Sevinc Yunuslu : Sənə dönən yolum Laçından keçir - FOTO

Bilirsən necədi , necədi sənsiz?
Laçın..Həkəri çay..gecə..darıxmaq..
Gözümdə bu külli- aləmin cəmi
Heçdi heç, heçdi heç, heçdi, ay axmaq!

Sinəmə buz gəldi qəmin vurduğu
Kəsildi ömrümə qənim, vurduğun
El vursa vız gələr, sənin vurduğun -
Tuşdu tuş , tuşdu tuş , tuşdu , ay axmaq!

Sənsən son aldığım nəfəs, içimdə-
bir sərçə rəqs edir həvəs içində.
Ürəyim ovcunda, qəfəs içində
Quşdu quş, quşdu quş, quşdu, ay axmaq!

Mən ömür sürmürəm, ömür gödəkdi.
Sənsizlik geydiyim qanlı köynəkdi .
Ölüm də, həyat da , bircə qədəhdi,
Puçdu puç , puçdu puç, puçdu, ay axmaq!

Nədir bu buludlar sinəmə sinən?-
Yığışdır göylərdən, önün kəsginən.
Elə bil ürək yox bağrında sinən
Daşdı daş, daşdı daş, daşdı, ay axmaq!

Ey qara gözləri bir tikə üzüm,
Mən necə səbr edim, mən necə dözüm?!
Sənsiz milyon ildi göylərin gözü-
Yaşdı yaş, yaşdı yaş, yaşdı ay axmaq!

Gözümdə bu külli- aləmin cəmi
Heçdi heç, heçdi heç, heçdi, ay axmaq!
Sənə dönən yolum Laçından keçir
Gecdi gec, gecdi gec, gecdi , ay axmaq!

Son xəbərlər

ABŞ və Çindən 30 milyardlıq razılaşma

Azərbaycanda Anım Günüdür!

İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edildi - Foto

Əlövsət Saldaş : Ən gözəl şerimi Yurdda yazacam - FOTO

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

Abşeronda siqnala görə başlayan dava ölümlə bitdi - Yeniyetmə saxlanıldı

Anamın yadigarı bacım Pərvin Ad günün, şad günün mübarək!!!

Sevinc Yunuslu : Sənə dönən yolum Laçından keçir - FOTO

Azərbaycanın akrobatika gimnastları dünya çempionu olublar – YENİLƏNİB

Deputat Novruzəli Aslanov gənc Avropa çempionu ilə görüşüb -Foto

Aygül Bağırova : Bağışla məni, şəhidim...

Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı

Bu şəxslər üçün avtobus və metro PULSUZDUR

Gözlər orqanizmin nə qədər sürətlə qocaldığını göstərə bilər

Qarayaxma kampaniyasının təşkilatçılarının Azərbaycana girişinin məhdudlaşdırılması istisna edilmir

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Formula 1" üzrə Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar

Xaricdə iş və müxtəlif vədlərlə 32 min manatdan çox dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Ət bazarı üçün yeni risk var

Çirkli havada idman etmək təhlükəlidirmi? - Mütəxəssislərdən cavab

Lilpar Cəmşidqızı : 44 günlük Vətən müharibəsində qəhrəmanlıqla döyüşüb, şəhadətə ucalan Babayev Pərvin Hüseyn oğlunun sentyabr ayının 26- da cənnətdəki mövlud günüdü.

AIIF 2026-da ümumi dəyəri 10,8 milyard dollar olan 23 sənəd imzalanıb

İşdən çıxarılan icra başçısı nazir təyin edildi

Milli 1-0 məğlub olduğu üçün istefa verdi

Sabah Bakıda 29, rayonlarda 33 dərəcə isti olacaq

Hacıməmməd Məmmədov : Xoş iz buraxmaq istəyən insan - FOTO

Formula 2 Azərbaycan Qran-Prisində qalib məlum oldu - YENİLƏNİB

"Hazırda təhsil sahəsində çox iş görülür" - Prezident

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930