
Xəbərlər
20.05.2019, 14:34
Bakı-Sumqayıt yolunda hərəkət məhdudlaşdırılacaq
Bu gün gecə 12-dən sabah saat 6-ya qədər Bakı-Sumqayıt yolunun Xırdalan dairəsindən Bakı Beynəlxalq Avtovağzal Kompleksinə qədər olan hissəsində üfiqi nişanlanma xətləri yenidən rənglənəcək.
Turaztv.az Unikal.org-a istinadən xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, rənglənmə işləri zamanı yolda hərəkət hissə-hissə məhdudlaşdırılacaq.
“Buna görə, sürücülərdən göstərilən müddət ərzində sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri, alternativ yollardan istifadə etmələri xahiş olunur”, - məlumatda bildirilir.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











