
Xəbərlər
19.04.2019, 17:23
Bakı-Sumqayıt elektrik qatarlarının hərəkət qrafiki dəyişdirilir

Bakı-Sumqayıt elektrik qatarlarının hərəkət qrafiki dəyişdirilir.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, sərnişinlərin istək və təkliflərini nəzərə alaraq 22 aprel 2019-cu ildən etibarən Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarının hərəkət qrafiki dəyişdirilir.
Belə ki, gün ərzində Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən qatarların sayı 13 cütdən 14 cütə çatdırılıb.
Eləcə də Bakıdan yola düşmə və Bakıya çatma vaxtlarında optimallaşdırma aparılaraq dəyişiklik edilib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay










