Cənubi Koreyalı alimlər müəyyən ediblər ki, gözün tor qişasının adi skanı insanın bioloji yaşını qiymətləndirməyə kömək edə bilər. Tədqiqatçılar təxminən 30 min görüntünü analiz edərək tor qişanın “yaşı”, həyat tərzi və bəzi xəstəliklər arasında əlaqə aşkarlayıblar.

Söhbət bioloji yaşdan gedir. Bu göstərici insanın neçə il yaşadığını deyil, orqanizmdə yaşlanma proseslərinin hansı sürətlə getdiyini əks etdirir. Bioloji yaş genetika, həyat tərzi, ətraf mühit və sağlamlıq vəziyyətindən asılı olaraq pasport yaşından fərqlənə bilər.

Seul Milli Universitetinin alimləri “retinal age gap” - RAG adlanan texnologiyanı təkmilləşdiriblər. Bu metod insanın faktiki yaşı ilə tor qişanın görüntüsünə əsasən hesablanan yaş arasındakı fərqi müəyyən edir.

Sistemin hazırlanması üçün 7 535 nəfərə aid 29 530 tor qişa görüntüsündən istifadə olunub. Məlumat bazasına həm sağlam gözlər, həm də tor qişa və görmə siniri xəstəlikləri olan insanların görüntüləri daxil edilib. Daha sonra model 7 416 iştirakçıya aid əlavə 14 832 görüntü üzərində sınaqdan keçirilib. Nəticələrə əsasən, sistem insanın xronoloji yaşını orta hesabla 2,5-2,7 il xəta ilə müəyyən edə bilib. Alimlər bildirirlər ki, bu göstərici əvvəlki tor qişa yaşı modellərinin nəticələrinə bərabər və ya daha yaxşıdır. Araşdırmada maraqlı məqamlardan biri RAG göstəricisinin bəzi xəstəliklər və həyat tərzi faktorları ilə əlaqəli olmasıdır.

Məsələn, diabeti olan insanlarda bu göstərici orta hesabla 2,52 il daha yüksək olub. Hazırda siqaret çəkənlərdə fərq 0,5 il, əvvəllər siqaret çəkənlərdə isə 0,46 il təşkil edib. Yaşa bağlı makula degenerasiyası olan insanlarda göstəricinin təxminən 0,6 il, kataraktası olanlarda isə 1,86 il yüksək olduğu müəyyən edilib. Bununla belə, tədqiqatçılar katarakta ilə bağlı nəticələrin ehtiyatla qiymətləndirilməli olduğunu vurğulayırlar. Çünki göstəricilərə yalnız yaşlanma deyil, xəstəliyin özü səbəbindən görüntülərin bulanıq olması da təsir göstərə bilər.

Alimlər hesab edirlər ki, gələcəkdə tor qişanın analizi həkimlərə bəzi sağlamlıq problemlərini daha erkən mərhələdə aşkar etməyə kömək edə bilər. Məsələn, adi göz müayinəsi zamanı RAG göstəricisinin yüksək çıxması insanın ümumi sağlamlıq vəziyyətinin əlavə yoxlanılması üçün səbəb ola bilər. Lakin hazırda bu göstəriciyə əsasən konkret şəxsin sağlamlığı barədə qəti nəticə çıxarmaq tezdir.

Tədqiqat müəllifləri bildirirlər ki, texnologiya uzunmüddətli müşahidələrdə sınaqdan keçirilməli və bioloji yaşın müəyyənləşdirilməsi üçün istifadə olunan digər üsullarla müqayisə olunmalıdır. Alimlərin fikrincə, RAG hazırkı mərhələdə fərdi riskləri qiymətləndirməkdən daha çox, böyük insan qruplarında yaşlanma tendensiyalarını öyrənmək üçün əlverişlidir.

Bundan əvvəl mütəxəssislər uzunömürlülüyə müsbət təsir göstərə biləcək qidalar sırasında tomat pastası, yaşıl noxud, reyhan toxumu, bamya, amla, qara küncüt, sarımsaq, zirə, yetişdirilmiş pendir və morinqanı qeyd ediblər. Bu məhsullarda lif, bitki mənşəli zülal, vitaminlər və antioksidantlar üstünlük təşkil edir. Bununla belə, həkimlər vurğulayırlar ki, heç bir məhsul təkbaşına uzunömürlülüyə zəmanət vermir. Sağlam qidalanmanın əsasını müxtəlif tərəvəzlər, paxlalılar, toxumlar və minimum emal olunmuş məhsullar təşkil etməlidir.

Son xəbərlər

ABŞ və Çindən 30 milyardlıq razılaşma

Azərbaycanda Anım Günüdür!

İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edildi - Foto

Əlövsət Saldaş : Ən gözəl şerimi Yurdda yazacam - FOTO

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

Abşeronda siqnala görə başlayan dava ölümlə bitdi - Yeniyetmə saxlanıldı

Anamın yadigarı bacım Pərvin Ad günün, şad günün mübarək!!!

Sevinc Yunuslu : Sənə dönən yolum Laçından keçir - FOTO

Azərbaycanın akrobatika gimnastları dünya çempionu olublar – YENİLƏNİB

Deputat Novruzəli Aslanov gənc Avropa çempionu ilə görüşüb -Foto

Aygül Bağırova : Bağışla məni, şəhidim...

Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı

Bu şəxslər üçün avtobus və metro PULSUZDUR

Gözlər orqanizmin nə qədər sürətlə qocaldığını göstərə bilər

Qarayaxma kampaniyasının təşkilatçılarının Azərbaycana girişinin məhdudlaşdırılması istisna edilmir

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Formula 1" üzrə Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar

Xaricdə iş və müxtəlif vədlərlə 32 min manatdan çox dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Ət bazarı üçün yeni risk var

Çirkli havada idman etmək təhlükəlidirmi? - Mütəxəssislərdən cavab

Lilpar Cəmşidqızı : 44 günlük Vətən müharibəsində qəhrəmanlıqla döyüşüb, şəhadətə ucalan Babayev Pərvin Hüseyn oğlunun sentyabr ayının 26- da cənnətdəki mövlud günüdü.

AIIF 2026-da ümumi dəyəri 10,8 milyard dollar olan 23 sənəd imzalanıb

İşdən çıxarılan icra başçısı nazir təyin edildi

Milli 1-0 məğlub olduğu üçün istefa verdi

Sabah Bakıda 29, rayonlarda 33 dərəcə isti olacaq

Hacıməmməd Məmmədov : Xoş iz buraxmaq istəyən insan - FOTO

Formula 2 Azərbaycan Qran-Prisində qalib məlum oldu - YENİLƏNİB

"Hazırda təhsil sahəsində çox iş görülür" - Prezident

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930