Davam olmayacaq daha heç kimlə..
Atımla, itimlə, qoyun - keçimlə
baş alıb gedəcəm Yurda köçümlə,
Ən gözəl şerimi orda yazacam.

Misra kasadlığım, kəlmə azlığım
sezilir, çaşdığım, harda azdığım.
Əlövsət, ağrıdır burda yazdığım,
Ən gözəl şerimi Yurdda yazacam.


Son xəbərlər

ABŞ və Çindən 30 milyardlıq razılaşma

Azərbaycanda Anım Günüdür!

İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edildi - Foto

Əlövsət Saldaş : Ən gözəl şerimi Yurdda yazacam - FOTO

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

Abşeronda siqnala görə başlayan dava ölümlə bitdi - Yeniyetmə saxlanıldı

Anamın yadigarı bacım Pərvin Ad günün, şad günün mübarək!!!

Sevinc Yunuslu : Sənə dönən yolum Laçından keçir - FOTO

Azərbaycanın akrobatika gimnastları dünya çempionu olublar – YENİLƏNİB

Deputat Novruzəli Aslanov gənc Avropa çempionu ilə görüşüb -Foto

Aygül Bağırova : Bağışla məni, şəhidim...

Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı

Bu şəxslər üçün avtobus və metro PULSUZDUR

Gözlər orqanizmin nə qədər sürətlə qocaldığını göstərə bilər

Qarayaxma kampaniyasının təşkilatçılarının Azərbaycana girişinin məhdudlaşdırılması istisna edilmir

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Formula 1" üzrə Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar

Xaricdə iş və müxtəlif vədlərlə 32 min manatdan çox dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Ət bazarı üçün yeni risk var

Çirkli havada idman etmək təhlükəlidirmi? - Mütəxəssislərdən cavab

Lilpar Cəmşidqızı : 44 günlük Vətən müharibəsində qəhrəmanlıqla döyüşüb, şəhadətə ucalan Babayev Pərvin Hüseyn oğlunun sentyabr ayının 26- da cənnətdəki mövlud günüdü.

AIIF 2026-da ümumi dəyəri 10,8 milyard dollar olan 23 sənəd imzalanıb

İşdən çıxarılan icra başçısı nazir təyin edildi

Milli 1-0 məğlub olduğu üçün istefa verdi

Sabah Bakıda 29, rayonlarda 33 dərəcə isti olacaq

Hacıməmməd Məmmədov : Xoş iz buraxmaq istəyən insan - FOTO

Formula 2 Azərbaycan Qran-Prisində qalib məlum oldu - YENİLƏNİB

"Hazırda təhsil sahəsində çox iş görülür" - Prezident

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930